Yusif Yusifov (tarixçi) — Vikipediya

Yusif Yusifov
Yusif Bəhlul oğlu Yusifov
Doğum tarixi
Doğum yeri SSRİ SSRİ
Ermənistan Sovet Sosialist Respublikası Ermənistan SSR, Vedi mahalı
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Azərbaycan Azərbaycan, Bakı
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi[d]

Yusif Bəhlul oğlu Yusifov (23 sentyabr 1929, Vedi4 yanvar 1998, Bakı) — görkəmli Azərbaycan tarixçisi, şərqşünas, türkoloq, dilçi, mixi yazılar üzrə mütəxəssis[1], toponimikaçı, elamşünas, Azərbaycanda qədim Şərq tarixinin tədqiqinin əsasını qoyan, nadir ixtisaslı alimlərdən biri.

Elam tarixinə aid araşdırmaları onu dünyanın tanınmış şərqşünas alimləri ilə bir sıraya qoydu, Azərbaycan tarixi üzrə çoxsaylı əsərləri isə tariximizin bir çox qaranlıq səhifələrinə işıq saçdı və yeni istiqamətdə əvəzsiz rol oynadı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Yusif Bəhlul oğlu Yusifov 1929-cu il sentyabrın 23-də Qərbi Azərbaycanın (hazırkı Ermənistan) Böyük Vedi mahalında anadan olmuşdur. Qədim Oğuz yurdu Vedidə boya-başa çatan Yusif Yusifov 1946-cı ildə İrəvanda Azərbaycan Pedaqoji Texnikumunu bitirdikdən sonra təhsilini dünyanın tanınmış şərqşünaslıq mərkəzlərindən olan Leninqrad (hazırda Sankt-Peterburq) Universitetində davam etdirmiş və orada qədim Şərq dilləri (şumer, akkad, elam, iran) üzrə yüksək filoloji hazırlıq keçmişdi. 1952-ci ildə Universitetin İran filologiyası şöbəsini bitirən Yusif Yusifov vətənə qayıdır və 1952–1953-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Tarix və Fəlsəfə İnstitutunda əmək fəaliyyətinə başlayır. Lakin tezliklə qədim Şərq tarixinə maraq və Universitetdə aldığı zəngin biliyi elmi-tədqiqat sahəsində reallaşdırmaq arzusu gənc Yusifi yenidən Leninqrada çəkir. 1953–1956-cı illərdə o, Leninqrad Dövlət Ermitajında görkəmli şumerşünas və assurşünas İ. M. Dyakonovun rəhbərliyi ilə aspiranturada təhsilini davam etdirir, dünya tarixşünaslığında az öyrənilmiş mövzulardan olan Elam tarixini mövzusu kimi seçir. Yusif Yusifovun Elam tarixinin son dövrünə aid ilk irihəcmli məqalələri və 1958-ci ildə müdafiə etdiyi namizədlik dissertasiyası görkəmli şərgşünas alimlərin diqqətini cəlb edir, onu nüfuzlu elamşünas alim kimi tanıdır.

Namizədlik dissertasiyasını müdafiə etdikdən sonra vətənə tanınmış, elimdə öz sözü və istiqaməti olan alim kimi dönən Yusif Yusifov 1967-ci ilədək Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışır. Qısa müddətdə o, Elam, Midiya, AssuriyaUrartu tarixinin mühüm problemlərinə aid respublika, ittifaq və xarici ölkələrin jurnallarında məqalələr nəşr etdirir, Elamın ictimai-iqtisadi tarixinə aid doktorluq dissertasiyasını başa çatdırır və 1965-ci il tarixində Tbilisidə uğurla müdafiə edir. 1968-ci ildə Yusif Yusifov Moskvada Elamın ictimai-iqtisadi tarixinə həsr olunmuş irihəcmli monoqrafiyası nəşr olundu. Uzun illərin zəhmətinin nəticəsi olan bu əsər dünya tarixşünaslığında yüksək qiymətləndirildi və müəllifi Avropa və Amerikanın görkəmli elamşünas alimləri ilə bir sıraya qoydu.

1967-ci ildən pedaqoji fəaliyyətə başlayan Yusif Yusifov M. F. Axundov adına Pedaqoji Dillər İnstitutunun Azərbaycan tarixi kafedrasında professor, 1971-ci ildən ömrünün sonunadək isə Azərbaycan Pedaqoji Universitetində professor, kafedra müdiri[2], fakültə dekanı[3] vəzifələrində işləmiş, elmi və pedaqoji kadrların yetişdirilməsinə böyük əmək sərf etmişdir.

