Musa Qurbanlı — Vikipediya
Musa Qurbanlı | ||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||
Tam adı | Musa Qurban oğlu Qurbanlı [1] | |||||||||||||||||||||||||||
Doğum tarixi | 13 aprel 2002[2] (22 yaş) | |||||||||||||||||||||||||||
Doğum yeri | Bakı, Azərbaycan | |||||||||||||||||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||||||||||||||||
Təhsili | ||||||||||||||||||||||||||||
Boyu | 183 | |||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||
Klub haqqında məlumat | ||||||||||||||||||||||||||||
Klub | Qarabağ | |||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
| ||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Musa Qurbanlı (13 aprel 2002[2], Bakı) — azərbaycanlı futbolçu, "Qarabağ" klubunun hücumçusu.
Klub karyerası
[redaktə | mənbəni redaktə et]Musa Qurbanlı 2017-ci ilin avqustunda “Qarabağ” ilə müqavilə imzalayıb. O, komandada debütünü 2019-cu il dekabrın 20-də Azərbaycan Kubokunda “Keşlə”yə qarşı keçirib və bu oyunda “Qarabağ” 3:1 hesabı ilə qalib gəlib.[3]
2021-ci il yanvarın 21-i Zirə klubu ilə "Qəbələ"yə qarşı Premyer Liqa matçında ilk rəsmi qolunu vurmuşdur. 26 yanvar 2021-ci ildə Azərbaycan Kubokunda Lökbatanın "Qaradağ" klubuna qarşı matçda qol vurmuşdur.
O, Azərbaycan Premyer Liqasında "Qarabağ"ın heyətində 25 sentyabr 2020-ci ildə "Sumqayıt"la oyunda debüt edib.[4]
2022-23 mövsümündə 21 qol və 7 məhsuldar ötürmə ilə çempionatın bombardirlik siyahısında ikinci yeri tutdu.[5] 2022-2023 mövsümündə Azərbaycan Premyer Liqasının bombardirlərindən olan Qurbanlı 2023-cü ilin iyul ayında İsveçin Yurqorden klubu ilə 3 illik müqavilə imzalayıb. Gənc futbolçunun illik qazancı 200 min avro olacaq. “Yurqorden” “Qarabağ”a isə 500 min avroya yaxın ödəniş edib.[6]
Beynəlxalq karyerası
[redaktə | mənbəni redaktə et]Musa Qurbanlı 31 may 2019-cu ildə 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına çağırılıb.[7][8]
O, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində 6 iyun 2020-ci ildə AVRO-2021 U21 Çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn U21-ə qarşı oyunda rəsmi debüt edib.[9] 26 may 2021-ci ildə Ukrayna 21 yaşlıları ilə keçirilən yoldaşlıq matçında ilk qolunu vurdu.
12 oktyabr 2021-ci ildə seçmə mərhələ çərçivəsində Xorvatiyalı həmyaşıdları ilə keçirilən matçda, U21 millisində ilk rəsmi qolunu vurdu.
