Teymur Qasımov (əsgər) — Vikipediya

Teymur Qasımov
Teymur Mikayıl oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Göyçay, Azərbaycan
Vəfat tarixi (19 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Teymur Mikayıl oğlu Qasımov (d. 28 iyun 1996; Göyçay, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Həyatı[redaktə | mənbəni redaktə et]

Teymur Qasımov 28 iyun 1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Əsgər Teymur Qasımov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Teymur Qasımov doğulduğu Göyçay rayonunun Çaxırlı kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Qasımov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Teymur Qasımov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar[redaktə | mənbəni redaktə et]