Əlimuxtar Hüseynzadə — Vikipediya

Əlimuxtar Hüseynzadə
bayraq
Azərbaycan SSR kənd tikintisi naziri
bayraq2
20 noyabr 1974 – 2 noyabr 1978
ƏvvəlkiSaleh Hacıyev
SonrakıDadaş Asanov
Şəxsi məlumatlar
Doğum tarixi 5 fevral 1925(1925-02-05)
Doğum yeri
Vəfat tarixi 14 sentyabr 2007(2007-09-14) (82 yaşında)
Vəfat yeri

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni
SSRİ Nazirlər Sovetinin mükafatı

Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə (5 fevral 1925, Bakı14 sentyabr 2007, Bakı) — əməkdar inşaatçı. Azərbaycanın Kənd Tikinti Naziri (1974–1978).

Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə 05 fevral 1925-ci ildə Bakı şəhərində anadan olmuşdur.

Təhsil illəri

[redaktə | mənbəni redaktə et]

1 nömrəli orta məktəbin səkkizinci sinifini bitirdikdən sonra 1942-ci ildə Dəmiryolu Texnikumuna qəbul olmuşdur. Texnikumu bitirdikdən sonra 1945-ci ildə Bakıda filialı açılan Zaqafqaziya Dəmir Yolu İnstitutun tikinti şöbəsinə daxil olmuş və 1950-ci ildə təhsilini başa vurmuşdur.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1950-1953-cü illərdə Kür-Araz Su Tikinti Baş İdarəsinin Salyan bölməsində usta;

1953-1956-cı illərdə Neft Nazirliyinin tabeliçiliyində fəaliyyət göstərən Azərbaycan Ərazi Tikinti Trestində usta, iş icraçısı;

1956-1962-ci illərdə Bakı Baş Tikinti İdarəsinin 3 nömrəli Tikinti İdarəsində iş icraçısı, sahə rəisi, idarə müdiri;

1962-1966-cı illərdə yeni yaradılmış 1 nömrəli "Bakışəhərtikinti" Trestinin müdiri;

1966-1974-cü illərdə SSRİ-nin Nəqliyyat Tikinti Nazirliyinin "Xəzərdəniztikinti" (1971-ci ildən "Azərnəqliyyattikinti") Trestinin müdiri;

1974-1978-ci illərdə Azərbaycan Respublikasının Kənd Tikintisi naziri

1978-1985-ci illərdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyində tikinti məsələləri üzrə nazir müavini vəzifələrində çalışmışdır.

1985-ci ildən İttifaq əhəmiyyətli fərdi təqaüdçü olmuşdur.

Əlimuxtar Hüseynzadənin rəhbərliyi altında Bakı Televiziya Mərkəzi, Nərimanov prospektində (indiki Hüseyn Cavid prospekti) 522, 528, 535-ci məhəllələrdə yerləşən yaraşıqlı beşmərtəbəli binalar, “Cəfər Cabbarlı” və “Sevil” kinoteatrları, “Yaşıl” teatrı, Elmlər Akademiyasının yeni binası (indiki Azərbaycan Milli Elmlər Akademiyası AMEA) və onun Kimya, Fizika və Kibernetika institutlarının binaları, Azərbaycan Dövlət Universitetinin binasını, Politexnik İnstitutunun yeni korpusları, Sirkin binası və Azərbaycanfilm Kinostudiyası, “Azqiprovodxoz” İnstitutunun (sonralar Vergilər Nazirliyinin) binası, Aktyorlar evi, “Bakı” mehmanxanası, Respublika xəstaxanasının iki əsas korpusu, Ə.Qarayev adına 2-saylı Uşaq Xəstəxanası, M.Topçubaşov adına Eksperimental Xəstəxana, Onkologiya İnstitutu, Qanköçürmə və Taun Əleyhinə stansiyalar, 5 nömrəli xəstəxana, Zabrat – Pirşağı dəmir yolu və körpüləri, Sumqayıt – Yalama və Bakı – Dərbənd dəmir yollarının elektrikləşdirilməsi, Dübəndidə neftdoldurma bazası, Bakıda Dəniz vağzalı, 17 mərtəbəli İnturist (“Azərbaycan”) mehmanxanası, İçəri Şəhərdə Azərbaycan Ensiklopediyasının binası, Dövlət Təhlükəsizlik Komitəsinin yeni inzibati binası və işçiləri üçün Bilgəhdə dənizkənarı istirahət zonası, Qaradağda sement zavodunun işçiləri üçün qəsəbə, QazaxıstanTürkmənistanda bir sıra hidrotexnik və sosial obyektlər, respublikanın ərazisində çoxsaylı heyvandarlıq və quşçuluq kompleksləri, şərab zavodları, istehsalat sahələri, onlarla yaşayış və inzibati binalar, məktəb, uşaq bağçaları, səhiyyə, kommunal və sair obyektlər tikilib istifadəyə verilmişdir.

2007-ci ilin sentyabr ayında ömrünün 83-cü ilində ziyalı, nurlu bir insan və əsl el ağsaqqalı Əlimuxtar Ağaqulu oğlu Hüseynzadə dünyasını dəyişmişdir.

1958-ci ildə “Şərəf nişanı”, 1966-cı və 1971-ci illərdə “Qırmızı əmək bayrağı” ordenləri və bir sıra medallarla təltif olunmuşdur. 1962-ci ildə tikinti kompleksində xidmətlərinə görə respublikanın “Əməkdar inşaatçısı” Fəxri adına və 1978-ci ildə SSRİ Nazirlər Sovetinin mükafatına layiq görülmüşdür. 1974-cü və 1985-ci illərdə Ali Sovetin Fəxri fərmanları ilə təltif olunmuş, 1975-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.