Tommazo Pobeqa — Vikipediya

Tommazo Pobeqa
Ümumi məlumatlar
Doğum tarixi 15 iyul 1999(1999-07-15)[1] (24 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 1,88 m
Mövqeyi yarımmüdafiəçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tommazo Pobeqa (15 iyul 1999[1], Triest) — İtaliyalı peşəkar futbolçu. İtaliyanın "Milan" klubunda və İtaliya milli komandasında yarımmüdafiəçi kimi çıxış edir.

Karyerası[redaktə | mənbəni redaktə et]

Klub[redaktə | mənbəni redaktə et]

Tommazo uşaq yaşlarında doğulduğu Triest şəhərini təmsil edən "Triestana" klubunun uşaq komandasına qoşulur. 2013-cü ildə futbolçu İtaliya grandlarından olan "Milan" klubunun uşaq komandasına keçir.

23 avqust 2018-ci ildə Pobeqa 2018–19 mövsümü üçün icarə əsasında C Seriyası klubu "Ternana"ya keçdi.[2]

Oktyabrın 7-də o, "Renate" klubu ilə evdə keçirilən oyunun 73-cü dəqiqəsində Cüzeppe Vivesi əvəzinə meydana çıxaraq peşəkar futbol karyerasında debüt edir.[3] Dekabrın 27-də o, ilk peşəkar qolunu evdə "Teramo" klubu üzərində 2–1 hesablı qələbənin 69-cu dəqiqəsində vurdu.[4] 9 fevral 2019-cu ildə Pobeqa " Virtus Verona" ilə ev oyununda dubl edərək iki qol vurur.[5] Pobeqa "Ternana" klubunda 32 oyun, 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalır.[6]

İcarədən geri döndükdən sonra 15 iyul 2019-cu ildə Pobeqa B Seriyasının "Pordenone" klubuna 30 iyun 2020-ci ilə qədər icarə əsasında qoşulur.[7][8] Avqustun 11-də o, İtaliya kubokunun ikinci turunda "FeralpiSalo" klubuna qarşı evdə 2–1 hesablı məğlub olduqları 44-cü dəqiqəsində, "Pordenone" klubunun heyətində ilk qolunu vurur.[9] Avqustun 26-da o, "Pordenone"nin heyətində B Seriyasında debüt etdi və evdə "Frozinone" üzərində 3–0 hesablı qələbədə dubl edərək iki qol vurur.[10] "Pordenone" klubunun heyətində 31 oyunda meydana çıxaraq 5 qol vurur.

24 avqust 2020-ci ildə Pobeqa "Milan" ilə 30 iyun 2025-ci ilə qədər yeni müqavilə imzaladı.[11]

23 sentyabr 2020-ci ildə Pobeqa, 30 iyun 2021-ci ilə qədər icarə əsasında A Seriyasında yüksələn "Speziya" klubuna qoşuldu.[12] Sentyabrın 27-də o, "Sassuolo" klubuna qarşı oyunda "Speziya" klubunun heyətində debüt edir.[13] 1 noyabr 2020-ci ildə isə, "Yuventus" ilə oyunda "Speziya" heyətində ilk qolunu vurur.[14] Burada o meydana çıxdığı 210 oyunda 6 qol ilə yadda qalır.

Pobeqa 2021–22-ci il mövsümünə hazırlıq dörundə "Milan" klubuna qayıdır və klubun mövsüm öncəsi hazırlıq məşqlərində və yoldaşlıq oyunlarında işştirak edir. Ancaq futbolçu "Milan"da saxlanılmır və 27 avqust 2021-ci ildə Pobeqa 30 iyun 2022-ci ilə qədər "Torino" klubuna icarəyə verilir.[15][16] Sentyabrın 12-də o, Salernitana ilə ev oyununda Torino heyətində ilk qolunu vurur.[17] Tommazo "Torino"da mövsümü 33 oyun və 4 qolla bitirir.

5 avqust 2022-ci ildə Pobeqa müqaviləsini 30 iyun 2027-ci ilə qədər uzadıb.[18] O, "Milan"da ilk qolunu 14 sentyabr 2022-ci ildə Çempionlar Liqasında Zaqrebin "Dinamo" komandasına qarşı oyunda vurur.

Milli komanda[redaktə | mənbəni redaktə et]

12 noyabr 2020-ci ildə Pobeqa İtaliyanın U21 komandası ilə debüt etdi və seçmə mərhədə, İslandiya üzərində səfərdə 2–1 hesabı ilə qalib gəldikləri oyunda İtaliyanın hər iki qolu vurdu.[19]

O, ilk dəfə 5 noyabr 2021-ci ildə 2022 FIFA Dünya Çempionatının seçmə mərhələsi üçün İsveçrəŞimali İrlandiya ilə matçlar üçün milli komandaya dəvət edilir.[20]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 Tommaso Pobega // Transfermarkt (çd.). 2000.
  2. "Dall'AC Milan arriva in prestito Tommaso Pobega". ternanacalcio.com. Ternana Calcio. 23 August 2018. 6 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
  3. "Game Report by Soccerway". Soccerway. 7 October 2018. 4 June 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
  4. "Ternana vs. Teramo - 27 December 2018 - Soccerway". Soccerway. 1 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 January 2019.
  5. "Ternana vs. Virtus Verona - 9 February 2019 - Soccerway". Soccerway. 12 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2019.
  6. "Italy - T. Pobega - Profile with news, career statistics and history - Soccerway". Soccerway. 6 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 May 2019.
  7. "COMUNICATO UFFICIALE: TOMMASO POBEGA". AC Milan. 15 July 2019. 11 November 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 July 2020.
  8. www.pordenonecalcio.com. "Il centrocampista scuola Milan Pobega veste il neroverde". pordenonecalcio.com (italyan). Pordenone Calcio. 18 dekabr 2022. 24 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2019.
  9. "Pordenone vs. FeralpiSalò - 11 August 2019 - Soccerway". Soccerway. 15 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 August 2019.
  10. "Pordenone vs. Frosinone - 26 August 2019 - Soccerway". Soccerway. 5 October 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2019.
  11. "COMUNICATO UFFICIALE: TOMMASO POBEGA". 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 August 2020.
  12. "COMUNICATO UFFICIALE: TOMMASO POBEGA". 2021-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  13. "Serie A, Spezia-Sassuolo 1-4: poker firmato Djuricic, Berardi, Defrel e Caputo" (Italian). mediaset.it. 27 September 2020. 22 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
  14. "Pobega: 'Spezia played a good game'". Football Italia. 2 November 2020. 28 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
  15. Torino FK. "Pobega al Toro". torinofc.it (italyan). 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2022.
  16. "Official Statement: Tommaso Pobega". acmilan.com. Associazione Calcio Milan. 27 August 2021. 27 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2021.
  17. Gazzetta dello sport. "Torino, che poker! Sanabria, Bremer, Pobega e Lukic infilzano la Salernitana". https://www.gazzetta.it/ (italyan). 2022-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 dekabr 2022.
  18. "Tommaso Pobega, new contract extension with AC Milan: the official statement". AC Milan (ingilis). 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-05.
  19. "Pobega 'wanted' to be decisive". Football Italia. 12 November 2020. 30 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 December 2022.
  20. "È Pobega la novità di Mancini. Tornano Tonali, Belotti e Immobile" (italyan). La Gazzetta dello Sport. 5 November 2021. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.