Vəhdət Sultanzadə — Vikipediya

Vəhdət Sultanzadə
azərb. Vəhdət Məmmədağa oğlu Sultanzadə
bayraq
Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri
bayraq2
23 fevral 2015 – 25 noyabr 2015
ƏvvəlkiDaşqın Şikarov
SonrakıHəsən Zeynalov
bayraq
Azərbaycan Respublikasının Türkmənistan Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri
bayraq2
10 fevral 2010 – 25 noyabr 2015
ƏvvəlkiElxan Hüseynov
SonrakıHəsən Zeynalov
Şəxsi məlumatlar
Doğum tarixi 14 oktyabr 1935(1935-10-14)
Doğum yeri
Vəfat tarixi 28 mart 2022(2022-03-28) (86 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti diplomat

Vəhdət Sultanzadə (14 oktyabr 1935, Bakı28 mart 2022, Bakı) — Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri, Rusiyanın Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin Türkiyə Respublikasındakı konsulu, SSRİ-nin İran İslam Respublikasındakı konsulu.

Həyatı[redaktə | mənbəni redaktə et]

Vəhdət Məmmədağa oğlu Sultanzadə 1935-ci ilin oktyabr ayının 14-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 6 saylı tam orta məktəbdə almışdır. Ali təhsilini isə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində almışdır.

Vəhdət Sultanzadə 28 mart 2022-ci il tarixində vəfat etmişdir. Həmin gün saat 14:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.[1]

Diplomatik fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vəhdət Sultanzadə 1962–1966-cı illərdə SSRİ-nin Əfqanıstan İslam Respublikasındakı nümayəndəliyində tərcüməçi kimi çalışmışdır.

1970–1980-ci illərdə SSRİ-nin İran İslam Respublikasındakı səfirliyində çalışmış, vəzifəsini SSRİ-nin İran İslam Respublikasındakı konsulu kimi başa vurmuşdur.

Vəhdət Sultanzadə 1988–1991-ci illərdə SSRİ-nin Türkiyə Respublikasındakı konsulu vəzifəsini tutmuşdur.

Sovet İttifaqı dağıldıqdan sonra o, 1991–1993-cü illərdə Rusiyanın Türkiyə Respublikasındakı konsulu vəzifəsini daşımışdır.

Vəhdət Sultanzadə 2006–2010-cu illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərmişdir.

Vəhdət Sultanzadə Azərbaycan Prezidenti İlham Əliyevin 10 fevral 2010 tarixli, 734 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilmiş, eyni gün prezidentin 733 nömrəli sərəncamı ilə ona "fövqəladə və səlahiyyətli səfir" rütbəsi verilmişdir.[2] Vəhdət Sultanzadə Azərbaycan Prezidenti İlham Əliyevin 23 fevral 2015 tarixli, 1066 nömrəli sərəncamına əsasən iqamətgahı Aşqabad şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Əfqanıstan islam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.[3]

Vəhdət Sultanzadə Azərbaycan Prezidenti İlham Əliyevin 25 noyabr 2015 tarixli, 1575 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikasının Türkmənistanda və eyni zamanda Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır.[4]

İctimai fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Vəhdət Sultanzadə 1992-ci ildə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına daxil olması, 1994-cü ildə İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın Azərbaycan torpaqlarına təcavüz etməsi ilə bağlı qətnaməsinin qəbul olunmasında rol oynamışdır.

Təltifləri[redaktə | mənbəni redaktə et]

  • 1984-cü ildə 1-ci dərəcəli Müşavir diplomatik dərəcəsini almışdır.
  • 2009-cu ildə "Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə" Türkmənistanın dövlət mükafatına – "Vatana bolan söýgüsi üçin" ("Vətənə sevgisinə görə") medalı ilə təltif edilib.
  • Birləşmiş Millətlər Təşkilatının "Dünyada sülhün qorunması işinə verdiyi töhfəyə görə" yubiley medalı

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Diplomatik protokolun praktiki məsələləri"
  • "Nizaminin hikmət və nəsihətləri" adlı 2 nəşr
  • 5 cildlik "Heydər Əliyev və Şərq" əsərinin həmmüəllifi
  • Sakıp Sabancının "Dəyişən və yüksələn Türkiyə" kitabının tərcüməsi
  • Farsca "Heydər Əliyev və İran" kitabı
  • "Diplomatiya: içəridən baxış" (2018)

Mənbə[redaktə | mənbəni redaktə et]

  • "Vəhdət Sultanzadəbin bioqrafiyası". 2021-10-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  2. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  3. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.
  4. "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-28.