Pikardiya — Vikipediya
Pikardiya | |
---|---|
| |
Ölkə |
Pikardiya (fr. Picardie) Fransanın şimalında tarixi vilayət və bölgədir. Əsas şəhəri - Amyen. Əhalisi 1.9 milyondan çoxdur (regionlar arasında 12-ci yer).
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Ərazisi 19399 km²-dir. Ərazisindən Ena , Uaza və Somma çayları axır.
Tarixi
[redaktə | mənbəni redaktə et]"Pikardiya" adına ilk dəfə XIII əsrə aid yazılı mənbələrdə rast gəlinmişdir. O zamanlar [pikardiya ləhcəsinin] yayıldığı əraziləri bu cür adlandırırdılar. İngilislər və Burqundiya hersoqları Pikardiyanın fransız tax-tacına məxsus olmasına qarşı çıxırdılar. Parisi ələ keçirməyə çalışan bütün işğalçıların yolu Pikardiyadan keçirdi. Birinci dünya müharibəsi gedişində Pikardiyanın bir çox qədim şəhərləri, o cümlədən Peronn və Sen-Kanten təmamilə dağılmışdı.
Pikardiya Qotik memarlığın vətənidir. Burada orta əsrlərə aid altı böyuk kilsə vardır ki, onların da ən böyüyü Əmyendədir.