Nəsimi (film, 1971) — Vikipediya

Nəsimi
Janr

dram tarixi

bioqrafik
Rejissor Həsən Seyidbəyli
Əsərin müəllifi İsa Hüseynov
Ssenari müəllifi İsa Hüseynov
Baş rolda

Rasim Balayev — Nəsimi İsmayıl Osmanlı — Nəimi Xalidə Quliyeva — Fatma Kamal Xudaverdiyev — Yusif Tofiq Mirzəyev — Dövlət bəy Almaz Əsgərova — Şəms Səməndər Rzayev — Şirvanşah İbrahim Məmmədrza Şeyxzamanov — Şeyx Əzəm Yusif Vəliyev — Əmir Teymur

Muxtar Maniyev — Miranşah
Operator
Bəstəkar Tofiq Quliyev
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1971
Ölkələr SSRİ SSRİ
İl 1973
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Tarixi-inqilabi film XIV əsr görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuşdur.

Qədim Şirvan torpağı-gözəl Şamaxı, şair Nəsiminin vətəni. Onun həyatı haqqında məlumatımız çox azdır. Lakin şairin şeirləri qalmışdır. Bizdən bir çox əsrlər əvvəl yaşamış şairin ürəyindəkiləri necə dərk etməli? O uzaq epoxanı necə bərpa etməli, onu bizim müasirlərimizə necə yaxınlaşdırmalı?

Nəsimi hürufiliyin banisi Nəiminin görüşlərini qəbul edərək, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. O, ömrünün son illərini Hələbdə yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək, Misir sultanının əmri və ruhanilərin fitvası ilə edam edilmişdir.

Filmdə insanı həyəcana gətirən bir çox kadrlar Nəsiminin vətəni Şamaxı şəhərində lentə alınmışdır.

Şairin zəngin yaradıcılığı və fəlsəfi baxışları barədə danışmaq üçün sənədli material kifayət qədər olmadığından filmdə bədii kino fəndlərindən də yeri gəldikcə istifadə olunmuşdur.[1]

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: İsa Hüseynov
Quruluşçu rejissor: Həsən Seyidbəyli
Quruluşçu operator: Rasim İsmayılov
Quruluşçu rəssam: Məmməd Hüseynov, Mais Ağabəyov
Bəstəkar: Tofiq Quliyev
Səs operatoru: Akif Nuriyev
Rejissor: Əşrəf Mamayev, Akif Rüstəmov
Qrim rəssamı: V.Bereznyakov
Geyim rəssamı: Elçin
Montaj edən: Tamara Nərimanbəyova
Rejissor assistenti: Adil İsmayılov, Səməd Lazımov, X.Cəfərov, X.Şirinov, Gülbəniz Əzimzadə
Montaj üzrə assistent : Esmira İsmayılova
Operator assistenti: Yuri Varnovski, V.Tibirov, F.Sekandçed, V.Romanov
Rəssam assistenti: Tamilla Dağıstanlı
Quraşdırılmış səhnələrin operatoru: Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
Redaktor: İntiqam Qasımzadə, Nataliya Şneyer
Məsləhətçi: Əli Fəhmi (leksika üzrə), M.Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z.Quluzadə (fəlsəfə üzrə), T.Musəvi (tarix üzrə), R.Əfəndiyev (etnoqrafiya üzrə)
Musiqilərin ifası: SSRİ Kinematoqrafiya Komitəsinin Orkestri
Dirijor: D.Ştilman
Filmin direktoru: Daniil Yevdayev, Bəşir Quliyev

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235–258; 377.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2020-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-04.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]