Elvin Cəfərquliyev — Vikipediya

Elvin Cəfərquliyev
Ümumi məlumatlar
Doğum tarixi 26 oktyabr 2000(2000-10-26) (23 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1,80
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Elvin Cəfərquliyev (26 oktyabr 2000, Bakı) — Azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Premyer Liqasında çıxış edən Ağdamın "Qarabağ" klubunun[1]Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisi.

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Elvin Cəfərquliyev Azərbaycan kubokunda 10 dekabr 2017-ci ildə "Keşlə"nin heyətində "Kəpəz"ə qarşı oyunda debüt etmişdir.[2] O, 2018-ci ildə "Qarabağ"la müqavilə imzalamışdır. 2019-cu ilin yayında "Sumqayıt" FK Elvin Cəfərquliyevlə bir illik müqavilə imzaladığını açıqlamışdı. O, 17 avqust 2019-cu ildə Azərbaycan Premyer Liqasında "Sumqayıt"ın heyətində "Qəbələ" ilə oyunda debüt etmişdir.[3] O, 11 sentyabr 2020-ci ildə "Qarabağ"ın heyətində Azərbaycan Premyer Liqasının "Keşlə" ilə oyununda debüt etmişdir.[4][5] Elvin Cəfərquliyev 18 avqust 2020-ci ildə UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Sileks"ə qarşı oyunda Avropada debüt etmişdir.[6][7]

Milli komanda[redaktə | mənbəni redaktə et]

Elvin Cəfərquliyev Azərbaycan milli futbol komandasının heyətində 30 mart 2021-ci ildə Serbiya ilə dünya çempionatının seçmə mərhələsi çərçivəsində debüt etmişdir.[8]

Uğurlar[redaktə | mənbəni redaktə et]

Keşlə

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Elvin Cəfərquliyev". PFL. 14 September 2020. 26 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2022.
  2. "KEŞLƏ VS. KAPAZ 2 - 0". Soccerway. 10 December 2017. 30 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2022.
  3. "QƏBƏLƏ VS. SUMQAYIT 0 - 2". Soccerway. 17 August 2019. 30 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2022.
  4. "KEŞLƏ VS. QARABAG 0 - 0". Soccerway. 11 September 2020. 28 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2022.
  5. "II tur / 2020-09-11" (Azerbaijani). www.pfl.az. 11 September 2020. 2013-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  6. "2020–21 UEFA Champions League qualifying rounds matches, UEFA.com". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-16.
  7. "Daha bir gənc futbolçumuz avrokuboklarda debüt etdi" (Azerbaijani). www.qol.az. 19 August 2020. 16 February 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2022.
  8. "Azerbaijan v Serbia game report". UEFA. 30 March 2021. 26 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 February 2022.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]