Nizami Qafarov — Vikipediya

Nizami Qafarov
Nizami Rafiq oğlu Qafarov
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyəti azərbaycanlı
Doğum tarixi (38 yaş)
Doğum yeri Bakı
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti , Azərbaycan Memarlıq və İnşaat Universiteti , Azərbaycan Dövlət İqtisad Universiteti
Boyu 179 sm
Çəkisi 115 kq
İdman növü Sumo,Kəmər güləşi,Yunan-Roma güləşi,Grappling

Nizami Qafarov- (11 iyun, 1985 , Bakı) – sumo güləşi üzrə 2007-ci ildə Ukrayna Respublikasının Kiyev şəhərində keçirilən Avropa oyunlarının (1st European Games of Non-olympic sports 2007) qalibi , kəmər güləşi (belt wrestling) üzrə 2009-cu ildə Özbəkistan Respublikasının Daşkənd şəhərində keçirilən Dünya birinciliyinin bürünc mükafatçısı

Həyatı[redaktə | mənbəni redaktə et]

Nizami Rafiq oğlu Qafarov 1985-ci il , 11 iyun tarixində Bakı şəhərində anadan olub. 2001-ci ildə Bakı şəhərində yerləşən 252 saylı orta məktəbi bitirmişdir.
2005-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (Azərbaycan Dövlət Neft Akademiyası) Neft-qaz çıxarma sənayesinin menecmenti ixtisasını bitirib.
2019-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mühəndisi ixtisasını bitirib.
2022-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin MBA üzrə magistr pilləsini ingilis bölməsi üzrə fərqlənmə diplomu ilə bitirib.
2005–2006-cı illərdə N saylı hərbi hissənin kəşfiyyat bölüyünün manqa komandiri olaraq hərbi mükəlləfiyyətini yerinə yetirmişdir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nizami Rafiq oğlu Qafarovun fəaliyyəti paralel 2 istiqamətdə — idman və korporativ istiqamətlərdə formalaşmışdır.
İdman fəaliyyəti- İdman ilə məşğul olmağa 2001-ci ildə Universitetə daxil olduqdan sonra başlamışdır.Yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyinin dəfələrlə qalibi və mükafatçısı , Azərbaycan birinciliyinin dəfələrlə mükafatçısı, 2005-ci ildə keçirilən Azərbaycan Silahlı Qüvvələri birinciliyinin qalibi olmuşdur. Sərbəst güləş üzrə böyüklər arasında Bakı şəhər birinciliyinin qalibi və Respublika birinciliyinin bürünc mükafatçısı , Sambo güləşi üzrə böyüklər arasında Respublika birinciliyinin bürünc mükafatçısı olmuşdur.
2007 , 2008 , 2009, 2010-cu illərdə sumo güləşi üzrə Azərbaycan birinciliklərinin 115 kq çəki dərəcəsində qalibi olmuşdur.
2019-cu ildə Grappling güləşi üzrə 100 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.
2024-cü ildə Grappling güləşi üzrə 100+ kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi olmuşdur.
2007-ci ildə Ukraynanın Kiyev şəhərində keçirilən Avropa oyunlarının (1st European Games of Non-olympic sports 2007) sumo güləşi üzrə 115 kq çəki dərəcəsində qızıl medalını qazanmışdır.
2009-cu ildə isə Özbəkistanın Daşkənd şəhərində keçirilən kəmər güləşi üzrə Dünya birinciliyinin 100 kq çəki dərəcəsində klassik və kuraş növü üzrə 2 ədəd bürünc medalını qazanmışdır.
Korporativ idarəetmə fəaliyyəti- 2007-ci ildən əsasən Tikinti sektorunda olan ölkədaxili və beynəlxalq layihələrdə idarəçi olaraq fəaliyyət göstərmişdir. Hal-hazırda "CREDIBLE-ECPMO" MMC-də şirkətin direktoru olaraq fəaliyyət göstərir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://azertag.az/en/xeber/azerbaijani_sumo_wrestler_grabs_gold_medal_at_first_european_sport_games-567966
  2. https://web.archive.org/web/20071102232707/http://www.kmu.gov.ua/sport/control/uk/publish/article?art_id=79459&cat_id=74668
  3. http://www.sporta-klubi.lv/rus/galerei/pasaules-cempionats-jostu-cina-2009-uzbekistan-taskent-22-26-10.html
  4. https://azertag.az/xeber/sumo_uzre_birinci_azerbaycan_chempionatinin_qalibleri_melum_olmusdur-376889
  5. https://xeber.azeri.net/idman/sumo-cempionati-basa-catib
  6. https://azertag.az/xeber/bakida_sumo_ve_cudo_uzre_birinci_beynelxalq_festival_basa_chatmisdir-439505
  7. https://sumo.az/result/az-rbaycan-cempionatlari/

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]