1000 manatlıq əsginas — Vikipediya

1000 manat
Ölkə Azərbaycan Azərbaycan
Dəyər 1000 manat
Təhlükəsizlik ünsürləri gizli rəqəm, nominalın işıqda görünən rəqəmi və dizaynı (su nişanı), işıqda görünən “MANAT”, möcüzəli rəqəm (yaşıldan tünd qırmızıya), relyefli nominal, holoqrafik nominal, arxa tərəfində isə metal sap, sehirli xətlər, ultrabənövşəyi işıqda görünən elementlər
Nəşr illəri 1993, 2001
Ön tərəf
Ön tərəf
Arxa tərəf
Arxa tərəf

1000 manatlıq əsginasAzərbaycanda 1993-2006-cı illərdə işlədilən milli əsginaslardan biri. Bu əsginas dövriyyəyə 2 dəfə (19932001-ci illərdə) buraxılmışdır.

Tarixi[redaktə | mənbəni redaktə et]

1000 manatlıq əsginaslar ilk dəfə 1993-cü ilin mart ayında Azərbaycan Milli Bankı tərəfindən dövriyyəyə buraxılmışdır[1]. Bu əskinaslar Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdir[2][3]. Həmin əsginasın eskizlərinin müəllifi azərbaycanlı xalçaçı-rəssam Eldar Mikayılzadədir[4][5]. O, buna görə almalı olduğu qonorarı Dövlət Müdafiə Fonduna keçirmişdir[5].

2001-ci ildə Azərbaycan Milli Bankı tərəfindən bir qədər fərqli təsvirdə yeni 1000 manatlıq əsginaslar dövriyyəyə buraxıldı. Amma ilk 1000 manatlıq əsginaslar da dövriyyədə qaldı. Bu əskinaslar İngiltərədə "De La Rue" şirkəti tərəfindən çap edilmişdir[2].

Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərmanla 1992-2001-ci illərdə dövriyyəyə buraxılmış əsginaslar - eyni zamanda 1993 və 2001-ci illərdə dövriyyəyə buraxılmış 1000 manatlıq əsginaslar 2006-cı ildən başlayaraq dövriyyədən çıxarılmışdır[6].

Təsviri[redaktə | mənbəni redaktə et]

İlk əsginasın ön tərəfində əvvəlcə Nizami Gəncəvinin portretinin çapı nəzərdə tutulmuşdur[5]. Lakin o zaman ölkə Prezidenti olan Əbülfəz Elçibəyin təkidi ilə onun portreti 500 manatlıq əsginasın üzərində təsvir olunur[5]. 1000 manatlıq əsginasda isə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin portreti təsvir olunur[7].

Arxa tərəfi isə elə həmin il dövriyyəyə buraxılmış 500 manatlıq əsginasın arxa tərəfi ilə eyni üslubda milli ornamentlərə uyğun dizaynda hazırlanmışdı[7]. Milli ornamentli çərçivə içərisində nominalın məbləği sözlə və rəqəmlə verilmişdir[7].

İkinci 1000 manatlıq əsginasın ön tərəfində Azərbaycanın neft sənayesi təsvir olunmuş; Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilmişdir[2]. Arxa tərəfində isə ənənəvi çərçivələr və ornamentlər istifadə edilmişdir.

Mühafizə elementləri[redaktə | mənbəni redaktə et]

Saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını almaq üçün bu əsginasa bir çox təhlükəsizlik ünsürləri daxil edilmişdir. İlk 1000 manatlıq əsginasda su nişanı - üç alov təsvir olunmuşdu[7].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Müstəqillik dövrü pulları Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. azerbaijans.com  (az.)
  2. 1 2 3 Milli pulun tarixi (FOTOLAR) Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine. modern.az, 15.08.2011  (az.)
  3. Manat 24 yaşa çatdı Arxivləşdirilib 2018-02-21 at the Wayback Machine. transparency.az, 15.08.2016  (az.)
  4. Milli Valyutamızın ilk eskizlərinin müəllifi Publika.Az-a danışır. Arxivləşdirilib 2016-03-14 at the Wayback Machine  (az.)
  5. 1 2 3 4 Rəsulzadə və Nizaminin şəkillərini pula həkk edən rəssam Arxivləşdirilib 2021-01-23 at the Wayback Machine. azadliq.org, 21.08.2012  (az.)
  6. "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Arxivləşdirilib 2018-10-22 at the Wayback Machine Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2005-ci il tarixli, 189 nömrəli Fərmanı. e-qanun.az  (az.)
  7. 1 2 3 4 Adlarını pula yazdıranlar Arxivləşdirilib 2016-08-17 at the Wayback Machine. buro247.az  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  • cbar.az — Azərbaycan Mərkəzi Bankının rəsmi saytı
  • Pul. preslib.az  (az.)