Fransanın Cənub və Antarktika əraziləri — Vikipediya
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Fransanın Cənub və Antarktika əraziləri | |
---|---|
Terres australes et antarctiques françaises (TAAF) Francúzske južné a antarktické územie[1] | |
Marselyeza | |
| |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 6 avqust 1955 |
Sahəsi |
|
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
ISO kodu | FR-TF |
İnternet domeni | .tf |
Rəsmi sayt Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Fransız Cənub və Antarktik əraziləri, qısaça FCAƏ (fr. Terres australes et antarctiques françaises, (TAAF), rəsmi adı Territoire des Terres australes et antarctiques françaises) — Fransanın sahib olduğu dənizönü əraziləri.
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Sen-Pol, Amsterdam, Kroz və Kerqelen arxipelaqları Hind okeanın cənubunda, Eparse adaları Madaqaskarın qərbində, Adeli Torpağı isə Fransanın Antarktidada yerləşən ərazilərdir.
Amsterdam arxipelaqı
[redaktə | mənbəni redaktə et]Arxipelaq iki adadan və onların yaxınlıqlarında yerləşən qayalıqlardan ibarətdir. Vulkanik məşşəllidir. Ən hündür nöqtəsi De lya Div dağı 867 metr yüksəkliyə malikdir.
Ekvatora yaxınlığına baxmayaraq Antarktidadan gələn soyuq küləklər onun iqliminə öz təsirini göstərir. İqlimi yumşaq və dəyişməzdir. Ən soyuq (iyul, avqust) ayları + 11°S, yay ayları isə (fevral) 17,5° təşkil edir. Ada ağaclarla örtülüdür (insanla bura gələnə qədər ancaq otlar bitirdi). Adada Pinqvinlər, suitilər, və dəniz quşları məskunlaşıblar. Adaya İnəklər insanlar tərəfindən gətirilib.
Kroz adaları
[redaktə | mənbəni redaktə et]Arxipelaq altı nisbətən iri vulkanik məşşəlli adalardan və onların ətrafinda yerləşən kiçik adaçıqlar, qayalıqlardan ibarətdir. Arxipelaqın şərqində yerləşən ada ilə qərbdə yerləşən ada arasında məsafə 100 km təşkil edir. Arxipelaqın ən hündür nöqtəsi Marion Dyufren dağıdır (1050 m).
Kroz adalarında buzlaq yoxdur, ancaq iqlimi rütubətli və küləklidir. İllik yağıntının miqdarı 2000 mm-dir, əsasən yağış formasında düşür. İlin 300 günü yağış yağır. İlin 100 günü küləyin güçü 100 km/s olur. Qışda temperatur −5° S, yayda +18°S təşkil edir. Orta illik temperatur +2 °S — +11 °S arasında dəyişir
Adada Makaronlar pinqvini və Kral pinqvini (Pinqvinlər) və Suitilər daha çoxdur. Quşlardan isə Fırtınaquşular və Albatroslara rast gəlinir.
Kerqelen arxipelaqı
[redaktə | mənbəni redaktə et]Adalar qrupu bir iri və 300 xırda adalar, qayalıqlardan ibarıtdir. Arxipelaqın sahəsi 7215 km² təşkil edir. Ən iri adası Qran-Ter şərqdən qərbə 150 km, şimaldan cənuba 120 km məsafəyə malikdir. Adanın və bütün arxipelaqın ən hündür zirvəsi Mont-Ross dağıdır (1850 m).
İqlimi sərt, yağışlı və küləklidir. Küləyin sürəti 150 km/s, bəzən isə 200 km/s təşkil edir. Ən soyuq ayda (avqust) −1, 0, ən isti ayda (fevral) +9 təşkil edir. Adalarda nə güçlü şaxtalar nə də istilər müşahidə edilmir. Ən yüksək temperatur +15°S yuxarı olmur.
Arxipelaqda Pinqvinlər, dəniz quşları və Suiti koloniyaları məskən salmışlar. Adalarda Cənub dəniz filinə rast gəlinir. Adada dovşanlar və pişiklər vardır ki, onlarıda adaya insanlar gətirmişlər. Güçlü küləklər iri bitkilərin bitməsinə imkan vermir. Ən çox yayılmış bitki Kergelen kələmi.
Eparse adaları
[redaktə | mənbəni redaktə et]Qlorez adaları, Juan di Nova, Bassas de İndia və Avropa adaları Mozambik boğazında yerləşir. Mdaqaskardan şərqdə isə Tromlen adası vardır. Ən iri adası Avropadır, onun sahəsi 28 km² təşkil edir. Ümumi sahəsi isə 44 km²-dir.
