Matteo Qabbia — Vikipediya

Matteo Qabbia
it. Matteo Gabbia
Ümumi məlumatlar
Doğum tarixi 21 oktyabr 1999(1999-10-21)[1] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 189 sm
Mövqeyi mərkəz müdafiəçisi[d]

Matteo Qabbia (21 oktyabr 1999[1], Busto Arsitsio, Lombardiya) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda müdafiəçi kimi çıxış edir.

Karyera[redaktə | mənbəni redaktə et]

Futbolçu karyerasına "Milan" klubunda başlayıb. 2015-ci ildən 2017-ci ilə kimi "Milan"ın U17 və U 19 komandalarında çıxış edib.

2017-ci ildə "Milan"ın əsas komandasına dəvət edilir. Futbolçu 2017-ci ilin avqustunda UEFA Avroliqa oyunları üçun "Milan" klubunun iştirak ərizəsinə daxil edilir.[2]

Futbolçu 2018-ci ildə "Lukkeze" klubuna bir illik icarəyə verilir.

2020-ci ildə futbolçu "Tuttomercatoweb" tərəfindən İtaliyanın TOP-100 gənc oyunçusu siyahısına salınır.[3]

4 fevral 2022-ci il tarixində "Milan" futbolçu ilə 2026-cı ilin yayına qədər yeni müqavilə imzalayır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Matteo Gabbia // Transfermarkt (çd.). 2000.
  2. ""Milan"ın Avroliqa üçün iştirak ərizəsi - siyahı". 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  3. "10 игроков Милана вошли в топ-100 итальянских игроков U-21 по версии Tuttomercatoweb". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
  4. "Daha 4 il "Milan"da". 2022-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.