İradə Aşumova — Vikipediya

İradə Aşumova
Şəxsi məlumatlar
Tam adı İradə Süleyman qızı Aşumova
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (66 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR
Boyu 158 sm. (5 ft 6 in)
İdman növü Atıcılıq
Karyera illəri 1974—2015
Məşqçisi Vladimir Lunyov
Komandası Neftçi İdman Klubu

İradə Süleyman qızı Aşumova (25 fevral 1958, Bakı, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən güllə atıcısı və məşqçisi. 1974-1991-ci illərdə Sovet İttifaqı yığmasını, 1991-2015-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib.

Üç dəfə — 1985, 1998 və 2002-ci illərdə Dünya Çempionatlarının gümüş medallarına sahib olan İradə Aşumova 2004-cü ildə Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu.

İradə Aşumova Azərbaycan idmanında xidmətlərinə görə 2002-ci və 2004-cü ildə illərdə "Tərəqqi" medalı ilə təltif edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

İradə Aşumova 1958-ci il fevralın 25-də Bakı şəhərində anadan olub.[1][2]

İradə Aşumova evlidir, 2 oğlu var. Onun əri güllə atcılığı üzrə məşqçi Vladimir Lunyovdur, oğlu isə güllə atıcılığı üzrə Azərbaycan yığmasının üzvü Ruslan Lunyovdur.

Karyerası[redaktə | mənbəni redaktə et]

İradə Aşumova birinci uğuruna 1985-ci ildə Mexico şəhərində baş tutan Dünya Çempionatında imza atdı.[2] Turnirin nəticələrinə əsasən İradə Aşumova 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində gümüş medalın sahibi oldu.[2]

1986-cı ildə İradə Aşumova Zul şəhərində (Almaniya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində bürünc, 25 metr məsafəyə atəşaçma turnirində isə qızıl medala sahib oldu.[2]

İradə Aşumova 1991-ci ildən beynəlxalq turnirlərdə Azərbaycanı təmsil elədi.[2] İradə Aşumova Azərbaycan bayrağı altında birinci uğuruna 1994-cü ildə Milan şəhərində (İtaliya) baş tutan World Cup turnirində 10 metr məsafəyə hava tapançasından atəşaçma və 25 metr məsafəyə atəşaçma turnirində bürünc medallara sahib oldu.[2]

1996-cı ildə isə İradə Aşumova Havana şəhərində (Kuba) World Cup turnirində bürünc, Milan şəhərində (İtaliya) World Cup turnirində isə gümüş medala sahib oldu.[2]

İradə Aşumova 1996-cı ilin 18 iyul-4 avqust tarixlərində Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında mübarizə apardı. İradə Aşumova əvvəlcə iyulun 21-də 10 metr məsafəyə hava tapançası ilə atəşaçma turnirinin təsnifat mərhələsində mübarizə apardı.[3] Birinci cəhdində 100 xaldan 95-ni toplamağı bacaran İradə Aşumova, növbəti cəhdində də 95 xal, üçüncü cəhdində 94 xal, dördüncü cəhdində isə 96 xal topladı.[3] Bununla da ümumi nəticədə İradə Aşumova 400 xaldan 380-ını topladı və turniri 10-cu pillədə başa vurdu.[3] İyulun 26-da isə İradə Aşumova 25 metr məsafəyə tapança ilə atəşaçma turnirində çıxış elədi.[4] Birinci cəhdində 290 xal toplamağı bacaran İradə Aşumova, növbəti cəhdində 286 xal topladı.[4] Bununla da onun ümumi nəticəsi 576 xal oldu və İradə Aşumova turniri 37 idmançı sırasında 15-ci pillədə başa vurdu.[4]

1998-ci ildə İradə Aşumova Barselona şəhərində (İspaniya) baş tutan Dünya Çempionatında mübarizə apardı və 25 metr məsafəyə atəşaçma turnirində gümüş medala sahib oldu.[2]

