Yeni İnkişaf Bankı — Vikipediya

Yeni İnkişaf Bankı
NDB
Loqonun şəkli
Yaranma tarixi 2015
Mərkəzi
Qurucusu
Sədr Dilma Rousseff[4]
ndb.int
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeni İnkişaf Bank (YİB) (ing. BRICS Development Bank) — BRICS üzvü ölkələr (Braziliya, Rusiya, Hindistan, ÇinCənubi Afrika) tərəfindən qurulan beynəlxalq maliyyə təşkilatı, inkişaf bankı. Bankın məqsədi BRICS ölkələrində və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir[5].

YİB-in Şanxayda yerləşən müvəqqəti qərargah binası

Bankın mərkəzi binası Şanxayda yerləşir.

YİB-nın nizamnamə kapitalı 100 milyard ABŞ dollarıdır. Bankın ayrılmış kapitalı - 50 milyard ABŞ dolları (ödənilmiş kapital - 10 milyard ABŞ dolları və tələbə görə 40 milyard ABŞ kapitalı daxildir)

Tarixi[redaktə | mənbəni redaktə et]

Bankın yaradılması ilə bağlı siyasi qərar BRICS liderləri tərəfindən 27 mart 2013-cü il tarixində Durban şəhərində baş tutan 5. BRICS Sammitində verilmişdir [6].

Təşkilatın yaradılmasının səbəblərindən biri də BRICS üzvlərinin dəfələrlə Dünya BankınıBVF-ni bu təşkilatlarda ən vacib qərarlar qəbul edərkən BRICS ölkələrinin kifayət qədər səs ala bilməməsinə görə tənqid etmələri idi[7].

Yeni İnkişaf Bankı haqqında müqavilə 15 iyul 2014-cü ildə Braziliyanın Fortaleza şəhərində keçirilmiş VI BRICS Sammitinin ilk günündə imzalanmışdır. Bu sənəd yeni üzvlərin qoşulması üçün açıqdır.

8 mart 2015-ci il tarixində Rusiya Prezidenti Vladimir Putin YİB-nın yaradılması ilə bağlı müqaviləni təsdiqlədi[8].

7 iyul 2015-ci il tarixdə Moskvada RF Maliyyə Nazirliyinin başçısı A. Siluanovun sədrliyi ilə MDB-nin İdarə Heyətinin ilk iclası keçirildi və bankın rəsmi fəaliyyətinə başladı. İclasda MDB üzvü olan ölkələrin nümayəndələri bankın ilk prezidentini - vitse-prezident təyin olunmuş Kundapur Vamana Kamatha seçdilər və təşkilatın ilk 5 il üçün prioritetlərini də açıqladılar[9].

Məqsədi[redaktə | mənbəni redaktə et]

YİB-ın Sazişinin 1-ci maddəsində deyilir ki, bank BRICS ölkələrində, eləcə də digər inkişaf etməkdə olan bazarda və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələri üçün resursları səfərbər edəcəkdir. Eyni zamanda digər beynəlxalq və regional maliyyə qurumlarının fəaliyyətini tamamlayır [5].

Funksiyaları[redaktə | mənbəni redaktə et]

MDB üzvü olan dövlətlər banka aşağıdakı funksiyaları həyata keçirmək hüququ vermişdir:

  • kreditlər, zəmanətlər, kapital iştirakçılığı və digər maliyyə alətlərindən istifadə yolu ilə BRİKS və digər inkişaf etməkdə olan ölkələrdə dövlət və ya özəl infrastrukturu və davamlı inkişaf layihələrini dəstəkləmək üçün mənbələrdən istifadə etmək;
  • beynəlxalq və milli təşkilatlarla, xüsusilə beynəlxalq maliyyə qurumları və milli inkişaf bankları ilə əməkdaşlıq etmək;
  • infrastruktur və davamlı inkişaf layihələrinin hazırlanmasında və həyata keçirilməsində texniki yardım göstərmək;
  • birdən çox ölkənin iştirak etdiyi layihələrə dəstək;
  • MDB-nin məqsədinə çatmaq üçün nəzərdə tutulmuş xüsusi fondların yaradılması və ya idarə edilməsini öz üzərinə götürmək [5].

Heyəti[redaktə | mənbəni redaktə et]

  • İdarə Heyətinin sədri - Rusiya Maliyyə Nazirliyinin başçısı Anton Siluanov.
  • İdarə heyətinin sədri Braziliyanın təmsilçisidir.
  • Bankın prezidenti Marcus Troyjodur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Brics countries create $100bn bank to ease western grip on global finances (ing.). The Guardian, 2014.
  2. https://www.bloomberg.com/profile/company/1339736D:CH?embedded-checkout=true.
  3. https://www.ndb.int/contact/.
  4. https://www.lefigaro.fr/conjoncture/la-bresilienne-dilma-rousseff-elue-presidente-de-la-banque-des-brics-20230324.
  5. 1 2 3 Соглашение о Новом банке развития
  6. "О Соглашении о Новом банке развития" (rus). government.ru. 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-14.
  7. "BRICS Leaders Optimistic About New Development Bank" (ingilis). Voice of America. 2013-03-27. 2014-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  8. "БРИКС создает банк развития как альтернативу МВФ" (rus). BBC News Русская служба. 2019-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  9. "Новый банк развития подписал с правительством Китая соглашение о своей штаб-квартире". ТАСС. 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]