Narva çayı — Vikipediya

Narva çayı
est. Narva
Ölkələr
Mənbəyi  
 • Yüksəkliyi 30 m
Mənsəbi  
 • Yüksəkliyi 0 m
Uzunluğu 77 km
Su sərfi 399 m³/s
Hövzəsinin sahəsi 56200 km²
DSR[ru] 01030000412104100000010
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Narva (est. Narva jõgi) — Estoniya və Rusiya Federasiyasının Leninqrad vilayətinin sərhədindəki çay. Alukse və Bek adları da ədəbiyyatda rast gəlinir. Sonuncu ad 17-ci əsrdə İsveç hakimiyyəti dövründə istifadə edilmiş və Adam Oleari tərəfindəndə xatırlanır. Çay sahilin boyunca yerləşən şəhərlər: İvangorod (Rusiya), NarvaNarva-Yıesuu (Estoniya). Çay sahillərini hazırda iki körpü birləşdirir. 1991-ci ildən bu yana Rusiya-Estoniya sərhədini təşkil edir. Çay sahili boyunca bölgə Prenarovye adlanır.

Əsas məlumatları[redaktə | mənbəni redaktə et]

Narva çayı hövzəsinin xəritəsi

Çay Çud-Pskov gölündən başlayır və Baltik dənizinin Fin körfəzindəki Narva buxtasına axır.

Çayın uzunluğu 77 km-dir, bunun 40 km-i yuxarı, 20 km-i orta, 17 km-i isə aşağı axar təşkil edir. Hövzəsinin sahəsi 56.200 km²-dir. Çayın ağzında suyun axıdılması 399 m³/s[1] və ya 12,58 km³/il təşkil edir ki, bu da mənbədən 78 m³/s və ya 2.46 km³/il çoxdur. Çayın düşməsi 30 m-dir, bunun 19% -i (4-7,5 m) Narva şəlalələrinin, 16% (5 m) isə Omut astanalarının payına düşür. Potensial su elektrik ehtiyatları: orta illik gücü 141 MVt, orta illik istehsal 1235 milyon kilovat-saatdır. Orta eni 200–300 m, lakin su elektrik stansiyasından aşağıda 390 m-ə qədər olur. Ən böyük eni isə Verxovski adasının yuxarı axınlarında müşahidə olunur - təxminən 900 m. Orta dərinliyi 3–4 m, su elektrik stansiyasının altında 6 m-dən 11 m-ə qədər artır. Mənsəbində isə 15 m-ə qədərdir. Çay axınının orta sürəti 1 m/s, astanalarda 3 m/s, aşağı hissəsində isə 0,5 m / s-ə çatır. Çayda buzlanma 5,5 aya qədər davam edir. Yayda isə suyu azalır. Çayın qidalanmasının əsasını qar suları təşkil edir. Çud gölünün suyuda öz növbəsində əsas mənbəyidir. Su elektrik stansiyaları: Narva su elektrik stansiyası.

Çayın boyunca olan şəhərlər: İvangorod (Rusiya), NarvaNarva-Yıesuu.

Gəmişilik üçün yararlıdır: Narva Su Elektrik Stansiyasının (14.9 km) və Narva su anbarının (15 km) altında. Bütünlüklə çay axınının 40% gəmiçiliyə yararlıdır. Əsas qolları: Plyussa, Rosson

Etimologiya[redaktə | mənbəni redaktə et]

Çayın adını Veps dili ilə müqayisə edən M. Fasmerin ən populyar etimologiyası Narvaine "astana" mənasındadır. Saitlərin əvəzlənməsini nəzərə alaraq Baltik mənşəli ümumi hidronimik kökdən Nar/ Ner -dən əməlkə gəlməsi deyilir. Nəhayət qədim alman dilindən narva “dar” mənasında olan sözdəm meydana gəlməsi deyilir. Əksər hallarda dar boğazlara da Narva deyilir[2][3].

1681[4], 1684[5], 1900[6], 1900[7], 1905[8] və 1933-cü il[9] xəritələrində çay Narova kimi göstərilmişdir.

Çay 1927-ci ildə Estoniya tərəfinin təşəbbüsü ilə adlandırıldı. 1927-ci il "Starı Narvski Listok" qəzeti bu hadisəni belə təsvir edir: "Ana Dili Akademik Cəmiyyətinin təklifinə və Virskago Dairə İdarəsinin qərarına (" Riigi Teataja "1927 № 5) əsasən "Narova" sözünün əvəzinə bundan sonra "Narva" sözü istifadə ediləcəkdir. Buna görə adlar belə olacaqdır:Ust Narova–Ust-Narva; Narova çayı–Narva çayı; Narovo dairəsi-Narva dairəsi[10].

1976-cı ildə xəritədə Narva çayı kimi göstərilmişdir[11].

Fauna[redaktə | mənbəni redaktə et]

«Narva Losos 2014» balıq ovlama yarışması

Narva balıqla zəngindir. Burada Rutilus, xanı, çapaq, adi durnabalığı, qızılüzgəc və başqa balıq növləri Çud gölü və Narva su anbarında olduğu kimidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Narva at Narva-Ges". webworld.unesco.org. 2009-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-11-24., UNESCO: Water resources
  2. G. von Sabler. Ober die Herkunft des Flussnamens Narowa // "Sitzungsberichte der Gelehrten Estnischen Gesellschaft. 1910. Jurjew-Dorpat, 1911" (PDF). dspace.ut.ee. 2018-07-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17. S. 166.
  3. Merlijn de Smit. "Insular Etymologies". www.academia.edu. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  4. "карта 1681 г." (PDF). vana.narvaplan.ee. 2017-10-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  5. "карта 1684 г." vana.narvaplan.ee. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  6. "карта 1900 г." (PDF). vana.narvaplan.ee. 2018-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  7. "карта 1900 г." (PDF). vana.narvaplan.ee. 2018-10-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  8. "карта 1905 г." (PDF). vana.narvaplan.ee. 2018-04-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-17.
  9. "карта РККА 1933 г." maps.monetonos.ru (rus). 2016-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  10. "газета «Старый Нарвский Листок» 1927 год". sites.google.com. 2016-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.
  11. "карта 1976 года". vana.narvaplan.ee. 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-17.