Tana gölü — Vikipediya

Tana gölü
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1.788 m
Eni 66 km
Uzunluğu
  • 84 km
Sahəsi
  • 2.156 km²
  • 3.600 km²[1]
Həcmi 28 km³
Dərin yeri 14 m, 8 m[1]
Yerləşməsi
12°00′ şm. e. 37°15′ ş. u.
Ölkə
Tana gölü xəritədə
Tana gölü
Tana gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tana (amh. ጣና ሐይቅ) və yaxud Tsana[2]Afrikanın şərqində, Efiopiyanın şimal-qərbində yerləşən göl. Efiopiya dağlarının şimal-qərbindəki Amhara bölgəsində yerləşən göl təxminən 84 kilometr (52 mil) uzunluğunda və 66 kilometr (41 mil) enində, maksimum dərinliyi 15 metr (49 fut)[3] və 1,788 metr (5,866 fut)[4] yüksəklikdədir. Tana gölü əsasən Gilgel Abay, Reb və Qumara çaylarından qidalanır. Onun səth sahəsi mövsümdən və yağıntıdan asılı olaraq 3000–3500 kvadrat kilometr (1200–1400 kvadrat mil) arasında dəyişir. Gölün səviyyəsi gölün Mavi Nilə axıdıldığı suaşıran bəndin inşasından bəri tənzimlənir. Bu, Mavi Nil şəlaləsinə (Tis Abbai) və su elektrik stansiyasına gedən axını idarə edir.

2015-ci ildə Tana gölü bölgəsi milli və beynəlxalq təbii və mədəni əhəmiyyətini nəzərə alaraq YUNESKO-nun biosfer qoruğu kimi namizədliyi irəli sürülüb.[5]

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Tana Efiopiyanın ən böyük gölüdür. Göl təxminən 5 milyon il əvvəl, erkən pleystosen dövründə axan çayların məcrasını kəsən vulkanik fəaliyyət nəticəsində əmələ gəib. Sahəsi mövsümdən asılı olaraq dəyişir: 3100–3600 km². Maksimum dərinliyi 15 metrdir.[6] Göl dəniz səviyyəsindən 1830 m hündürlükdə yerləşir. Ona 50-yə yaxın çay tökülür. Onların arasında Reb, Qumara-Şet, Selda, Anferas, Quari, Saqi, Saruaxa, Abaqanan, Aluqsa, Dirma, Maqaça, Sinsil, Qumira və s. var. Onların ən böyüyü Bılgel Abbaydı (Kiçik Abbay və ya Abbay). Göldən Göy Nil çayı (Abbay) axır. Tarixən Kiçik Abbay çayı Mavi Nilin başlanğıcı hesab olunurdu, indi mənbə kimi adətən Tana gölünün özü götürülür.

Göldə 20-dən çox ada var. Onlardan ən iriləri Nargadaga-Deset, Daga, Mitraa, Heliya (Gelila-Zakarias), Bata, Desikt-Georgis, Simana, Bohlao, Silesi, Likaba (Ərəb-Duba), Buait və s. Adaların bəzilərində xristian monastırları və kilsələri inşa edilib.

Tarixi[redaktə | mənbəni redaktə et]

Bəhr Dar şəhəri yaxınlığındakı Mavi Nil çayının çıxışında su elektrik bəndinin tikintisinə qədər gölün səviyyəsi mövsümdən asılı olaraq dəyişirdi.

Daqa adasındakı monastırda bir neçə Efiopiya kralı və imperatoru dəfn olunub. Gölün şimalında, təxminən 35 km məsafədə XV–XVI əsrlərdə Efiopiyanın keçmiş paytaxtı olmuş Qondar şəhəri yerləşir.

İnfrastruktur[redaktə | mənbəni redaktə et]

Balıqçılıq göl kənarında yaşayan əhalinin böyük hissəsinin əsas məşğuliyyətidir. Yerli əhali əsasən qəhvə, taxıl və yağlı bitkilərin becərilməsi ilə məşğul olur, həmçinin mal-qara yetişdirir.

Bəhr Dar və Qorqora şəhərləri arasında bərə xidməti vardır.

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 (unspecified title). S. 502.
  2. Garstin, Cana, 1911
  3. Statistical Abstract of Ethiopia. 1967–68.
  4. "Lake Tana, source of the Blue Nile". Observing the Earth. European Space Agency. 5 November 2004. 13 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2013.
  5. "Homepage of Lake Tana Biosphere Reserve". 2021-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-19.
  6. Statistical Abstract of Ethiopia. 1967–68.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]