Ana səhifə

Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Zlatan Ibrahimović-2.jpg
Zlatan İbrahimoviç — İsveç futbolçusu. İsveç milli futbol komandasının və Fransanın "Pari Sen Jermen" klubunun heyətində çıxış edir. Hücumçu mövqeyində çıxış edir.

İbrahimoviç futbola 1990-cı illərin sonunda "Malmö" klubunda başlayıb. 1999–2001-ci illərdə bu klubun heyətində çıxış edib. Daha sonra o, Niderlandın "Ayaks" klubu ilə müqavilə imzalayıb. 2001–2004-cü illərdə "Ayaks"ın futbolçusu olub. 2004-cü ildə 16 milyon avroya İtaliyanın "Yuventus" klubuna transfer olunub. "Yuventus"dakı karyerası 2006-cı ilə kimi davam edib. 2006-cı ildə "Yuventus"la bağlı İtaliya futbolundakı qalmaqala görə klubu tərk edib və digər İtaliya klubu "İnter"lə müqavilə imzalayıb. 2009-cu ilə kimi "İnter"in heyətində çıxış edib. 2009-cu ilə "İnter"dən ayrılaraq İspaniyanın nəgəng klublarından olan "Barselona"ya keçib. 2010-cu ildə yenidən İtaliyaya qayıdıb və "Milan" klubun heyətində icarə əsasında çıxış edib. 2011-ci ildə rəsmən "Milan" klubuna transfer olunub. 2012-ci ildə "Milan"da iqtisadi problemlərə görə klubdan ayrılıb və Fransanın "Pari Sen-Jermen" klubu ilə müqavilə imzalayıb. Altı klubun heyətində UEFA Çempionlar Liqasında çıxış edib.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Susuzluq kəndi yaxınlığındakı mina partlayışı.png
Susuzluq kəndi yaxınlığında partlayış — 4 iyun 2021-ci il tarixində, Azərbaycanın Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlıqlarında baş verən mina partlayışı. Partlayış nəticəsində Azərbaycan Televiziyasının operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olmuşdur. Əlavə olaraq, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu, İkinci Qarabağ müharibəsi dövründə döyüşlərin getdiyi ərazidə jurnalist ölümü ilə bağlı ilk hal olmuşdur.

İnsidentə görə Azərbaycan tərəfi Ermənistanı günahkar bilmiş, Qarabağda basdırılan minaların xəritəsinin Azərbaycana verilmədiyi halda belə faciəvi halların yenidən baş verəcəyini əlavə etmişdir. Həmçinin, Azərbaycan rəsmiləri Kəlbəcərdəki minaların İkinci Qarabağ müharibəsi bitdikdən sonra qoşunların ərazidən çıxarılması zamanı erməni hərbçiləri tərəfindən basdırıldığını irəli sürmüşdür. Ermənistan buna cavab verməmişdir. Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏTBeynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə öz başsağlıqlarını diləmişdir.

(Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Geoff Hurst (2).jpg
İngiltərə milli futbol komandasının het-triklərinin siyahısıİngiltərə milli futbol komandası tarixində bir futbol oyununda üç və ya daha çox qol vuran futbolçuları özündə birləşdirir. Beynəlxalq futbolun başlanğıcı olan 1872-ci ildən bu günümüzə qədər 57 İngiltərə kişi milli komanda futbolçusu het-trik etmişdir. İngiltərə üçün het-trik edən ilk futbolçular Hovard Voqton və Artur Alfred Broundur. Aston Villa FK klubunun futbolçuları olan bu ikili 1882-ci ildə İrlandiya ilə oynanılan dostluq oyununda üçdən çox qol vurmuşlar. Dörd futbolçu — Voqton, Stiv Blumer, Villi Holl və Malkolm Makdonald bir oyunda beş qol vurma nailiyyəti göstərmişlər. Cimmi Qreyvs 6 dəfə het-trik edərək bu sahədə ən uğurlu futbolçudur. Beş futbolçu — Albert Allen, Frank Bredşou, Volter Gilliat, Con Veytx və Con Yates sadəcə bir dəfə milli komandada oynamalarına baxmayaraq, het-trik edən futbolçulardır.

Futbol üzrə dünya çempionatı 1966-ın finalında Geoff Hurstun etdiyi het-trik bütün zamanların ən məhşuru het-triki hesab olunur. İngiltərə adına ən sonuncu het-triki Bolqarıstan ilə oynanılan və İngiltərənin 4–0 qalibiyyətiylə nəticələnən UEFA Avropa Kuboku 2012-in seçmə mərhələsi oyununda Jermen Defo etmişdir.