Elxan Hüseynov (rektor) — Vikipediya

Elxan Hüseynov
Elxan Bahadur oğlu Hüseynov
Doğum tarixi (76 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı 2
Atası Bahadur Hüseynov
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları "Şöhrət" ordeni "Tərəqqi" medalı"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919-2009)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Elxan Bahadur oğlu Hüseynov (1 yanvar 1948, Kirovabad) — Sumqayıt Dövlət Universitetinin rektoru (2014-2023)[1]), Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Elxan Bahadur oğlu Hüseynov 1 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur[2].

1966-cı ildə Gəncə şəhəri 18 nömrəli tam orta məktəbi bitirmişdir.

1966–1967-ci illərdə Azərbaycan dəmir yolu Gəncə şəhəri Vaqon deposunda defektoskopist vəzifəsində çalışmışdır.

1967–1970-ci illərdə Yüngül Sənaye Nazirliyinin Elmi-Tədqiqat laboratoriyasında laborant,

1970–1971-ci illərdə Azərbaycan LKGİ Oktyabr rayon komitəsində təlimatçı,

1971–1973-cü illərdə Azərbaycan Dövlət Universitetində Komsomol komitəsi katibinin müavini vəzifələrində çalışmışdır.

1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirmişdir[2].

1973–1974-cü illərdə ordu sıralarında xidmət keçmiş,

1974–1978-ci illərdə Yerli Sənaye Texnologiya texnikumunda komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsində təlimatçı, Azərbaycan KP Oktyabr Rayon Komitəsində təlimatçı vəzifələrində çalışmışdır.

1978–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Partiya Komitəsi Katibinin müavini olmuş,

1991–1995-ci illərdə Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1995–1999-cu illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru,

1999–2002-ci illərdə BDU-nun birinci prorektoru-tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.

2002–2010-cu illərdə Azərbaycan Respublikasından kənarda diplomatik fəaliyyətdə olmuşdur.

2010–2011-ci illərdə BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmışdır.

2013–2014-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri, Sumqayıt Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.

2014-cü il Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunub.

13 sentyabr 2023-cü ildə Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunub

Ailəlidir, iki övladı, 5 nəvəsi var.

Elmi və pedaqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1980–1991-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fəlsəfə kafedrasında baş müəllim, dosent əvəzi vəzifələrində çalışmışdır.

1985-ci ildə Azərbaycan Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə etmişdir.

1991–1995-ci illərdə Bakı Dövlət Universitetinin fəlsəfə kafedrasında dosent vəzifəsində çalışmışdır.

1994-cü ildə dosent, 2017-ci ildə professor elmi adını almışdır.

2020-ci ildə Ufa Dövlət Neft Texniki Universitetinin Fəxri Professoru adına layiq görülmüşdür.

— Ali məktəb mühitində sosial-mənəvi münasibətlərin inkişaf faktorları,

— yeni təfəkkür və sosial aktivlik,

— şəxsiyyətin özünüdərki və azadlığının qarşılıqlı əlaqələri barədə,

— milli özünüdərk: mahiyyəti və məzmunu,

— milli özünüdərkin formalaşmasında dinamika və ziddiyyətlər,

— fəlsəfədə yadlaşma problemi,

— sinergetik paradiqma: ipostasiyaları və metodoloji prinsipləri kimi problemlərə həsr olunmuş elmi əsərlərin müəllifidir.

Diplomatik fəaliyyəti[redaktə | mənbəni redaktə et]

8 avqust 2002-ci ildə Elxan Hüseynova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verilmişdir[3].

8 avqust 2002-ci ildən[4] 15 yanvar 2010-cu ilə qədər[5] Azərbaycan Respublikasının Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyət göstərmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. E.B. Hüseynovun Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine Azərbaycan Respublikasının Prezidentinin 6 mart 2014-cü il tarixli, 313 nömrəli Sərəncamı. e-qanun.az, 06.03.2014
  2. 1 2 3 "Rəhbərlik:Rektor:Hüseynov Elxan Bahadur oğlu". Sumqayıt Dövlət Universitetinin Rəsmi internet portalı (az.). sdu.az. 2014. 2015-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-05.
  3. "E. B. Hüseynova Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsinin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli, 748 nömrəli Fərmanı[ölü keçid]  (az.)
  4. "E. B. Hüseynovun Azərbaycan Respublikasının Türkmənistanda Fövqəladə və səlahiyyətli Səfiri təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 avqust 2002-ci il tarixli, 749 nömrəli Fərmanı[ölü keçid]  (az.)
  5. "E.B.Hüseynovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2010-cu il tarixli, 686 nömrəli Sərəncamı[ölü keçid]  (az.)
  6. "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 fevral 2000-ci il tarixli, 279 nömrəli Fərmanı. e-qanun.az Arxivləşdirilib 2021-01-09 at the Wayback Machine  (az.)

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]