Adalarda Tropik iqlimə malikdir. Siklonların təsirinə məruz qalır. Onlar əsasən şimal-şərqə doğu istiqamətlənir. Dağlar isə müəyyən qədər onun qarşısını alır.
Adaların əsrarəngiz bitki örtüyünə malikdir. Avropa adasında Südləyən meşələr, Qlorez adasında Manqrov meşələri, Juan di Nova adasında Kokos palması və Kazuarin, Tromlen adasında Ot bitkiləri və Kol bitkiləri, Bassas da İndia adası isə bitki örtüyündən məhrumdur. Adaların sahillərində mərcan rifləri vardır. Burada Dəniz tısbağasına rast gəlinir.
Adeli Torpağı
[redaktə | mənbəni redaktə et]Adalar əsasən Antarktidanın yaxınlığında 66°12′ c. e 136°11′ ş. u. və 66°48′ c. e. 142°02′ ş. u. arasında 2600 km məsafədə yerləşir. Sahil xətdinin uzunluğu 350 km təşkil edir. Ümumi sahəsi 432,000 km² sahəni əhatə edir və bütünlüklə buzla örtülüdür. İqlimi çox sərtdir. Dümon Dürvil stansiyasının əraziyə daxildir. Yayda temperatur −1°S, +7°S, qışda isə −15°S, −20°S təşkil edir. Ərazidə İmperator pinqvini, Antarktika pinqvini, Adeli pinqvini, Kap fırtınaquşu, Cənun Qütb sahilqağayısı, Cənub nəhəng fırtınaquşu, və Ağ fırtınaquşu Fırtınaquşular, qümüşü cənub ağılsızsı. Məməlilərdən Suiti (Ueddell suitisi, yengəcyeyən suiti, Dəniz bəbiri) və Qatil balina müşahidə edilir.
Tarixi
[redaktə | mənbəni redaktə et]1774-cü ildə Fransa Kerqelen adalarını öz ərazisi elan etmişdir. 23 avqust 1892-ci ildə Qlorez, 1897-ci ilin oktyabrda Bassas-da-İndia, Avropa və Juan di Nova adaları Fransa ərazilərinə birləşdirilir. 21 noyabr 1924-cü ildə isə Sen-Pol adaları və Amsterdan adası Madaqaskarın tərkibinə daxil edilir. 1955-ci ildə Kerqelen arxipelaqı Kroz adaları və Adeli Torqağı dəniz özü ərazilərinə daxil edilir. Ərazilərə inzibati və iqtisadi muxtariyyət verilir. 21 fevral 2007-ci ildə Bassas da İndia, Avropa, Qlorez, Juan di Nova və Tromlen Fransız Cənub və Antraktik ərazilərinə daxil edilir.
Siyasi quruluşu
[redaktə | mənbəni redaktə et]6 avqust 1955-ci ildə Fransız dənizönü əraziləri inzibati-ərazi vahidliyi kimi Ftansanın tərkibində xüsusi status alır. Ancaq yenə də Parisdən idarə edilirdi. 2000-ci ildən FCAƏ Sen-Per adasından idarə edilirdi. Ancaq bu ərazilər FCAƏ daxil deyildi. Ərazini prefekt idarə edirdi (30 noyabr 2013 Paskal Bolot). Hakimiyyətin digər qolu- Konsultat sovetidir. Sovet tibbi, maliyyə, inzibati işlərə, xariçi əlaqələr və təhlükəzisliz məsələlərinə baxır[2].
Ərazi mübahisələri
[redaktə | mənbəni redaktə et]Fransanın Adeli Torpağını öz ərazisi elan etməsini Beynəlxalq təşkilatlar qəbul etmir. Antarktida haqqında konvensiyaya görə bu ərazilər ancaq elmi məqsədlər üçün istifadə edilə bilər.
Madaqaskar Bassas da İndia, Qlorez, Avropa və Juan di Nova adalarına (Eparse adaları) iddia edir.
