Zənzibar — Vikipediya

Zənzibar

ing. Zanzibar
Zənzibar
Zənzibar bayrağı
Himni: "Mungu ametubarikia"
Zənzibar xəritədə yeri
PaytaxtıStoun Taun
Ən böyük şəhəriZənzibar
Rəsmi dillərisuahili, ingilis
Etnik qrupları
Hadimu
Tumbatu
Dini
islam (99 %)
İdarəetmə formasıfederativ respublika
Tarixi 
• Yaranması
26 aprel 1964
Ərazisi
• Ümumi
2.461
Əhalisi
• 2012 təxmini
1.303.569
ValyutasıTanzaniya şillinqi
Saat qurşağıŞAZ
Telefon kodu255
İnternet domeni.tz

Zənzibar və ya ZangibarAfrikanın şərqində, iki adadan ibarət və Tanzaniya dövlətinə bağlı muxtar bölgə.

Zənzibar əsas ada olan Zangibar adasından və Pemba adasından ibarətdir. Paytaxtı Stoun Taun şəhəridir. İqtisadiyyatı ədviyyata və turizmə əsaslanır. Zənzibar əsil adı Forrux Bulsara olan və "Queen" rok qrupunun solisti olan Freddi Merkurinin doğum yeridir. Merkuri Stoun Taunda anadan olmuşdur.

Zənzibar dünyanın ən tanınmış ədviyyat ixracatçılarından biridir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Zənzibar Şirazdan qaçıb gəlmiş iranlı köçkünlər tərəfindən yaradılmışdır. Fars dilində "Zangi bar"– "zəncilər sahili" deməkdir. 1503–1698-ci ildə Zənzibar Portuqaliyanın hakimiyyətində qalmışdır. 1698-ci ildə Oman sultanlığının əlinə keçmişdir.

1840-cı ildə Oman sultanı Seyid Said ibn Sultan Əl-Busaid sultanlığın paytaxtını Məsqətdən adadakı Ston Tauna köçürmüşdür. 1856-cı ildə ölümündən sonra oğulları hakimiyyət uğrunda savaşa çıxmış və 6 aprel 1861-ci ildə sultanlıq Oman və Zənzibar olmaqla iki yerə ayrılmışdır. 6-cı oğlu Məcid ibn Sultan Ə-Busaid (1834–1870) Zənzibar sultanı, 3-cü oğlu Seyid Tuvaini ibn Said Əl-Said Oman sultanı olmuşdur.

Zənzibar 1890–1963-cü illərdə Böyük Britaniya tərəfindən təyin olunan vəzirlərlə yarı-müstəqil idarə olunmuşdur. 19 dekabr 1963-cü ildə müstəqil sultanlıq olmuşdur. Amma tezliklə 12 yanvar 1964-cü ildə hökumət devrilmiş və 26 aprel 1964-cü ildə Tanzaniyaya birləşmişdir.

İdarəetmə[redaktə | mənbəni redaktə et]

Zənzibarın 50 yerli və hər 5 ildən bir yenilənən milli məclisi vardır.

Turizm[redaktə | mənbəni redaktə et]

Zənzibarda, xüsusilə də onun mərkəzi olan Stoun Taunda hər gün "ədviyyat turları" təşkil edilir[1]. Vaxtı ilə bu ada dünyanın yarısını ədviyyatla təmin edirdi[1].

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Zənzibar, okeanın ardınca Arxivləşdirilib 2016-02-05 at the Wayback Machine. milli.az, 03.02.2016  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]