20 manatlıq əsginas — Vikipediya

20 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 20 manat
Eni 141 mm
Uzunluğu 70 mm
Təhlükəsizlik ünsürləri gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər
Nəşr illəri 2005
Ön tərəf
Ön tərəf
Dizayn qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül"
Arxa tərəf
Arxa tərəf
Dizayn Azərbaycan Respublikasının Xəritəsi, Azərbaycanın Avropaya inteqrasiyasını əks etdirən Avropanın xəritəsi; Azərbaycanın milli naxışları

20 manatlıq əsginasAzərbaycanda işlədilən milli əsginaslardan biri. Cəmi 2 dəfə (2005 ve 2021-ci illərdə) dövriyyəyə buraxılmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

20 manatlıq əsginaslar yalnız bir dəfə – 2005-ci ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1].

Mövzusu[redaktə | mənbəni redaktə et]

Bu əsginaslar Qarabağ mövzusuna həsr olunmuşdur[1].

Təsviri[redaktə | mənbəni redaktə et]

Ağ kağızda, əsas rəngi yaşıl olmaqla əsginasın ön tərəfində qüdrət nişanəsi-qılınc, dəbilqə, qalxan və Sülh rəmzi "Xarı Bülbül" təsvir olunmuşdur[1]. Həmçinin Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun imzası da ön tərəfdədir.

1 manatlıq əsginasın üzərində Elman Rüstəmovun imzası

Bu əsginasın arxa fonunda Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri, Azərbaycanın milli naxışları çap edilmişdir[1].

Ölçüləri[redaktə | mənbəni redaktə et]

20 manatlıq əsginasın ölçüləri 141×70 mm-dir[1].

Mühafizə elementləri[redaktə | mənbəni redaktə et]

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. Belə ki, əsginasın üz tərəfində nominalın gizli rəqəmi, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən "MANAT", möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sol tərəfdə sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər vardır[1].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)