Daha sonra İradə Aşumova 2000-ci ilin 16-30 sentyabr tarixlərində Avstraliyanın Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. İradə Aşumova sentyabrın 17-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində çıxış elədi. Təsnifat mərhələsində İradə Aşumova birinci cəhdində 100 baldan 95-ini, növbəti cəhdində isə 100 baldan 90-nını topladı. Üçüncü cəhdində isə uğursuz nəticə göstərən İradə Aşumova 100 baldan 46-sını topladı. Üç cəhddən sonra 228 balla sonuncu pillədə qərarlaşan İradə Aşumova final mərhələsinə vəsiqə qazanma şanslarını itirdiyinə görə dördüncü cəhddən imtina elədi. Bununla da İradə Aşumova mərhələni 45 idmançı sırasında sonuncu, 45-ci pillədə başa vurdu.[5] Sentyabrın 22-də isə İradə Aşumova 25 metr məsafəyə tapançadan atəşaçma turnirində mübarizə apardı.[6] Birinci cəhdində 300 baldan 285-ini toplamağı baracan İradə Aşumova növbəti cəhdində də 285 bal topladı və təsnifat mərhələsini 570 balla 42 idmançı sırasında 31-ci pillədə başa vurdu.[6] Nəticədə İradə Aşumova final mərhələsinə vəsiqə qazana bilmədi və olimpiadada mübarizəsini başa vurdu.[6]

2002-ci ildə İradə Aşumova Münhen şəhərində (Almaniya) World Cup Finalında 25 metr məsafəyə tapançadan atəşaçma turnirini bürünc medalla başa vurdu.[2] Həmin ilin iyulunda isə İradə Aşumova Lahti şəhərində (Finlandiya) baş tutan Dünya Çempionatında 25 metr məsafəyə tapançadan atəşaçma turnirində gümüş medalın sahibi oldu.[2]

Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanına əsasən Azərbaycan idmanında xidmətlərinə görə İradə Süleyman qızı Aşumova "Tərəqqi" medalı ilə təltif edildi.[7]

Daha sonra İradə Aşumova 2003-cü ildə Birləşmiş Ştatlarda baş tutan World Cup turnirində 25 metr məsafəyə tapançadan atəşaçma turnirində gümüş medalın sahibi oldu.[2]

2004-cü ildə İradə Aşumova Milad şəhərində (İtaliya) baş tutan World Cup turnirində bürünc medalın sahibi oldu.[2] Tailandda baş tutan World Cup Finalında isə İradə Aşumova 25 metr məsafəyə tapançadan atəşaçma turnirini gümüş medalla başa vurdu.[2]

Həmin ilin avqustunda İradə Aşumova Yunanıstanın Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı.[2] İradə Aşumova əvvəlcə avqustun 15-də 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində çıxış elədi.[8] Turnirin təsnifat mərhələsində İradə Aşumova 400 xaldan 386-sını toplamağı bacardı.[8] Nəricədə İradə Aşumova 40 idmançı sırasında sadəcə Serbiya və Monteneqro nümayəndəsi Yasna Seraçiçdən geri qalaraq final mərhələsinə vəsiqə qazandı.[8] Final mərhələsində 8 idmançı mübarizə apardı.[8] İradə Aşumova final mərhələsinin favoritlərindən biri olsa da, nəticədə uğursuz çıxış elədi.[8] 1-5-ci atışlardən sonra İradə Aşumova 50.7 balla mərhələnin lideri idi.[8] Amma 6, 7 və 10-cu atışları uğursuz olan İradə Aşumova ümumi nəticədə 482.4 balla Afina Olimpiadasını 8-ci pillədə başa vurdu.[8] Avqustun 18-də isə İradə Aşumova 25 metr məsafəyə tapançadan atəşaçma turnirində mübarizə apardı.[9] İradə Aşumova bu turnirin əsas favoriti hesab olunurdu.[9] Məhz bu turnirdə İradə Aşumova 2003-cü ildə Dünya Çempionatının gümüş medalına sahib olmuşdu. İradə Aşumova təsnifat mərhələsində 600 xaldan 588-zini toplamağı bacardı və nəticədə mərhələni 38 idmançı sırasında birinci pillədə başa vuraraq final mərhələsinə vəsiqə qazandı.[9] Final mərhələsi gərgin idman mübarizəsi şəraitində baş tutdu.[9] Nəticədə İradə Aşumova final mərhələsində 99.4 bal topladı və sadəcə Bolqarıstan nümayəndəsi Mariya Qozdeva və Çexiya nümayəndəsi Lena Hiovadan geri qalaraq üçüncü pillənin sahibi oldu.[9] Bu minvalla da İradə Aşumova Afina Olimpiadasını bürünc medalla başa vurdu.[9] Bu medal Azərbaycanın Afina Olimpiadasında birinci medal oldu. Azərbaycan Atıcılıq Federasiyasının Prezidenti Vaqif Axundovun sözlərinə görə "İradə Aşumovanın qızıl medal qazana bilərdi, amma son atışları dəqiq olmadığına görə o, bürünc medalla başa vurdu olimpiadanı".

Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamına əsasən Azərbaycan idmanında xidmətlərinə və XXVIII Yay Olimpiya Oyunlarında qazandığı nailiyyətlərinə görə İradə Süleyman qızı Aşumova "Tərəqqi" medalı ilə təltif edildi.[10]

Afina Olimpiadasında sonra İradə Aşumova beynəlxalq turnirlərdə heç bir uğura imza ata bilmədi. 2005-2015-ci illərdə beynəlxalq turnirlərdə uğursuz çıxış edən İradə Aşumova 2008-ci il olimpiadasında mübarizə apara bilməsə də, 2012-ci il London Olimpiadasında çıxış edə bildi. İyulun 29-da İradə Aşumova əvvəl 25 metr məsafəyə tapança ilə atəşaçma turnirinin təsnifat mərhələsində mübarizə apardı.[11] 38 idmançının mübarizə apardığı təsnifat mərhələsində İradə Aşumova 600 xaldan 578-ini toplamağı bacardı və nəticədə mərhələni 22-ci pillədə başa vuraraq London Olimpiadasında mübarizəsini dayandırdı.[11] Daha sonra isə İradə Aşumova 10 metr məsafəyə hava tapançasından atəşaçma turnirində çıxış elədi.[12] 50 idmançının mübarizə apardığı təsnifat mərhələsində 400 xaldan 372-sini toplamağı bacaran İradə Aşumova nəticədə mərhələni 40-cı pillədə başa vurdu.[12] Bu turnirdə də İradə Aşumova final mərhələsinə vəsiqə qazana bilmədi və London Olimpiadasında uğursuz çıxış elədi.[12]

İradə Aşumova olimpiada da uğursuz nəticə göstərsə də, həmin gün Azərbaycanın Olimpiya Oyunları tarixində mübarizə aparan ən yaşlı olimpiyaçı olaraq tarixə düşdü — 54 il, 6 ay və 4 gün.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "İradə AŞUMOVA". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Beynəlxalq Güllə Atıcılığı Federasiyasının (ISSF) rəsmi internet səhifəsi. "İradə AŞUMOVA". www.issf-sports.org (ingilis). 22.08.2022. İstifadə tarixi: 22.08.2022.
  3. 1 2 3 Olympedia.org. "1996 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 Olympedia.org. "1996 Summer Olympics / Shooting / Sporting Pistol / 25 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. Olympedia.org. "2000 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  6. 1 2 3 Olympedia.org. "2000 Summer Olympics / Shooting / Sporting Pistol / 25 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 10.10.2002-ci il tarixli 797 nömrəli Fərmanı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  8. 1 2 3 4 5 6 7 Olympedia.org. "2004 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  9. 1 2 3 4 5 6 Olympedia.org. "2004 Summer Olympics / Shooting / Sporting Pistol / 25 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan idmançılarının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 4 sentyabr 2004-cü il tarixli 380 nömrəli Sərəncamı". www.e-qanun.az (az.). 22.08.2022. 2022-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22.08.2022.
  11. 1 2 Olympedia.org. "2012 Summer Olympics / Shooting / Sporting Pistol / 25 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  12. 1 2 3 Olympedia.org. "2012 Summer Olympics / Shooting / Air Pistol / 10 metres / Women". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.