Nəsimi dastanı (balet) — Vikipediya

Nəsimi dastanı
Tipi Klassik
Bəstəkar Fikrət Əmirov
Librettist Anar
Xoreoqraf Nailə Nəzirova
Premyera
Personajlar Nəsimi, sevgilisi, cəlladlar

"Nəsimi dastanı" (en. A Tale of Nasimi; ru. Легенда о Насими, yaxud Сказание о Насими) — Fikrət Əmirovun 1973-cü yazdığı balet. Libretto yazıçı Anara məxsusdur. Baletmeyster Nailə Nəzirovanın quruluş verdiyi bu tamaşa ilk dəfə 23 sentyabr 1973-cü il tarixdə nümayiş etdirilərək, tamaşacıların böyük rəğbətini qazanmış, 1974-cü ildə isə Respublika Dövlət mükafatına layiq görülmüşdür.[1][2]

Məzmun[redaktə | mənbəni redaktə et]

Görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs edir.

I səhnə: Cəlladların rəqsi
II səhnə: Nəsiminin monoloqu
III səhnə: Nəsimi və sevgilisinin birinci dueti
IV səhnə: Qızların Nəsimi və sevgilisi ilə rəqsi
V səhnə: Hücum
VI səhnə: Qızların kədəri
VII səhnə: Nəsimi və sevgilisinin ikinci dueti
VIII səhnə: Nəsiminin üsyanı
IX səhnə: Savaş
X səhnə: Əbədilik[3]

Baletdə Lütfiyar İmanovun ifasında Nəsiminin ariyası və dünyanı lənətləyən kiçik şeiri səslənmişdi.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Nəsimi dastanı baletindən Qızların rəqsi
Nəsimi dastanı baletindən Cəlladın rəqsi
  1. ""Azərbaycanşünaslığın aktual problemləri" adlı I beynəlxalq elmi konfrans, 2010. Hacıyeva Şəfəq - F. Əmirovun "Nəsimi dastanı" baletinin dramaturji xüsusiyyətləri" (PDF). 2014-07-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.
  2. "Анар - Постижение доступности. "Musiqi Dünyası" jurnalı". 2020-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-02.
  3. "Fikrət Əmirovun diskoqrafiyası". 2021-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-07.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]