Traxeit — Vikipediya

Traxeit- Yuxarı tənəffüs yollarının iltihabı və obstruksiyası ilə müşayiət olunan traxeyanın infeksiyasına traxeit deyilir. Traxeit ilk dəfə 1920-ci illərdə tibbi ədəbiyyatda təsvir edilib və həmin dövrdə kəskin larinqotraxeobronxit adlandırılıb.

Kəskin traxeit: kəskin və qəfl başlanğıc və yüksək morbidlik və mortalite ilə müşahidə edilir.

Yarımkəskin traxeit: daha yavaş başlayır və az ağır gedişata malikdir. Əsasən uzun müddət intubasiya edilmiş, traxeostomiya qoyulmuş və/və ya respirator və ya nevroloji xəstəlikləri olan uşaqlarda müşahidə olunur.

ETİOLOGİYA[redaktə | mənbəni redaktə et]

Bakteriya: Staphylococcus aureus (ən çox rast gəlinən), qrup A betta-hemolitik streptokokk, Moraxella catarrhalis və H.influenzae Pseudomonas aeruginosa, digər Qram-neqativ enteral bakteriyalar nozokomial infeksiyalara səbəb olur Mycobacterium tuberculosis, Mycoplasma pneumoniaeç Corynebacterium diphtheria, H.influenzae tip B və bir çox respirator anaerob bakteriyalar nadir hallarda traxeitə səbəb olur.

Viruslar: qrip, paraqrip, respirator sinsitial virus, herpes simpleks və qızılca virusları da traxeitə səbəb olur və çox zaman bakteriyal patogenlərlə yanaşı müşahidə edilir.

Göbələk: Əsasən xroniki steroid preparatlar qəbul edən və ya immun sistemi zəif olan və ya immun çatışmazlığı olan xəstələrdə rast gəlinir.

ƏLAMƏTLƏR VƏ SİMPTOMLAR[redaktə | mənbəni redaktə et]

Anamnez

Yüksək hərarət; ağrısız öskürək; səsli tənəffüs; letargiya (yuxululuq); təngənəfəslik; tənəffüs yollarının proqressiv artan (saatlar və ya günlər ərzində) obstruksiyası. Səsin kallığı (disfoniya), disfagiya, boyunda ağrı, tüpürcəyin (ağız suyu) ağızdan axması az hallarda müşahidə edilir. Xəstələrdə yuxarı tənəffüs yollarının infeksiyası müşahidə edilir. Adrenalinin aerozol şəklində inhalasiyasından sonra kliniki effekt olmadıqda, traxeitə şübhə artmış olur. Yarımkəskin traxeitdə simptomlar tədricən inkişaf edin, xəstənin əlavə oksigenə tələbatı tədricən artır və yuxarı tənəffüs yollarının sovurma cihazı ilə təmizlənməsi zamanı qatı traxeal ifrazat müəyyən edilir. Traxeit müxtəlif yaş qruplarında müşahidə edilir. Lakin, daha çox 2-6 yaşlı uşaqlarda rast gəlinir.

Fiziki müayinə

Xəstələrin əksəriyyətinin ümumi görünüşü toksik olur: xəstələr həyəcanlı, ajitasiyalı və ya yuxulu (letargik) olur; ağır respirator distresin əlamətləri (hava çatışmazlığı, diafraqma və əlavə tənəffüs əzələlərinin istifadəsi, tənəffüs zamanı qabırğaların sıxılması və ya retraksiyası); dəri örtüklərinin solğunluğu və ya sianozu; ağır dərəcəli stridor; pnevmoniya əlamətləri də müşahidə edilir. Uvulanın (dilçək) deviasiyası və ya kənara sıxılması peritonzilyar absesdən xəbər verə bilər. Tənəffüs yollarında yad cism qalmış xəstələrin ağciyərlərinin auskultasiyasında tənəffüs küylərinin asimmetriyası təyin edilir. Generalizə olunmuş limfadenopatiya və splenomeqaliya infeksion mononukleoza işarə edir.

AĞIRLAŞMALAR[redaktə | mənbəni redaktə et]

  • Atelektaz
  • Ağciyər ödemi və pnevmoniya
  • Septisemiya
  • Stafillokokk toksin sindromları (məs., toksik şok sindromu)
  • Uzun müddətli mexaniki ventilyasiya və onunla əlaqədair ağırlaşmalar (məs., infeksiya. pnevmotoraks, traxeyanın stenozu
  • Əsnəkaltı (subqlottik) stenoz
  • Tənəffüs çatışmazlığı
  • Ölüm (3.7%) [1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Traxeit: diaqnostika, klinika və müalicəsi". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-10-16.