Miki Nunyes — Vikipediya

Miki Nunyes
isp. Miki Núñez
Miki 2019-cu ildə
Miki 2019-cu ildə
Ümumi məlumatlar
Doğum adı Miqel Nunyes Poso
isp. Miguel Núñez Pozo
Ləqəbi Miki
Doğum tarixi (28 yaş)
Doğum yeri Terrassa, Barselona, İspaniya
Vətəndaşlığı  İspaniya
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 2018–h.h.
Janr
  • Latın pop
Musiqi alətləri vokal, gitara, piano
Albom şirkəti Universal Music
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Miqel "Miki" Nunyes Poso (isp. Miguel "Miki" Núñez Pozo; d. 6 yanvar 1996, Terrassa, Barselona, İspaniya) — İspaniya müğənnisi. O, "La venda" mahnısı ilə İspaniyanı Tel-Əvivdə keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.[1][2]

Həyatı[redaktə | mənbəni redaktə et]

Miki 6 yanvar 1996-cı ildə İspaniyanın Barselona vilayətində yerləşən Terrassa şəhərində anadan olmuşdur. O, kiçik yaşından ailəsini dəstəyi ilə gitara və piano dərsləri almağa başlamışdır. O, biznes idarə edilməsi ixtisası üzrə LondonLos-Ancelesdə təhsil almışdır.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Miki Dalton Bang musiqi qrupunun üzvüdür. 2018-ci ildə İspaniyanın ən çox baxılan musiqi yarışması Operación Triunfo-nun dinləmələrinə qatılmışdır. Həmin ilin sentyabr ayında onun yarışmada iştirak edəcəyi təsdiqlənmişdir. Miki yarışmada altıncı yerədək yüksələ bilmişdir. 20 yanvar 2019-cu ildə Operación Triunfo nəznində keçirilən İspaniyanın Avroviziya milli seçim turunda Miki üç mahnı ilə qalibiyyət uğrunda mübarizə aparmışdır. Naticədə o, ifa etdiyi "La venda" mahnısı ilə ən çox səs toplayaraq, İspaniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ əldə etmişdir.[1]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

Mahnı adı İl
"La venda" 2019
"Nadie se salva"
(Nataliya Lakunsa ilə duet)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Jiandani, Sanjay (Sergio). "Spain: Miki will fly to Tel Aviv!". ESCToday.com. ESCToday. 20 yanvar 2019. 2019-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 yanvar 2019.
  2. "Miki, concursante de OT". 2019-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2019.
Əvvəlki:
AlfredAmaya
"Tu canción"
İspaniya Avroviziya Mahnı Müsabiqəsində

2019
Sonrakı:

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]