Arzuya doğru (film, 1983) — Vikipediya

Arzuya doğru
Janr sənədli
qısametrajlı
Rejissor Cahangir Zeynallı
Ssenari müəllifi Arif Əliyev
Operatorlar Şərif Şərifov
Rəfael Salamzadə
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1983
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1983
Texniki məlumatlar 1 hissə
270 metr

Arzuya doğru qısametrajlı sənədli filmi rejissor Cahangir Zeynallı tərəfindən 1983-cü ildə çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır.

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Respublika Pionerlər Sarayındakı dərnəklərin fəaliyyətindən, sarayın ən yaxşı yetirmələrindən danışır. Onlardan bəziləri dünya şöhrəti qazanmışdır.[1]

Mahir fırça ustası Tahir Salahov, SSRİ Elmlər Akademiyasınn Moskvadakı Fizika İnstitutunda çalışan R. Dağkəsəmənli və onlarca başqaları sənət və elm aləminə ilk addımlarını məhz buradakı dərnəklərdə atmışlar.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Arif Əliyev
Rejissor: Cahangir Zeynallı
Operator: Şərif Şərifov, Rəfael Salamzadə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 233-234

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1983-cü ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı