Gürzə (hərbi birləşmə) — Vikipediya

Gürzə
Növü xüsusi təyinatlı
Ölkə Azərbaycan Azərbaycan
Tabedir DİN Daxili Qoşunları
Sayı gizli saxlanılır
Müharibələr 2-ci Qarabağ müharibəsi
Döyüşlər Füzuli döyüşləri
Şuşa döyüşləri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Cavid Tağıyev

"Gürzə"Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.

Yaradılması[redaktə | mənbəni redaktə et]

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Gürzə" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.

"Gürzə" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Zəfər" ordenli Cavid Tağıyevdir.[1]

Tarixi[redaktə | mənbəni redaktə et]

"Gürzə" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı həmçinin Füzuli şəhərininŞuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 7 nəfər şəhid olmuşdur, 28 nəfər isə yaralanmışdır. XTD Komandiri vəzifəsini icra edən Cavid Tağıyev noyabrın 8-də Şuşa istiqamətində yaralanmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 09.12.2020. 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.