Bənd — Vikipediya

Bəndşeirin bir neçə misradan ibarət qismən bitkin parçalarına deyilir. Şair şeirdə danışacağı fikri müəyyən bitkin hissələrə verir. Şeirdə bəndələri bir-birilə əlaqəsiz təsəvvür etmək olmaz. Ayrı-ayrı bəndlərdəki misralar bir-birini tamamladığı kimi, şeirin bəndləri də məzmunca bir-birilə bağlanmalıdır.

Şeir növlərinin müəyyənləşməsində bənddəki misraların sayı əsas şərtdir. Bununla bərabər, bir sıra şeir şəkillərindəki bəndlər misraların sayı etibarı ilə eynidir. Belə ki, hər bəndi dörd misradan ibarət olan şeirlərin mürəbbe (dördlük), qoşma, gəraylı kimi şəkilləri vardır. Klassik şeir janrları olan mürəbbelərin hər bəndi dörd, müxəmməslərin beş, müsəddəsin altı, müsəbbelərin yeddi misradan ibarət olmuşdur. Şeir növləri əsasən bənddəki misraların sayına görə təyin olunur.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Baba Babazadə. Ədəbiyyatda lirik növ (dərs vəsaiti). Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 178 səh" (PDF). 2016-03-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Şəmistan Mikayılov, Ədəbiyyat nəzəriyyəsi. IX-XI siniflər üçün dərs vəsaiti. III nəşr. Bakı, "Maarif", 2002. səh.46