Rövşən İsax — Vikipediya

Rövşən İsax
Rövşən İsax oğlu Məmmədov
Digər adı Rövşən İsax
Doğum tarixi (53 yaş)
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları Elmira, Elvira, İsax
Atası İsax Məmmədov
Fəaliyyəti ssenarist, rejissor
Fəaliyyət illəri 1992?—h.h
Təhsili
İstiqamət film, serial
Mükafatları "Qızıl Buta" və "Qızıl Pəri" mükafatı
IMDb ID5859722

Rövşən İsax (tam adı: Rövşən İsax oğlu Məmmədov; 14 avqust 1970, Kirovabad) — Azərbaycanlı rejissor, aktyor.

Həyatı[redaktə | mənbəni redaktə et]

Rövşən İsax 14 avqust 1970-ci ildə Gəncədə anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "dram teatrı və kino aktyoru" fakültəsində təhsil alıb (1988-1992). Dövlət Gənclər Teatrında (1993-1994), Dövlət Pantomim Teatrında (1994-1995) aktyor kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (1993-1998) müəllim kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasında, ANS TV-də, Space TV-də rejissor kimi çalışıb. Türkiyənin Samanyolu Televiziyasının STV Azərbaycan filialında icraçı direktoru olub (1998-2001). Hazırda "Pozitiv Media"nın direktorudur. Tam və qısametrajlı bədii, habelə onlarla reklam filminin müəllifidir. Ailəlidir. Üç övladı var.

Filmoqrafiya (rejissor kimi)[redaktə | mənbəni redaktə et]

  1. Kiçik leytenant (film, 1996) (qısametrajlı bədii film)
  2. Azərbaycan Xalq Cümhuriyyəti (film, 2001) (qısametrajlı sənədli film)
  3. 40-cı qapının qıfılı (film, 2003) - rejissor
  4. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) - quruluşçu rejissor; ssenari müəllifi
  5. Pərvanələrin rəqsi (serial, 2012) - quruluşçu rejissor; ssenari müəllifi
  6. Sonuncu fəsil (teleserial, 2013) - quruluşçu rejissor; ssenari müəllifi
  7. Vicdan haqqı (teleserial, 2016) - quruluşçu rejissor; ssenari müəllifi
  8. Yuxu kimi (teleserial, 2019) - quruluşçu rejissor,ssenari müəlifi

Filmoqrafiya (aktyor kimi)[redaktə | mənbəni redaktə et]

  1. Yarasa (film, 1995) (tammetrajlı bədii film) - rol: Rəssam
  2. Kiçik leytenant (film, 1996) (qısametrajlı bədii film) - rol: Sərnişin
  3. Etimad telefonu (film, 2001) (tammetrajlı bədii film) - rol: Elmi işçi
  4. Aktrisa (film, 2011) (tammetrajlı bədii film) - rol: Eldar Əfəndiyev
  5. Sonuncu fəsil (teleserial, 2013) - rol: Sürücü

Mənbə[redaktə | mənbəni redaktə et]