Sonet — Vikipediya
Sonet — lirik janrın bir növüdür. Qərbi Avropa ədəbiyyatında orta əsrlərdə çox işlənən bir şeir növüdür. Adətən, 14 misradan ibarətdir. Şeir iki hissəyə ayrılır. Hər bir hissə özü də 2 bəndin vəhdətindən yaranır, birinci hissədəki bəndlərdən hər biri 4 misradan, ikinci hissədəki bəndlərin hər biri isə 3 misradan ibarət olur. Birinci hissədəki bəndlər katren, ikinci hissədəki bəndlər terset adlanır.
İtaliyada Dante, İngiltərədə Şekspir çoxlu sonet yazmışlar.[1] Azərbaycan ədəbiyyatında Səməd Vurğun və Süleyman Rüstəmin yaradıcılığında da sonetlərə təsadüf edilir.
Sonetlər çələngi
[redaktə | mənbəni redaktə et]sonetlər çələngi — sonetlər silsiləsidir. Bu "çələng" 15 sonetdən ibarət olur. Bunlardan ən axırıncısı özündən əvvəlki sonetlərin birincisi misralarından yaranır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Məktəblinin ədəbiyyat lüğəti. bakı.2007. səh.177