Malta adası — Vikipediya

Malta adası
malta Malta
Ümumi məlumatlar
Sahəsi 246 km²
Uzunluğu
  • 27 km
Sahil uzunluğu 197 km
Hündür nöqtəsi 253 m
Əhalisi 373.955 nəfər (2013-cü il)
Yerləşməsi
35°53′ şm. e. 14°27′ ş. u.
Ölkə  Malta
Akvatoriya
Malta adası xəritədə
Malta adası
Malta adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Malta (malta Malta, lat. Melita) — Malta arxipelaqına daxil olan ən böyük ada. Aralıq dənizinin mərkəzində, Liviyanın şimalı və İtaliyanın cənubu arasında eyni məsafədə yerləşir. Sahəsi — 246 км².

Adı[redaktə | mənbəni redaktə et]

İlk dəfə finikyalılar tərəfindən b.e.ə 13-cü əsrdə Melita formasında anılır. Hind-avropa dillərində *mala, *melu «dağ, təpə», Finikiya dilində isə malat «buxta», «sığınacaq» anlamını verir.

Coğrafiya və iqlim[redaktə | mənbəni redaktə et]

Malta adası

Ada lanşaftı üçün hamar təpələr və terrasvari düzənliklər hakimdir. Səthinin böyük qismi əhəng daşından ibarətdir. Şimal sahilləri hamar, cənubu isə sıldırımlıdır. Aralıqdənizi iqlim tipinə xasdır[1]. Fevralda orta temperatur 12 °C, avqusta 25 °C, illik yağıntının miqdarı 530 mm-dir. Adada şirin su qıtlığı vardır. Suya olan tələbat əsasən Siciliya adasından gətirilməklə və ya dəniz suyu şirinləşdirilməklə ödənilir. Adada İtaliya şamı, kserofit kollar, kaktuskimilər yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Central Intelligence Agency (CIA). "Malta". The World Factbook. 16 October 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 August 2014.