10000 manatlıq əsginas — Vikipediya

10000 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 10000 manat
Eni 130 mm
Uzunluğu 65 mm
Nəşr illəri 1994
Ön tərəf
Ön tərəf
Arxa tərəf
Arxa tərəf

10000 manatlıq əsginasAzərbaycanda 19942006-cı illərdə işlədilən milli əsginaslardan biri. Cəmi 1 dəfə (1994-cü ildə) dövriyyəyə buraxılmışdır.

10000 manatlıq əsginaslar yalnız bir dəfə – 1994-cü ildə Azərbaycan Milli Bankı tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə dövriyyəyə buraxılmışdır. Bu əskinaslar Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən çap edilmişdir[1].

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992–2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar — eyni zamanda 1994-cü ildə dövriyyəyə buraxılmış 10000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[2].

Əsginasın üzərində təsvir olunmuş Şirvanşahlar sarayının real vəziyyəti

Əsginasın ön tərəfində Şirvanşahlar sarayının ümumi görünüşü təsvir olunmuşdur[3]. Əsginasın arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə rəqəm və söz ifadəsində banknotun nominal dəyəri verilmişdir[3].

10000 manatlıq əsginasın ölçüləri 130×65 mm idi[4].

Mühafizə elementləri

[redaktə | mənbəni redaktə et]

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • cbar.az — Azərbaycan Mərkəzi Bankınının rəsmi saytı
  • Pul. preslib.az (az.)