2004 Yay Olimpiya Oyunları — Vikipediya

2004 Yay Olimpiya Oyunları
Loqonun şəkli
İdmançıların sayı 201[1], 10.625[1]
Rəsmən açılışı edib Konstantinos Stefanopulos
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
XXVIII Yay Olimpiya Oyunlarına həsr olunmuş Azərbaycan poçt markaları

XXVIII Yay Olimpiya Oyunları — 2004-cü ilin 13–29 avqust tarixlərində Yunanıstanın paytaxtı Afina şəhərində keçirilmişdir. Bu yarışda 201 ölkədən 10 625 idmançı iştirtak etmişdir. 28 idman növündə 301 medal paylanmışdır. Bu olimpiya oyununda 3 875 479 nəfər tamaşaçı iştirak edib.

Olimpiadanın açılışı[redaktə | mənbəni redaktə et]

2004-cü il Olimpiadanın Vətəninə dönüş ili oldu. Antik dövrdə Olimpiya Oyunlarının əsasını qoymuş Yunanıstan 1896-cı ildə keçirilmiş ilk müasir Olimpiya Oyunlarına da ev sahibliyi etmişdi. Bundan bir əsrdən çox keçəndən sonra olimpiada üzünü Yunanıstana çevirdi. Uzun ayrılıqdan sonra "Olimpiada evinə xoş gəldin!" ifadəsi Afina Olimpiya Oyunlarınınən təsirli şüarı oldu.Afina Olimpiadanın gəlişini avqustun 13-də keçirilən açılış mərasimi ilə rəsmi şəkildə qeyd etdi. Bu mərasimi izləyən saysız-hesabsız insan yunanların qədim tarixini bir daha yada saldı, olimpiadanın necə böyük və möhtəşəm tədbir olduğunu hiss etdi.

Olimpiyadanı 202 ölkə təmsil edirdi. Afina 20 gün bütün dünyanın diqqət mərkəzinə çevrildi.

Ölkələrin göstərdiyi nəticələrı[redaktə | mənbəni redaktə et]

  • Ölkələr üzrə nəticələr (kəmiyyətə görə)
Medalların ümumi sayı
Ölkə Qızıl Gümüş Bürünc Ümumi
1 ABŞ Amerika Birləşmiş Ştatları 35 39 29 103
2 Rusiya Rusiya 28 27 38 93
3 Çin Çin 32 17 14 63
4 Avstraliya Avstraliya 17 16 16 49
5 Almaniya Almaniya 14 16 18 48
6 Yaponiya Yaponiya 16 9 12 37
7 Fransa Fransa 11 9 13 33
8–9 İtaliya İtaliya 10 11 11 32
8–9 Cənubi Koreya Cənubi Koreya 10 11 11 32
10 Böyük Britaniya Böyük Britaniya 9 9 12 30
11 Kuba Kuba 9 7 11 27
12 Ukrayna Ukrayna 9 5 9 23
13 Niderland Niderland 4 9 9 22
14–15 Rumıniya Rumıniya 8 5 6 19
14–15 İspaniya İspaniya 3 11 5 19
16 Macarıstan Macarıstan 8 6 3 17
17 Yunanıstan Yunanıstan 6 6 4 16
18 Belarus Belorusiya 2 6 7 15
19–20 Kanada Kanada 3 6 3 12
19–20 Bolqarıstan Bolqarıstan 2 1 9 12
21–23 Braziliya Braziliya 4 3 3 10
21–23 Türkiyə Türkiyə 3 3 4 10
21–23 Polşa Polşa 3 2 5 10
24–27 Tailand Tayland 3 1 4 8
24–27 Danimarka Danimarka 2 0 6 8
24–27 Qazaxıstan Qazaxıstan 1 4 3 8
24–27 Çexiya Çex Respublikası 1 3 4 8
28–31 İsveç İsveç 4 1 2 7
28–31 Avstriya Avstriya 2 4 1 7
28–31 Efiopiya Efiopiya 2 3 2 7
28–31 Keniya Keniya 1 4 2 7
32–36 Norveç Norveç 5 0 1 6
32–36 İran İran 2 2 2 6
32–36 Slovakiya Slovakiya 2 2 2 6
32–36 Argentina Argentina 2 0 4 6
32–36 Cənubi Afrika Respublikası Cənubi Afrika 1 3 2 6
37–45 Yeni Zelandiya Yeni Zelandiya 3 2 0 5
37–45 Tayvan Tayvan 2 2 1 5
37–45 Yamayka Yamayka 2 1 2 5
37–45 Özbəkistan Özbəkistan 2 1 2 5
37–45 Xorvatiya Xorvatiya 1 2 2 5
37–45 Misir Misir 1 1 3 5
37–45 İsveçrə İsveçrə 1 1 3 5
37–45 Azərbaycan Azərbaycan 1 0 4 5
37–45 Şimali Koreya Şimali Koreya 0 4 1 5
46–50 Gürcüstan Gürcüstan 2 2 0 4
46–50 İndoneziya İndoneziya 1 1 2 4
46–50 Latviya Latviya 0 4 0 4
46–50 Meksika Meksika 0 3 1 4
46–50 Sloveniya Sloveniya 0 1 3 4
51–57 Mərakeş Mərakeş 2 1 0 3
51–57 Çili Çili 2 0 1 3
51–57 Litva Litva 1 2 0 3
51–57 Zimbabve Zimbabve 1 1 1 3
51–57 Belçika Belçika 1 0 2 3
51–57 Portuqaliya Portuqaliya 0 2 1 3
51–57 Estoniya Estoniya 0 1 2 3
58–63 Baham adaları Baham adaları 1 0 1 2
58–63 İsrail İsrail 1 0 1 2
58–63 Finlandiya Finlandiya 0 2 0 2
58–63 Serbiya və Monteneqro 0 2 0 2
58–63 Nigeriya Nigeriya 0 0 2 2
58–63 Venesuela Venesuela 0 0 2 2
64–75 Kamerun Kamerun 1 0 0 1
64–75 Dominikan Respublikası 1 0 0 1
64–75 İrlandiya İrlandiya 1 0 0 1
64–75 Birləşmiş Ərəb Əmirlikləri BƏƏ 1 0 0 1
64–75 Honq Konq 0 1 0 1
64–75 Hindistan Hindistan 0 1 0 1
64–75 Paraqvay Paraqvay 0 1 0 1
64–75 Kolumbiya Kolumbiya 0 0 1 1
64–75 Eritreya Eritreya 0 0 1 1
64–75 Monqolustan Monqolustan 0 0 1 1
64–75 Suriya Suriya 0 0 1 1
64–75 Trinidad və Tobaqo Trinidad və Tobaqo 0 0 1 1

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Athens 2004 (ing.). IOC.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]