Suaşıran — Vikipediya

Suaşıran — axının məcrasında yerləşən və üzərindən su axıb tökülən maneə (astana). Yalında (qurğunun yuxarı kənarında) xüsusi düzəldilmiş basqısız deşik və ya gözdən su axıb tökülən divar da suaşıran adlanır. Meliorasiya və hidrotexnikada külli miqdarda su buraxmaq, hidrometriyada isə kiçik su sərflərini ölçmək üçün tətbiq olunur. Divarın uzununa profilinin görünüşünə görə nazik divarlı, praktiki (təcrübi profilli və enli astanalı, məcrada yerləşməsinə və yalının planda görünüşünə müvafiq olaraq düz, çəp, əyrixətli və s. suaşıranlar var. Suyun axıb tökülmə şəraitinə görə suaşıranlar vakuumlu, vakuumsuz, yandan sıxılan, yandan sıxılmayan, suya batmış və batmamış olur.

İstinadlar[redaktə | mənbəni redaktə et]