Rəfael Salamzadə — Vikipediya

Rəfael Salamzadə
Rəfael Cabbar oğlu Salamzadə
Digər adı Rafael Salamzadə
Doğum tarixi (81 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti operator
Fəaliyyət illəri 1967—2004

Rəfael Cabbar oğlu Salamzadə (23 avqust 1942, Bakı) — Azərbaycanlı operator. Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, "Humay" və "Qızıl çıraq" mükafatları laureatı.[1]

Həyatı[redaktə | mənbəni redaktə et]

Rəfael Cabbar oğlu Salamzadə 23 avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Dağlıq Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısıdır.[1]

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1967-ci ildə hərbi xidmətdən sonra "Azərbaycanfilm"ə işıqçı vəzifəsində işləməyə gəlib. Sonralar müxtəlif kinojurnallar üçün ("Sovet Azərbaycanı", "Gənc nəsil", "İdman", "İncəsənət" jurnalları) müstəqil süjetlər çəkib. 1975-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışan operator 40-dan çox filmin üzərində işləmişdir.[1]

Rəfael Salamzadə işlədiyi müddət ərzində Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatını, Qarabağ müharibəsi, 20 Yanvar və meydan hadisələrini, ölkəmizdə baş verən taleyüklü olayları lentə alıb.[2]

Ad və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi
  • "Humay" mükafatı[1]
  • "Qızıl çıraq" mükafatı[1]

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

İkinci operator kimi[redaktə | mənbəni redaktə et]

  1. Şəki heyvandarlıq kompleksi (film, 1975) (qısametrajlı sənədli film)

Operator kimi[redaktə | mənbəni redaktə et]

  1. Dostların görüşü (film, 1977) (qısametrajlı sənədli film)
  2. Azərbaycan SSR (film, 1978) (qısametrajlı sənədli film)
  3. Əhalinin siyahıya alınması (film, 1978) (qısametrajlı sənədli film)
  4. Qardaşlaşmış... (film, 1978) (qısametrajlı sənədli film)
  5. Dostların gözü ilə (film, 1979) (qısametrajlı sənədli film)
  6. Fəhlə həyatının başlanğıcı (film, 1979) (qısametrajlı sənədli film)
  7. Heyvanlarda bruselyoz və vərəmlə mübarizə (film, 1980) (qısametrajlı sənədli film)
  8. Neft çağırır (film, 1980) (qısametrajlı sənədli film)
  9. Belə bir şəhər var (film, 1982) (qısametrajlı sənədli film)
  10. Gələcəyin qurucuları (film, 1982) (qısametrajlı sənədli film)
  11. Arzuya doğru (film, 1983) (qısametrajlı sənədli film)
  12. Çoxsahəli pambıq əkini sahələrində balanslaşdırılmış yem bitkiləri (film, 1984) (qısametrajlı sənədli film)
  13. Şeir mənim üçün bir kainatdır (film, 1984) (qısametrajlı sənədli film)
  14. İntizar (film, 1986) (qısametrajlı sənədli film)
  15. XII ümumittifaq vokalçılar müsabiqəsi (film, 1987) (qısametrajlı sənədli film)
  16. Müsəlmanlar sülh uğrunda mübarizədə (film, 1987) (qısametrajlı sənədli film)
  17. Söz gəncliyindir (film, 1987) (qısametrajlı sənədli film)
  18. Sumqayıt yenidənqurma yolu ilə (film, 1987) (qısametrajlı sənədli film)
  19. Hüseyn Cavid (film, 1988) (qısametrajlı sənədli film)
  20. İlk zirvələr (film, 1988) (qısametrajlı sənədli film)
  21. Aman, ayrılıq (film, 1989) (qısametrajlı sənədli film)
  22. Gözəllik ilahəsi (film, 1989) (qısametrajlı sənədli film)
  23. Meydan (film, 1989) (qısametrajlı sənədli film)
  24. Azadlığa gedən yollar (film, 1990) (tammetrajlı sənədli film)
  25. Çempion (film, 1990) (qısametrajlı sənədli film)
  26. Qəsd (film, 1990) (qısametrajlı sənədli film)
  27. Divar (film, 1991) (qısametrajlı bədii film)
  28. Qobustan (film, 1991) (qısametrajlı sənədli film)
  29. Haqqın dərgahı (film, 1991) (qısametrajlı sənədli film)
  30. 100 ilin astanasında (film, 1992)(II) (qısametrajlı sənədli film)
  31. Qoca əsgər (film, 1993) (qısametrajlı sənədli film)
  32. Şəbi-hicran (film, 1993) (qısametrajlı sənədli film)
  33. Ulu diyarın harayı (film, 1993) (qısametrajlı sənədli film)
  34. Zirvəyə gedən yol (film, 1995) (qısametrajlı sənədli film)
  35. Füzuli-500 (qısametrajlı sənədli film)
  36. 9 dəqiqə (film, 1999) (qısametrajlı sənədli film)
  37. Əshabi-Kəhf (film, 2000) (qısametrajlı sənədli film)
  38. Şəhidlik zirvəsi (film, 2001) (qısametrajlı sənədli film)
  39. Haray (film, 2004) (qısametrajlı sənədli film)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 Rəfael Salamzadə. "Salamzadə Rafael Cabbar oğlu" (az.). Sonolay.org/. 15 iyul 2014. İstifadə tarixi: 2017-10-27.[ölü keçid]
  2. "Tanınmış kinooperatorun yubileyi qeyd ediləcək" (az.). Modern.az. 13 sentaybr 2017. 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-27.