Qədim Şərq tarixini dərindən bilən və böyük pedaqoji təcrübəyə malik olan Yusif Yusifov 1993-ci ildə ömrünün ən dəyərli kitablarından birini — ali məktəblər üçün "Qədim Şərq tarixi" dərsliyini nəşr etdirmişdir[4].

Yusif Yusifov Şərqin və Azərbaycanın qədim tarixi üzrə onlarla mütəxəssis yetişdirmiş, ali və orta məktəblər üçün dərsliklər və dərs vəsaiti yazıb çap etmişdir, o cümlədən Azərbaycan toponimikasına dair bir sıra elmi məqalələrin və S. Kərimovla birlikdə dərsliyin müəllifidir. Bu dərslik ali məktəblərin humanitar fakültələrində müasir dövrdə də tədris vəsaiti olaraq qalmaqdadır.

Yusif Yusifovun maraq dairəsi Azərbaycan tarixinin demək olaraq ki, dörd min illik (e.ə. III min. – b.e. I min.) dövrünü əhatə edirdi. O, hazırda ali məktəblərdə fundamental elmi vəsait olan "Azərbaycan tarixi" dərsliyinin redaktoru (akad. Z. Bünyadovla birlikdə) və müəlliflərindən idi.

Elmi töhfəsi və tanınması[redaktə | mənbəni redaktə et]

Yusif Yusifov qədim Şərq mədəniyyətlərinin öyrənilməsi sahəsində aparıcı mütəxəssislərdən biri kimi tanınıb, xüsusən də Elam tarixi və mədəniyyətinin öyrənilməsinə verdiyi töhfə ilə seçilib. Onun qədim yazılı abidələr, Şumer dili üzrə işləri, həmçinin türkoloji və toponimik tədqiqatları bu elm sahələrinin inkişafında mühüm rol oynayıb. Yusifov həmçinin elmi konfrans və simpoziumlarda fəal iştirak edərək şərqşünaslığın sərhədlərini genişləndirib.

Onun işləri mənbələrin dərindən təhlili, tarixi dövrlərin və xalqların öyrənilməsindəki diqqət və dəqiq yanaşma ilə fərqlənir. Yusifov qədim Şərqin sosial-iqtisadi tarixinin anlaşılmasında göstərdiyi xüsusi töhfə ilə tanınıb. Onun monografiya və məqalələri dünyanın bir çox universitetlərində bu günədək əsas dərs vəsaitləri və mənbə kimi istifadə olunur.

Son illər və irsi[redaktə | mənbəni redaktə et]

Yusif Yusifovun həyatının son illəri fəal elmi və tədris fəaliyyəti ilə xarakterizə olunur. O, özündən sonra şərqşünaslıq sahəsində tədqiqatçıları ilhamlandıran və istiqamətləndirən zəngin elmi irs qoyub. 1998-ci ilin 4 yanvarında Bakıda dünyasını dəyişən Yusifov, Azərbaycan və dünya elminin tarixində silinməz iz qoymuşdur.

Onun elmi irsi tələbələri və davamçılarında yaşamaqda davam edir, onlar qədim Şərq tarixi və mədəniyyəti sahəsində tədqiqatlarını davam etdirirlər. Yusifov haqqı ilə Azərbaycan tarix elminin və şərqşünaslığının əsas sütunlarından biri hesab edilir və onun töhfəsi müasir tədqiqatlar üçün hələ də aktual və dəyərli qalır.

Haqqında[redaktə | mənbəni redaktə et]

Böyük Sovet Ensiklopediyasının 1981-ci il tarixli nəşrinə Yusif Yusifov Azərbaycan SSR-nin görkəmli tarixçi alimi, ilk və yeganə elamşünası kimi daxil edilmişdir.

Əsas elmi əsərləri[redaktə | mənbəni redaktə et]

1956

  • Царское ремесленное хозяйство в Мидии и Эламе (VI в. до н. э.). Автореф. канд. дисс. Ленинград. – 16 стр.

1958

  • Хозяйственные документы из Суз и хронология ранних Ахеменидов // Вестник Древней Истории, № 3, с. 18–32.
  • Царское ремесленное хозяйство в Эламе Мидийско-персидского времени // Труды Института Истории АН Азерб. ССР. Т.XIII, с. 80–108.

