Nazirlər Kabineti (Naxçıvan) — Vikipediya

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 8 fevral 1991
Əvvəlki qurum Naxçıvan MSSR Nazirlər Soveti
Tabelik Naxçıvan Muxtar Respublikasının Ali Məclisi
Baş qərargah Naxçıvan
Rəhbərlik
Baş nazir Ceyhun Cəlilov (2024–)
Birinci müavin Elşad Əliyev
Müavin Bəxtiyar Məmmədov

Naxçıvan Muxtar Respublikası Nazirlər KabinetiAzərbaycan Respublikasının tərkibinə daxil olan Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanı.

Haqqında[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:

  • Maddə 34. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyəti

I. Naxçıvan Muxtar Respublikasında icra hakimiyyətini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti həyata keçirir.

II. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının yuxarı icra orqanıdır.

III. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə tabedir və onun qarşısında müntəzəm hesabat verir.

  • Maddə 35. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin statusu

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərmanları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, qanunları ilə onun səlahiyyətlərinə aid edilən məsələlərin həllində müstəqildir.

  • Maddə 36. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibi

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinə Naxçıvan Muxtar Respublikasının Baş Naziri, onun müavinləri, Naxçıvan Muxtar Respublikasının nazirləri və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildirlər.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş Nazirinin təklifi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təsdiq edir.

Səlahiyyətləri[redaktə | mənbəni redaktə et]

Naxçıvan Muxtar Respublikası Konstitusiyasından çıxarışlar:

  • Maddə 39. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri

I. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti:

— muxtar respublika büdcəsinin layihəsini hazırlayıb Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim edir;

— muxtar respublikanın büdcəsini icra edir;

— muxtar respublikanın iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;

— muxtar respublikanın sosial proqramlarının həyata keçirilməsini təmin edir;

— nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;

— Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə aid etdiyi digər məsələləri həll edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti iqtisadi və mədəni sahələrdə Naxçıvan Muxtar Respublikasını Azərbaycan Respublikasının Nazirlər Kabinetində təmsil edir.

  • Maddə 40. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları

I. Ümumi qaydalar müəyyən etdikdə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti qərarlar, başqa məsələlər üzrə sərəncamlar qəbul edir.

II. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin aktları başqa qayda müəyyən edilməmişsə, dərc edildiyi gündən qüvvəyə minir.

Tərkibi[redaktə | mənbəni redaktə et]

Vəzifə
Vəzifəli
Partiya
Vəzifədədir
Baş nazir və müavinləri
Baş nazir Ceyhun Cəlilov Bitərəf 25 aprel 2024
Baş nazirin birinci müavini Elşad Əliyev YAP 27 iyun 2018
Baş nazirin müavini Bəxtiyar Məmmədov 20 iyun 2023
Nazirlər
Daxili İşlər Nazirliyi Süleyman Neymətov[1] Bitərəf 28 dekabr 2022
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Xanlar Mustafayev YAP 20 may 2023
Fövqəladə Hallar Nazirliyi Şahin Mirzəyev Bitərəf 17 yanvar 2023[2]
Ədliyyə Nazirliyi Hüseyn Səfərov 11 oktyabr 2023
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Fərid Bağırzadə 25 aprel 2024
Gənclər və İdman Nazirliyi Mirməcid Seyidov[3] YAP 22 iyul 2023
İqtisadiyyat Nazirliyi Abbas İsmayılov 8 dekabr 2023
Kənd Təsərrüfatı Nazirliyi Xəyalə Dadaşova YAP 28 fevral 2023
Maliyyə Nazirliyi
Mədəniyyət Nazirliyi Həsən Seyidov[4] YAP 14 avqust 2023
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Rahid Ələkbərli 31 oktyabr 2023
Səhiyyə Nazirliyi Samiq Sadıxov YAP 12 aprel 2023[5]
Təhsil Nazirliyi Elxan Nəcəfov YAP 16 oktyabr 2023
Komitələrin sədrləri
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ramilə Seyidova YAP
Dövlət Statistika Komitəsi Hüseyn Bağırov YAP 7 aprel 2023[6]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi İlqar Sadıqov YAP 24 yanvar 2023
Xidmət rəisləri
Dövlət Energetika Xidməti Namiq Paşayev YAP 10 aprel 2017
Agentliyin sədrləri
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi Vüqar Babayev Bitərəf 19 dekabr 2017
Departament sədrləri
Dövlət Turizm Departamenti Əkbər Novruzov YAP 24 aprel 2018

Baş nazirlər[redaktə | mənbəni redaktə et]

Baş nazirlər
Sıra Şəkil Ad Başlama tarixi Bitmə tarixi Partiya
1
Mirismayıl Əliyev
17 noyabr 1990
sentyabr 1991
Azərbaycan Kommunist Partiyası
2
Becan Fərzəliyev
sentyabr 1991
1993
Azərbaycan Xalq Cəbhəsi
3
Şəmsəddin Xanbabayev
1993
2000
Yeni Azərbaycan Partiyası
4
Əlövsət Baxşıyev
11 fevral 2000
14 may 2020
5
Səbuhi Məmmədov
23 may 2020
25 aprel 2024
6
Ceyhun Cəlilov
25 aprel 2024
Hal-hazırda
Bitərəf

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-01.
  2. "Arxivlənmiş surət". 2023-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-17.
  3. "Arxivlənmiş surət". 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-09.
  4. "Naxçıvan mədəniyyət nazirinin müavini işdən çıxarılıb, təyinat olub". Apa.az (az.). 2023-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-20.
  5. "Naxçıvanda nazir vəzifəsindən azad olundu, nazir əvəzi TƏYİN EDİLDİ". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-12.
  6. "Naxçıvana daha bir kadr təyinatı". 2023-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-07.