İzibati bölgü
[redaktə | mənbəni redaktə et]FCAƏ inzibati cəhətdən 5 inzibati dairəyə bölünür:
Vilayət | İnzibati mərkəz | İnzibati ərazinin rəhbərliyi | Əhalisi, nəf. | Sahəsi, km² | |
---|---|---|---|---|---|
Qış | Yay | ||||
Sen-Pol adaları və Amsterdam adası | Martin-de-Vivse | Erik Morbo (fr. Eric Morbo) | 25 | 45 | 61 |
Kroz | Alfred-For | Serj Fuster (Serge Fuster) | 25 | 45 | 352 |
Kerqelen arxipelaqı | Port-о-Franse | Kristian Fressinyak (Christian Fressignac) | 70 | 110 | 7215 |
Adeli Torpağı | Dyumon d'Yurvil | Maksim Emetti (Maxime Aimetti) | 30 | 110 | 432 000 |
Eparse adaları | Sen-Per | Kristof Jan (Christophe Jean) | — | — | 38,6 |
FCAƏ | Sen-Per | Paskal Bolot (Pascal Bolot) | 150 | 310 | 439 781 |
Mənbə: Organigramme des Terres australes et antarctiques francaises Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine (fr.) |
Əhalisi
[redaktə | mənbəni redaktə et]Ərazi hec vaxt köklü əhaliyə malik olmamışdır. Hətta dəfələrlə adanın koloniyalaşdırılması bir nəticə verməmişdir. Ancaq adada hal-hazırda alimlər və hərbçilər yaşayır. 2006-cı ildə adada 600 nəfər yerləşmişdir ki, oların 400 alim 200 nəfəri isə hərbçi idi. Mövsümdən asılı olaraq adaya gələnlərin sayı dəyişir. Eparse adasında isə ümumiyyətlə insan yaşamır.
İqtisadiyyat
[redaktə | mənbəni redaktə et]İqtisadi əhəmiyyəti yüksək qiymətləndirilir. Belə ki ərazi zəngin balıq, krab və metan qazı ehtiyyalarına malikdir. Dəniz canlılarının qanunsuz ovu həyata keçirildiyindən Fransız patrulları əraziləri qoruyur. Pataqoniya çöl balığı və Lanqustlar kimi canlılar böyük əhəmiyyətə malikdir.
Digər gəlir mənbəyi elmi xidmətlərdən gəlir. Burada Meteoroloji və Geofizika stansiyaları fəaliyyət göstərir. 1955-ci ildən FCAƏ Antraktidaya aid poçt markaları buraxılır. İllik gəliri 16 milyon avro təşkil edir. Fransız Cənub və Antartika əraziləri xüsusi domenə malikdir — .tf.
Nəqliyyat
[redaktə | mənbəni redaktə et]Dəniz FCAƏ xariçi aləmlə birləşdirən yeganə nəqliyyat vastəsidir. Avropa, Qlorez, Juan di Nova və Tromlen adaları istisnadır. Bu adalarda primitiv hərbi təyyarələrin qalxış-eniş meydançaları vardır. 1980-ci ildə burada aerodrom tikintisi planlaşdırılsada (Dyumon d'Yurvil stansiyası yaxınlığında) 1996-cı il hesablamasından sonra maliyyə səbəbindən mümkünsüz olur.
Kerqelen adalarında Port-o-Fransedə eniş zolağı tikilmişdir.
FCAƏ iri limana malikdir. Ancaq burada kiçik lövbər yeri vardır. Bura II Marion Dyufren ({{Dil-fr|[[:fr:Marion Dufresne 2|Marion Dufresne 2), bundan əlavə Antarktida ərazilərinə isə Astrolyabiya (fr. L'Astrolabe (navire polaire)) gəmiləri gəlir.
Kerqelen arxipelaqında avtomobil yolları olmasada burada avtomobil vardır. Əsasən «Renault» maşınları vardır. Avtomobil nömrələri xüsusi olaraq adaya məxsus olur.
Turizm
[redaktə | mənbəni redaktə et]1994-ci ildə FCAƏ turistlər üçün bütünlüklə açıq elan edilmişdir. Kroz adaları, Kerqelen arxipelaqı və Amsterdam adasına «II Marion Dyufren» gəmisində getmək olar: səyahət 28 gün davam edir və onun 12-14 günü açıq dəniz sahələrindən keçir. 2009-cu ildə adaları 13000 turist ziyarət etmişdir. FCAƏ Adeli Torpağına turist turları təşkil etmir.
Şəxsi gəmi və qayıqlarda ərazilərə ancaq prefektin icazəsindən sonra gəlmək olar. Bəzi əraziyə yalnız elmi işçilər buraxılır. Fransa vətəndaşları olmayanlar əraziyə viza aldıqdan sonra buraxılır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Fransız Cənubi və Antarktik ərazilərinin rəsmi saytı (fr.)
- Fransız Cənub və Antarktika əraziləri haqqında məqalə (rus.)
- «Glober.ru» saytında məlumat (rus.)
- Fransız Cənub və Antarktika əraziləri Arxivləşdirilib 2018-12-24 at the Wayback Machine (ing.)
- «Discover France!» saytında FCAƏ haqqında məlumat (ing.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ https://www.skgeodesy.sk/sk/ugkk/geodezia-kartografia/standardizacia-geografickeho-nazvoslovia/nazvy-statov/.
- ↑ "Organigramme des Terres australes et antarctiques francaises" (PDF) (fransız). Rəsmi saytı. 2013-10-04. 2013-12-03 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-11-30.