Malta arxipelaqı — Vikipediya

Malta arxipelaqı
Ümumi məlumatlar
Ümumi sahəsi 316 km²
Hündür nöqtəsi 253 m
Əhalisi 404.962 nəfər (2005-ci il)
Yerləşməsi
35°55′00″ şm. e. 14°26′00″ ş. u.
Ölkə  Malta
Akvatoriya
Malta arxipelaqı xəritədə
Malta arxipelaqı
Malta arxipelaqı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malta arxipelaqı — Aralıq dənizinin mərkəzində yerləşən elə də böyük olmayan arxipelaq. Siciliya adasından 93 km cənubda, Tunisdən isə 288 km aralıda yerləşir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Malta arxipelaqının ümumi sahəsi 316 km²-dir. adalar içməli su baxımından klasıbdır. Adalar Malta dövlətinə məxsusdur. Malta heç bir ölkə ilə quru sərhədinə malik deyildir. Şimaldan Siçiliya adasından Malta boğazı iilə ayrılır. Arxipelaqa 3 yaşayışı olan ada daxildir: Malta, QozoKomino. Digər adalar isə əsasən iri qaya parçaları olduğundan onlarda yaşauış yioxdur.

Adalar son buz dövründə Afrika ilə Avrasiya materikləri arasında quru yol üzərində olmuşdur[1]. Arxipelaq Malta platosu üzərində yerləşir. Arxipelaqın yerləşdiyoi rayondan Avrasiya və Afrika litosfer tavalarının sərhəddi keçir[2][3].

Geoloji baxımından adalar əhəng daşından təşkil olunmuşdur. Ən hündür nöqtəsi Ta-Dmeyrek (253 m) dağıdır. irvə Malta dasının cənub-qərbində yerləşir[4]. Gil və qumlaq sahələrə malikdir. relyefi əsasən düzəndir. Adalar küləyin təsiririnə məruz qalırlar[5].

İqlimi subtropidir. Temperatur qışda +12 — +13 °С , yayda isə +25 — +26 °C arasında dəyişir. İl ərzində 553.3 mm yağıntı düşür. Yağıntılar sentyabr-mart ayları arası düşür[6].

Qozo və Malta adaları ərazisinin böyük hissəsini yaşayış məntəqələri tutur. Digər adalar isə qorunur. Burada kifayət qədər endemik növlərə rast gəlinir.

Adalar[redaktə | mənbəni redaktə et]

Ada ing. mt. Əhali
nəf. (2005)
sahəsi
km²
Sıxlıq
nəf./km²
Malta Malta Island Malta 373 955 246 1520,14
Qozo Gozo Għawdex 31 003 67 462,73
Komino Comino Kemmuna 4 3,5 1,14
Kominotto Cominotto Kemmunett 0,25
Delimara Delimara Island Sikka ta' Delimara 0,31
Filfla Filfla Filfla 0,06
Sent-Pols adası St Paul’s Island Il-Gżejjer ta' San Pawl 0,1
Manoel Manoel Island Il-Gżira Manwel
Göbələk qayası Fungus Rock Il-Ġebla tal-Ġeneral 0,006
Filfoletta Filfoletta Filfoletta

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Island Landscape Dynamics: Examples from the Mediterranean". 4 May 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 December 2011.
  2. Commission for the Geological Map of the World. "Geodynamic Map of the Mediterranean". 17 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 November 2008.
  3. "Geothermal Engineering Research Office Malta". Archived from the original on 4 April 2016.
  4. "Dingli Cliffs, Malta" (ingilis). peakbagger.com. 2022-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11.
  5. "Malta". 2022-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.
  6. "Weather Information for Luqa, Malta". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-25.