Qurbanlı Azərbaycan əsas millisində debütünü 2020-ci il noyabrın 11-də Sloveniya ilə yoldaşlıq görüşündə keçirib.[10]
Karyera statistikası
[redaktə | mənbəni redaktə et]Klub
[redaktə | mənbəni redaktə et]- 9 Yanvar 2024 tarixində yenilənib[11]
Klub | Mövsüm | Liqa | Milli Kubok[a] | Qitə | Digər | Ümumi | ||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Division | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Qarabağ | 2019–20 | Azərbaycan Premyer Liqası | 0 | 0 | 1 | 0 | 0[b] | 0 | — | 1 | 0 | |
2020–21 | Azərbaycan Premyer Liqası | 5 | 1 | 0 | 0 | 1[c] | 0 | — | 6 | 1 | ||
2021–22 | Azərbaycan Premyer Liqası | 15 | 8 | 2 | 1 | 6[d] | 0 | — | 23 | 9 | ||
2022–23 | Azərbaycan Premyer Liqası | 32 | 21 | 2 | 2 | 4[e] | 0 | — | 38 | 23 | ||
Total | 43 | 27 | 5 | 3 | 11 | 0 | - | - | 59 | 30 | ||
Zirə (icarə) | 2020–21 | Azərbaycan Premyer Liqası | 9 | 1 | 2 | 1 | — | 11 | 2 | |||
Yurqorden | 2023 | Allsvenskan | 14 | 2 | 1 | 1 | 2 | 0 | — | 17 | 3 | |
Karyerası Cəmi | 66 | 30 | 8 | 5 | 13 | 0 | 0 | 0 | 87 | 35 |
- ↑ Azərbaycan Kuboku daxil olmaqla
- ↑ UEFA Çempionlar Liqasında və UEFA Avropa Liqasında oynamayıb
- ↑ UEFA Çempionlar Liqasında oynamayıb, UEFA Avropa Liqasında bir oyun keçirib
- ↑ UEFA Avropa Konfrans Liqasında oyun sayı
- ↑ UEFA Çempionlar Liqasında oynamayıb, UEFA Avropa Liqasında iki oyun keçirib, UEFA Avropa Konfrans Liqasında iki oyun keçirib
Milli
[redaktə | mənbəni redaktə et]- 20 Noyabr 2022 tarixində yenilənib
İl | Oyun | Qol |
---|---|---|
2020 | 1 | 0 |
2022 | 4 | 1 |
Total | 5 | 1 |
- Nəticə sütunu Azərbaycanın qol sayını göstərir, hesab sütunu Qurbanlının hər qolundan sonrakı hesabı göstərir.
Say | Tarix | Stadion | Rəqib | Hesab | Nəticə | Yarış |
---|---|---|---|---|---|---|
1 | 20 Noyabr 2022 | Tose Proeski Arena, Skopye, Şimali Makedoniya | Şimali Makedoniya | 2–1 | 3–1 | Yoldaşlıq Oyunu |
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Qurbanlı Azərbaycan millisinin keçmiş oyunçusu və "Qarabağ FK"un baş məşqçisi Qurban Qurbanovun oğludur.[12] Musa Qurbanlı eyni zamanda futbolçu Musa Qurbanovun qardaşı oğludur.[13][14][15]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Peşəkar Futbol Liqası - Musa Qurbanlı". pfl.az. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-11.
- ↑ 1 2 Musa Gurbanli // Transfermarkt (çd.). 2000.
- ↑ ""Qarabağ" Musa Qurbanlının adının "Beşiktaş"la hallanmasına aydınlıq gətirib". apa.az. 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-17.
- ↑ "Musa Qurbanlı əsas komandada debüt etdi". qol.az. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-20.
- ↑ "Сын Гурбана Гурбанова подписал контракт с шведским клубом" (rus). vesti.az. 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-07.
- ↑ ""Yurqorden" Musa Qurbanlı ilə müqavilə imzaladı - Yenilənib, Video". qol.az (az.). 2023-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyul 2023.
- ↑ "Arxivlənmiş surət". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ "Qurban Qurbanov: "Musa Qurbanlı oğlum olduğu üçün digərlərindən bir addım geridədir"". report.az. 2022-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-14.
- ↑ "UEFA European Under-21 Championship qualification matches, UEFA.com". 2021-12-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
- ↑ ""Beşiktaş" Musa Qurbanlı ilə maraqlanır". idmantv.az. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-05.
- ↑ Soccerway.com saytında profili (ing.)
- ↑ "UEFA Conference League profile". uefa.com. 2021-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-01.
- ↑ ""Beşiktaş"dan Musa Qurbanlı açıqlaması". sportal.az. (#cite_web_url); (#accessdate_missing_url)
- ↑ "Musa Qurbanlı Estoniya ilə oyunda dubl etdi - VİDEO". offsideplus.az. İstifadə tarixi: 2022-03-22.[ölü keçid]
- ↑ ""Sona qədər döyüşəcəyik" - Musa Qurbanlı". sport24.az. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-19.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Musa Qurbanlı Transfermarkt-da.
- Musa Qurbanlı "Qarabağ"ın rəsmi saytında
- Musa Qurbanlı Soccerway-də