Müşfiq Orucov — Vikipediya

Müşviq Orucov
Müşviq Arif oğlu Orucov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan
Vəfat tarixi (21 yaşında)
Vəfat yeri Talış, Tərtər rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Dəfn yeri
  • Dədə Qorqud qəsəbə qəbiristanlığı[d]
Atası Arif Orucov
Anası Aygün Məmmədli
Fəaliyyəti hərbi qulluqçu

Müşviq Orucov (tam adı: Müşviq Arif oğlu Orucov; 18 sentyabr 1994, Bakı5 aprel 2016, Talış, Tərtər rayonu) — Aprel döyüşləri şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

Erkən illəri[redaktə | mənbəni redaktə et]

Müşviq Orucov 1994-cü il sentyabr ayının 18-də Bakıda doğulub.[1] O, 7 nömrəli Zəngilan rayon məktəbində oxuyub. Müşfiq Orucov 700 balla Azərbaycan Texniki Universitetinin avtomatika və kompyüter texnikası fakültəsinə qəbul olub.[1] Universitetdə oxuya-oxuya həm də şadlıq sarayında ofisiant işləyib.[1] O, havalar isinəndə axşam 7-dən səhər 7-yə qədər dondurma sexində çalışırmış.[1]

Hərbi illəri[redaktə | mənbəni redaktə et]

Orucov sonuncu dəfə 2016-cı ilin yanvarda valideynilərlə görüşüb.[1] O, Naftalan şəhərində hərbi xidmətdə olub.[1] Sonuncu dəfə 2016-cı il 29 martda atası Müşfiqlə danışıb.[1]

Dördgünlük müharibədə iştirakı və ölümü[redaktə | mənbəni redaktə et]

Hövsan qəsəbəsində yerləşən “Dədə Qorqud” qəbristanlığında torpağa tapşırılıb, ruhuna dualar oxunub.[2] Tabuta sarılan döyüş bayrağı şəhidin atası Arif Orucova təqdim olunub.[2]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

İrsi[redaktə | mənbəni redaktə et]

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Müşfiq Orucov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 1,3 1,4 1,5 1,6 1,7 1,8 "Üç Evə Açılan Atəş". chai-khana.org. chai-khana.org. 15 iyul 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.
  2. 2,0 2,1 "Şəhidimiz dəfn olundu - Müşfiq Orucov". news.atv.az. news.atv.az. 2016-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]