Xıdırlı (Ağdam) — Vikipediya

Xıdırlı
40°01′14″ şm. e. 46°53′38″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Ağdam rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ0226[1]
Xəritəni göstər/gizlə
Xıdırlı xəritədə
Xıdırlı
Xıdırlı

XıdırlıAzərbaycan Respublikasının Ağdam rayonunun Xıdırlı kənd inzibati ərazi dairəsində kənd.[2] Kənd Ağdam şəhərinin mərkəzindən 3 kilometr məsafədə yerləşir.

1993-cü ilin iyun ayında Ağdam üzərinə hücuma keçən Ermənistan ordusunun bölmələri Xıdırlı kəndini işğal etsə də, iyulun 5-də Azərbaycan ordusu əks-hücuma keçərək kəndi işğaldan azad edib. Ermənilər kəndi işğal edərkən ruhi xəstəxanada müalicə alan 18 nəfəri qətlə yetirərək cəsədlərini də yandırmışdılar.[3] Sonradan kənd 1993-ci il iyulun 22-də Ermənistan Ordusu tərəfindən yenidən işğal olunmuşdur.[4] 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri kəndə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır.

2022-ci il oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən kəndin təməli qoyulub.[5]

2024-cü il sentyabrın 19-da İlham Əliyev kənddə görülən bərpa işləri ilə tanış olub.[5]

Kənddə 5093 nəfərin məskunlaşdırılması planlaşdırılıb.[5]

Şəxsiyətləri

[redaktə | mənbəni redaktə et]

Arxiv sənədlərində Xıdırlı kəndində Ağdamın qədim məscidlərindən biri yerləşirdi. Sünnü məzhəbinə aid idi.

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  3. "Ağdamın işğalı barədə ilginc faktlar – 7 şahidin dili ilə". 2021-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-19.
  4. "Ağdam Ağrıları - Baxşeyiş Abbasoğlu, "Şuşa" nəşriyyatı, 2003-cü il" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2011-10-16.
  5. 1 2 3 "İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-20.