Mustafa Hacıqasımov — Vikipediya

Mustafa Hacıqasımov
Şəxsi məlumatlar
Doğum tarixi 1883
Doğum yeri
Vəfat tarixi 1969
Vəfat yeri
Fəaliyyəti alim

Təltifləri "Lenin" ordeni "Şərəf nişanı" ordeni

Hacıqasımov Mustafa Mahmud oğlu (1883, Qazax1969, Bakı) — ilk azərbaycanlı cərrah-ginekoloq, Azərbaycanın baş mama-ginekoloqu. professor, Azərbaycan SSR Əməkdar həkimi, Azərbaycan SSR Əməkdar elm xadimi, Bakıda doğum evinin yaradıcılarından biri, birinci və dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı.

Həyatı[redaktə | mənbəni redaktə et]

Hacıqasımov Mustafa Mahmud oğlu 1883-cü il iyun ayının 12-də Qazax qəzasının Poylu kəndində anadan olub.

Təhsil[redaktə | mənbəni redaktə et]

1904-cü ildə Tiflis ilk kişi gimnaziyasını bitirdikdən sonra 1910-cu ildə Xarkov Universitetinin tibb fakültəsini bitirib (H.Z.Tağıyevin təqaüdü ilə oxuyub). 1910-cu ildə 27 oktyabr 1910-cu ildə həkim dərəcəsinə layiq görüldü. Universitetin tibb fakültəsinin mama-ginekoloji şöbəsində qaldı.[1]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Azərbaycanın baş mama-ginekoloqu. Professor, Azərbaycan SSR Əməkdar Həkimi (1940), Azərbaycan SSR Əməkdar Elm Xadimi, Bakıda doğum evinin yaradıcılarından biri. Birinci-dördüncü çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. 1-ci dünya müharibəsində lazaretlərdə hərbi həkim kimi çalışmışdır.

Birinci Dünya müharicəsinin iştirakçısıydı. Məşhur rus alimi professor B.G. Prjevalskiy doktor Mustafa-Bəy-Hacıqasımova hərbi qospitaqlda həkim vəzifəsinə təsdiqlədi.[2] G. Prjevalskİ göstərir ki, 1914-cü il dekabrın 9-dan 1916-cı il iyulun 1-dək olan müddətdə 445 xəstə və yaralı xəstəni ziyarət etdi, onlardan yalnız 2% -i öldü və bu, çox qayğı və iş görən Hacı Qasımovun böyük əməyi idi.[3] Xarkov vilayətinin hərbi çağırış xidmətinin işə qəbul siyahısında deyilir: "Sinif sanitar milis zabitinin dərəcə həkimi Mustafa bəy Hacı Qasımov Baş Hərbi Sanitariya İdarəsinin əmri əsasında hərbi xidmətə çağırılır.[4] 27 yanvar 1969-cu il, Bakı şəhərində vəfat etmişdir.

Təltiflər[redaktə | mənbəni redaktə et]

"Lenin", "Şərəf nişanı" ordenləri və bir sıra medallarla təltif olunmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Мамедов М. Первые военные врачи — азербайджанцы// İRS Наследие: международный азербайджанский журнал.№ 1 (67). 2014.С.38
  2. НМИА ФДИ. № 283/83
  3. Отчет Лазарета для раненых воинов Харьковского медицинского общества и Всероссийского союза городов № 4 (9-го октября 1914 г. — 1-го июля 1916 г.)// Харьковское медицинское общество. Харьков, 1917. С.15
  4. Мамедов М. Указ.соч