Qırmızı beret — Vikipediya

İngilis qırmızı beretli

Qırmızı Beret — əsasən Xüsusi Təyinatlı Dəstələrin baş geyimi kimi qəbul edilmişdir. Dünya dövlətləri ölkədaxilində baş verəcək terrorun qarşısının alınması və xüsusi təyin olunmuş əməliyyat üçün bu birləşmələri yaradmışlar. Bir sıra ölkələrin Qırmızı Beretliləri haqqında:

Haqqında[redaktə | mənbəni redaktə et]

'Amerika Ordusu' — 1943-cü ildə General Frederik Brauning, Britaniya Birinci Bort Korpusunun komandanı, Britaniya Paraşüt Polyunda ABŞ Ordusunun 509-cu Paraşüt Piyada qoşunu və Vyetnam müharibəsi zamanı iştirak edən fransız qoşunlarına bu beretin geyilməyinə icazə verilmişdir.ABŞ Hərbi Hava Qüvvələrinin döyüş personalıda bu baş geyimindən istifadə edirlər.Amerikada Qırmızı Bereti qazanmaq üçün ən güclü kurslardan biri olan Ranger kursu mövcuddur. Bu beretin qırmızı rənginin mənasının "qurban verilmiş qan" anlamına gəldiyi iddia edilir.

'Almaniya Ordusu'Almaniyada qırmızı bereti Kommando SpezialkräfteDivision Spezielle Operationen kimi komando qrupları geyinir.

'Azərbaycan Ordusu' — qırmızı bereti yalnız Azərbaycan Respublikası Daxili Qoşunları nın Xüsusi təyinatlı dəstələriAzərbaycan Respublikası Müdafiə Nazirliyi nin Qərərgahının tabeçiliyində olan Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan) istifadə edirlər. Azərbaycan Respublikası Daxili Qoşunları nın xüsusi təyinatlı dəstələrində xidmət etmək istəyən hərbi qulluqçular ilkin seçim, test üsulu ilə yoxlama, müşahidə və söhbətlər mərhələsindən keçməklə seçilirlər. Birinci mərhələ xüsusi komissiya tərəfindən həyata keçirilir. Bu komissiyanın tərkibinə qərargah, kadrlar, tibb və xüsusi təyinatlı bölmələrin zabitləri daxildir. Hər bir namizədlə aparılan söhbətlər zamanı onun xidmətə gəlməkdə məqsədi, vətənpərvərlik hissləri, ölkədə baş verən hadisələrə, valideynlərinə, onların bu xidmətə münasibəti, hərbi və ya mülki təhsili, ailə vəziyyəti, ixtisası və gələcək planları, marağı, asudə vaxtını necə keçirməsi, idmana marağı, sağlamlığının vəziyyəti, keçirdiyi xəstəliklər və s. öyrənilir. Bundan sonra namizədə gələcək xidmətlə bağlı suallar verilir. İkinci mərhələdə isə seçilmiş namizədin fiziki və psixoloji keyfiyyətləri yoxlanılır. Bu keyfiyyətlər 7 test üzrə çıxarılır, yüksək bal toplayanlar müsabiqədən keçmiş sayılır. İkinci mərhələdə namizədin dözümlülüyü qiymətləndirilir, güc dözümlülüyü yoxlanılır, həmçinin güc keyfiyyətləri, sürət keyfiyyətləri, elastikliyi, cəldliyi və cəsurluğu qiymətləndirilir. Bu dəstələrin təlimlərində əsasən çöl, bina, meşə və dağ şəraitində silahlı cinayətkarların zərərsizləşdirilməsinə önəm verilir. Onlar əlbəyaxa döyüş növlərini öyrənirlər. Eyni zamanda gecə təlimləri, gecə vaxtı müxtəlif şəraitlərdə əməliyyatlar aparmaq imkanları müntəzəm olaraq nəzərdən keçirilir. Əsasən NATO dövlətlərinin ordularında tətbiq edilən silahlardan və ən son buraxılış texnikalardan istifadə olunur. Xüsusi təyinatlıların döyüş dəstinə müxtəlif markalı atıcı və soyuq silahlar, ən müasir zirehli köynək, dağ şəraitində əməliyyatlar üçün alpinist vasitələri və s. daxildir. Bina şəraitində əməliyyatlarda isə onlar nisbətən yüngül, kiçikçaplı silahlardan və güllədən qorunmaq üçün sipərlərdən istifadə edirlər. Onların fikrincə "Vətənə əsl xidmət xüsusi təyinatlardadır". XTD-nin hərbi qulluqçuları və zabitlərinin adları açıqlanmır, onlar Türkiyə, ABŞ, Macarıstan, Almaniya, Ukrayna, Çin və digər ölkələrdə təlimlərdə iştirak edib təcrübə toplayırlar.

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)ində xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət göstərməlisən. Azərbaycanın ən güclü qoşun növü sayılan bu qruma qəbul olumaq elədə asan başa gəlmir, bəzi məlumatlara görə, bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri qırmızı beretin sertifikatın ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstremal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar, onlara müxtəlif heyvanların ətini(qurbağa,ilan)yeməyi öyrədirlər.

Müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözüməyi və s. kimi öyrədilir. Bu qrumun qulluqçuları əsasən gizir rütbəsi altında fəaliyyət göstərirlər. Bu hərbi qrumun bütün əməliyyat və tədbirləri müəyyən xüsusi xidmət orqanları tərəfindən gizli olaraq saxlanılır.

'Belarusiya Ordusu' — Xüsusi Təyinatlı Polis Dəstələri bu baş geyimindən istifadə edirlər.

