Ralf Uold Emerson — Vikipediya

Ralf Uold Emerson
ing. Ralph Waldo Emerson
Doğum tarixi 25 may 1803(1803-05-25)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 27 aprel 1882(1882-04-27)[2][3][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti filosof, şair, yazıçı, esseist, gündəlik yazıçısı[d], bioqraf, din xadimi[d], orator
Əsərlərinin dili ingilis dili
İstiqamət Avropa fəlsəfəsi
Janr transsendentalizm
Üzvlüyü
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ralf Uold Emerson (25 may 1803[1][2][…], Boston27 aprel 1882[2][3][…], Konkord[d], Massaçusets) – Amerika yazıçısı və filosofu, Transsendentalizm fəlsəfi hərəkatının banisi.

Baxışları ziddiyyətli kimi qəbul edilir. Ona Platon və ya yeni platonçular – Göte, Karleyl, ingilis romantik şairləri U.VordsvortS.Kolric, həmçinin Şərq mistikləri təsir göstərmişdir düşünürlər.

E-un T-inə görə "fəlsəfənin əbədi problemi" RuhMateriyanın münasibətlərindən ibarətdir. O bu problemi idealist kimi həll edir: "Təbiət ruhun rəmzidir". Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır.

Qnoseologiyada isə Emerson İntuitivizmə yaxın olmuşdur; seyr, sonra isə intuisiya və vəcdəgəlmə şeylərin mahiyyətinə nüfuz etməyin ən yaxşı üsullarıdır. Dünyada hər yerdə gözəllik mövcuddur; harmoniya, kamillik və mənəvilik gözəlliyin əsas cəhətləridir. "Gözəlliyi yaratmaq sənətdir, incəsənətdir".

Emersona görə tarixdə həlledici rol böyük adamlara xasdır (və ümmumiyyətlə "bütün dərin biliyə nüfuz etmək, fərdiyyətçiliyin nəsibidir"); onlar cəmiyyətin, şəxsiyyətin əxlaqi təkmilləşməsindən ibarət tərəqqisinə kömək edirlər.

Emerson qeyd edirdi ki, "Yer üzərində varlılar və yoxsullar arasında mənafelərin əbədi mübarizəsi və antoqonizmi hökm sürür" Onun rəğbəti kasıbların tərəfində idi. Emersonun sosial-etik idealı şəxsiyyətin bütövlüyü haqqında əməyə və xüsusi mülkiyyətin ədalətli bölüşdürülməsinə əsaslanan ümumi rifah və bərabərlik haqqında utopik arzudan ibarətdir.

Emerson burjua quruluşunu tənqid etmiş və ABŞ-də quldarlığa, irqçiliyə, istilaçı müharibələrə qarşı çıxış etmişdir. Emerson yazırdı: "İndiki demokratiyanın demokratik əsasla heç bir əlaqəsi yoxdur. Başdan ayağa sələmçilik ruhu ilə aşılanmış bu demokratiya məhvə məhkumdur".

Əsas əsərləri[redaktə | mənbəni redaktə et]

  1. Təbiət (1836),
  2. Təcrübələr (1841–44),
  3. Bəşəriyyətin nümayəndələri (1850),
  4. Cəmiyyət və tənhalıq (1870).

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 Ralph Waldo Emerson // Internet Speculative Fiction Database (ing.). 1995.
  3. 3,0 3,1 Ralph Waldo Emerson // Brockhauz Ensiklopediyası (alm.). / Hrsg.: Bibliographisches Institut & F. A. Brockhaus, Wissen Media Verlag