2-ci Ordu Korpusu (Azərbaycan) — Vikipediya

2-ci Ordu Korpusu
Növü Motoatıcı
Yaranma tarixi 3 mart 1992
Ölkə Azərbaycan Azərbaycan
Tabedir Azərbaycan Silahlı Qüvvələri
Daxildir Azərbaycan Quru Qoşunları
Qərargah Beyləqan
Ləqəbi Beyləqan korpusu
Müharibələr Qarabağ müharibəsi
Aprel döyüşləri
İkinci Qarabağ müharibəsi
Döyüşlər 2020:Arazboyu əməliyyatlar
Laçın döyüşləri
Komandanlıq
Komandir Mais Bərxudarov
Məşhur komandirləri Ayaz Həsənov

2-ci Ordu Korpusu — Beyləqan korpusu olaraq da adlandırılan Azərbaycan Quru Qoşunlarının regional bir hərbi birləşməsi. Bölmələrinin əksəriyyəti Ermənistanın uzun illər işğal atında saxladığı Qarabağla təmas xəttində, xüsusən də Xocavənd rayonu və qismən Azərbaycan-İran sərhədində yerləşirdi. Hal-hazırda korpusa general-leytenant Mais Bərxudarov rəhbərlik edir.[1] Diqqət çəkən hərbçiləri arasında Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov da var.

Tarix[redaktə | mənbəni redaktə et]

Korpus 3 mart 1992-ci ildə o dövrdə Azərbaycanın Müdafiə naziri general-mayor Tahir Əliyevin müvafiq əmri ilə qurulmuşdur.[2] 90-cı illərdə sıralarında olan bölmələr arasında 161-ci motoatıcı briqadası da var idi. Qurulduqdan qısa müddət sonra cəbhəyə göndərilən hərbi hissə Birinci Dağlıq Qarabağ müharibəsi zamanı Füzuli rayonunun, eləcə də Qırmızı Bazar, Şişkaya və Qacarın müdafiəsində əsas zərbə qüvvəsi rolunu oynamışdı. Füzulidəki Babı, Arayatlı, Mollaməhərrəmli, Əhmədalılar, Şükürbəyli və digərlərini ermənilərdən almağa müvəffəq olur.

2013-cü ildə Müdafiə naziri Zakir Həsənov keçmiş nazir Səfər Əbiyevin "qalası" sayılan korpusa baş çəkir, bir çox rəhbərlik strukturlarında dəyişikliklər olduğunu, o cümlədən Əbiyevin dövründə vəzifədən kənarlaşdırılmayan 50-yə yaxın zabitin vəzifələndirildiyini elan edir.[3] Korpus 2016-cı ildə Aprel döyüşləri zamanı strateji yüksəkliklərin ələ keçirilməsində böyük rol oynayır. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı korpus Xocavənd rayonunda Ermənistan Silahlı Qüvvələrinə qarşı əməliyyatlarda iştirak edir. Arazboyu əməliyyatlarLaçın döyüşlərində iştirak edir. 9 oktyabrda Hadrutun və səkkiz kəndin korpus tərəfindən geri alındığı elan edilir.[4] 20 oktyabr tarixinə qədər bölgədəki on üç kənd daha korpusun nəzarətinə keçir.[5][6][7][8][9] 23 oktyabrda Prezident İlham Əliyev 2-ci Ordu Korpusunun 706-cı motoatıcı briqadasının komandiri Şükür Həmidovun Qubadlı rayonundakı əməliyyatlar zamanı şəhid olması münasibətilə valideynlərinə baş sağlığı diləyir.[10]

Tərkibi[redaktə | mənbəni redaktə et]

  • Qərargahı (Beyləqan)
  • 2-ci Motoatıcı briqada
  • 4-cü motoatıcı briqada
  • 6-cı motoatıcı briqada
  • 8-i motoatıcı briqada
  • 13-cü motoatıcı briqada
  • 14-cü motoatıcı briqada
  • 18-ci motoatıcı briqada[11]

Təltifləri[redaktə | mənbəni redaktə et]

2020 Bakı Qələbə Paradı zamanı 2-ci Ordu Korpusunun fəxri keçidi.

Döyüş əməliyyatları zamanı hərbi hissənin bir sıra hərbi qulluqçularına fəxri adlar, orden və medallar verilib. Dörd nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərdir. Orden və medallarla təltif olunanlar[2]:

Komandanları[redaktə | mənbəni redaktə et]

  • General-mayor: Ayaz Həsənov (2014-ci il oktyabra qədər)[12]
  • General-mayor: Mais Bərxudarov (2014-h.h)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Провал военной хунты". Free Azerbaijan (rus). 2020-11-16. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-05.
  2. 2,0 2,1 "Beyləqanda yerləşən "N" saylı hərbi hissənin yaranmasından 26 il ötür". ordu.az (az.). 5 March 2018. 24 January 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 December 2020.
  3. "Müdafiə naziri Zakir Həsənov Beyləqan Korpusunda «təmizləmə» aparır". Pia.az News (ingilis). 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-22.
  4. "Azerbaijani Army liberates Hadrut settlement and eight villages from occupation - LIST". Azeri Press Agency (ingilis). 2020-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-23.
  5. APA.az. "President Ilham Aliyev: 3 more villages liberated from occupation". apa.az (az.). 2020-10-16. 2020-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  6. "President Ilham Aliyev: Azerbaijani Army liberated five villages of Khojavand district". Azerbaijan State News Agency. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  7. "President Ilham Aliyev: Azerbaijani Army liberated three villages of Fuzuli district, five villages of Khojavand district". MINISTRY OF DEFENCE OF THE REPUBLIC OF AZERBAIJAN (ingilis). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-18.
  8. "President Ilham Aliyev: Zangilan city and 6 villages of the district, 18 villages of Fuzuli, Jabrayil, and Khojavand districts liberated". MINISTRY OF DEFENCE OF THE REPUBLIC OF AZERBAIJAN (ingilis). 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-21.
  9. "President Ilham Aliyev: Zangilan city and 6 villages of the district, 18 villages of Fuzuli, Jabrayil, and Khojavand districts were liberated". State News Agency of Azerbaijan. 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-17.
  10. "Hero of Azerbaijan Shukur Hamidov Died" (ingilis). Turan Information Agency. 23 October 2020. 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2020.
  11. "Противостояние на армяно-азербайджанской границе". anna-news.info (rus). 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.
  12. "GENERAL AYAZ HƏSƏNOV KORPUS KOMANDİRİ TƏYİN OLUNDU - Müdafiə Nazirliyində mühüm təyinat (ÖZƏL)". AzPolitika — onlayn siyasi-ictimai qəzet (az.). 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-23.