'Bangladeş Ordusu' — xüsusi təxribatçı desant qüvvələri bu baş geyimindən istifadə edirlər. Bunlardan başqa Tibb Korpusu və bu korpuslara köməklik edən Silahlı Qüvvələrin üzvləri qırmızı beretdən istifadə edirlər.

'Belçika Ordusu' — Paracommando Briqadası bu baş geyimindən istifadə edirlər.

'Braziliya Ordusu' — Braziliya ordusunda qırmızı bereti qəhvəyi çəkmələrlə elit briqadalar geyinir, bunlardan Bord Piyada qoşun Brigadasın göstərmək olar.

'Britaniya Ordusu' — Britaniya Ordu Polkları zaman-zaman tez-tez fərqləndirici nişan kimi baş geyimlərindən istifadə ediblər.16-cı Hava Hücumu Briqadasında Paraşüt Polku bu baş geyimindən istifadə edirlər, onlara bəzən "qırmızı beretlilər"-də deyirlər.

'Çex Ordusu' — Çex ordusunda qırmızı bereti "Rapid Reaction Brigadası"(Cəld Reaksiyası Briqada) baş geyimi kimi istifadə edirlər. Xüsusi Təyinatlı Qüvvələr isə tünd-yaşıl rəngli beret geyinirlər.

'Fransa Ordusu' — Fransız paraşütçüləri qırmızı beretdən , Fransa Xarici Legion ordusu isə yaşıl beretdən istifadə edirlər.

'Qvatemala Ordusu' — Xüsusi Qüvvələri bu baş geyimindən istifadə edirlər.

'İsrail Ordusu' — İsrail Müdafiəsi Qüvvələrində, qırmızı bereti Tzanhanim Bort Briqadası və elit xüsusi qüvvələr vahidləri (Sayeret Matkal, Oketz, Maglan, Duvdevan və başqaları) tərəfindən geyilir.

'İtaliya Ordusu' — İtaliya Silahlı Qüvvələrində qırmızı bereti paraşüt Briqadası (Army Folgore Brigade), "Tuscania" Karabinyerləri, Polis seçmə qoşunlarıda geyinirlər.

İlaliya Xüsusi Təyinatlı Dəstəsinin qadın hərbi qulluqçusu

'Malaziya Ordusu' — bu baş geyimin elit 10 Paraşütçü Briqadası 1994-cü ildən istifadə edirlər. Bundan başqa bu baş geyimindən Malaziyanın Polis Qüvvələrinə aid xüsusi əməliyyat qrupuda geyinir.

'Norveç Ordusu' — bu baş geyimi Norveçdə 1981-ci ildən Xüsusi Qüvvələr istifadə edirlər.

'Rus Ordusu' — Rusiya ordusunda qırmızı bereti Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələri geyinirlər, yalnız burada Qərb uslubuna uyğun qırmızı deyil, beretlər — 'Krapoviy-dir'. 1980-ci ildən Sovet imperiyasında dəyişiklik edən General Vasili Filipoviç Margelov orduda paraşütçülərə qırmızı deyil, göy rəngli(peyğəmbərçiçəyi rəngli) beretləri geyinməyə əmr verdi.

'Serbiya Ordusu'- Xüsusi Təyinatlı Briqadalar bu baş geyimindən istifadə edirlər.

'Şri-Lanka' — Desant təxribatçı-dəstə Polku bu baş geyimindən istifadə edirlər.

'Türk Ordusu'Türkiyə Silahlı Qüvvələrində Qırmızı Bereti yalnız Xüsusi Qüvvələr Komandanlığı ya da xalq arasındakı adıyla Bordo Berelilər və köhnə adıyla Xüsusi Hərb Dairəsi, Türkiyə Silahlı Qüvvələrinin dəyişik sinif və rütbələrdəki zabit, ehtiyat zabit və mütəxəssis ibarət olan, daxili və xarici təhdidlərin aradan qaldırılmasına qarşı hər cür ərazi və iqlim şərtlərində vəzifə edə biləcək xüsusiyyətdə üst səviyyə təhsil almış yetişdirilmiş xüsusi əsgərlərə verilən addır. 1992-ci ildə Briqada səviyyəsində qurulmuş və daha sonra diviziya, ardından 2006 — Yüksək Əsgəri Şura qərarı ilə Tabor, 2010 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Diviziya və 2011 — Yüksək Əsgəri Şura qərarı ilə təkrar Tabor səviyyəsinə gətirilmişdir. Heç bir qüvvə komandirliyinə bağlı olmayan komandanlığ Baş qərargah Başçısına bağlı olaraq vəzifə yerinə yetirərlər. Söz mövzusu birlik, Bordo Beretlilər ilə Müharibə Axtarış Qurtarma (MAK), Xüsusi Qüvvələrin əmrində vəzifə yerinə yetirməkdədir. Burada vəzifə yerinə yetirən əsgərlər xüsusi olaraq seçilmişdir. 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlıları Çempionatında, 26 xüsusi qüvvə birliyi arasında birinci olmuşdur. Bordo Beretlilər eyni zamanda dövlət böyüklərinin yaxın qoruma vəzifəsini də yerinə yetirərlər. Başda baş qərargah başçısı olmaq üzrə qüvvə komandirlərinin və yüksək rütbəli generalların qoruma və təhlükəsizlik vəzifələrini boynuna götürərlər. Abdullah Öcalanın tutulma və Türkiyəyə gətirilməsi vəzifəsində böyük rol oynamışlar. Əsl vəzifələri; ola biləcək bir döyüş vəziyyətində xalqı təşkilatlandırmaq və yetişdirməkdir. Bordo Berelilerin gizliliyini Milli İstihbarat Təşkilatı qoruyur.

'Ukrayna Ordusu'- "Berkut" hərbiləşdirilmiş polis qüvvəsi qırmızı beretdən istifadə edirlər.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]