1959

  • К вопросу о деятельности Гауматы // Доклады АН Азерб. ССР, № 3, с. 251–257.
  • О государственном ремесленном хозяйстве в Мидии // Доклады АН Азерб. ССР, № 3, с. 373–377.
  • Эламские долговые документы из Суз (II тыс. до н. э.) // Вестник Древней Истории, № 2, с. 45–56.

1960

  • Характер организации ремесла в Ассирии, Урарту и Мидии // Труды Института Истории АН. Азерб. ССР. T.XIV, c. 5–34.
  • Важное исследование по эламскому языку. Рец. на кн.: "H. H. Paper. The Phonology and Morphology of Royal Achaemenid Elamite. Ann Arbor. The University of Michigan Press. 1955. (199 стр.) // Палестинский сборник, № 5, с. 142–147.
  • Долговые документы из Суз (VII в. до н. э.) // Исследования по истории культуры народов Востока. Сборник в честь академика И. А. Орбели. Москва, Ленинград, с. 518–524.
  • Купля-продажа недвижимой собственности и частное землевладение в Эламе // Клио. Вып. 38. Берлин, с. 5–22.
  • Частное землевладение в Эламе (II тыс. до н. э.) // XXV Всемирный Конгресс Востоковедов. Доклады советской делегации. Москва, с. 1–11.
  • Azərbaycan tarixinə aid qiymətli tədqiqat // "Kommunist" qəzeti, 18, IX.
  • On private landownership in Elam in the second millennium B. C. // XXV International Congress of Orientalists. Moscow, p. 1–13.

1961

  • О названиях "Алван" и "Арран" // Известия АН Азерб. ССР. Серия обществ. Наук, № 10, с. 23–31.
  • Термины для рабов в Эламе, Мидии и Персии в середине I тыс. до н. э. // Вестник Древней Истории, № 4, с. 32–49.
  • Azərbaycanda ən qədim insan məskəni // "Azərbaycan gəncləri" qəzeti, 20. I.
  • Yeni tədqiqat // "Ədəbiyyat və incəsənət" qəzeti, 26.VIII.

1962

  • Nə üçün aprelin 1-i aldatma günüdür // Elm və Həyat, № 4, s. 5.
  • Salamlaşma necə yaranmışdır // Elm və Həyat, № 8, s. 20.
  • Знаки на камне // Газ "Бакинский рабочий", 10.III.

1963

  • Эламские хозяйственные документы из Суз (начало) // Вестник Древней Истории, № 2, с. 191–222.
  • Эламские хозяйственные документы из Суз (окончание) // Вестник Древней Истории, № 3, с. 201–261.
  • Эламское sugir // Палестинский сборник, № 2, с. 9–15.
  • Всесоюзное совещание историков и задачи исторической науки в Азербайджане (хроника) // Известия АН Азерб. ССР. Серия обществ. наук, № 3, с. 123–126.
  • Bizim era // Elm və Həyat, № 2, s. 18.
  • Yer adları necə yaranmışdır // Elm və Həyat, № 10, s. 14.

1965

  • Элам. Социально-экономическая история. // Автореф. докт. дисс. Баку, 1965, 59 с.
  • Храмовое хозяйство в Эламе // Клио, № 46, Берлин, с. 5–25.
  • Общие черты наследования в гражданской и царской семьях Элама // Академия Унгарика. Будапешт, с. 48–49 (тезисы доклада).
  • Qədim kitabələr necə oxunmuşdur // Elm və Həyat, № 2, s. 5–8.
  • Qədim kitabələr necə oxunmuşdur // Elm və Həyat, № 3, s. 26–28.
  • Nə üçün qitələrin adları "A" hərfi ilə başlayır və qurtarır // Elm və Həyat, № 8, s. 14.
  • "Quba" və "Xaçmaz" // Elm və Həyat, № 9, s. 10.

1966

  • Договор о "Братстве" в Эламе // Вестник Древней Истории, № 4, с. 3–16.
  • Рецензия на кн.: "К. Каракашлы. Материальная культура азербайджанцев северо-восточной и центральной зон Малого Кавказа. Баку, 1964. – 280 стр." // Советская Этнография, № 4, с. 183–187.
  • Слушая востоковеда // Газета "Баку", 09.X.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "dövrünə aid türkcə yazı nümunəsi". 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-02-29.
  2. Azərbaycan Dövlət Pedaqoji Universiteti — Ümumi Tarix Kafedrası[ölü keçid]
  3. Azərbaycan Dövlət Pedaqoji Universiteti — UNİVERSİTETİN TARİX FAKÜLTƏSİ[ölü keçid]
  4. "Milli Kitabxanası". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-03-09.