Maks Abraham — Vikipediya

Maks Abraham
Doğum tarixi 26 mart 1875(1875-03-26)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 16 noyabr 1922(1922-11-16)[1][2][…] (47 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin xərçəngi[d]
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Elmi rəhbəri Maks Plank
Üzvlüyü
  • Almaniya Fizika Cəmiyyəti[d] (18971921)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Maks Abraham (alm. Max Abraham‎; 26 mart 1875[1][2][…], Qdansk, Prussiya[3]16 noyabr 1922[1][2][…], Münxen[3]) — yəhudi əsilli Almaniya nəzəri fiziki.

1897-ci ildə Berlin Universitetini bitirmiş və burada Maks Plankın köməkçisi kimi çalışmışdır. Riyazi fizika, elektrodinamika, elektron nəzəriyyə, cazibə nəzəriyyəsi sahəsində əsas əsərlər yazmışdır. 1902–1903-cü illərdə elektronun quruluşu haqqında ilk fərziyyəni irəli sürmüşdür. Elektron impuls anlayışını təqdim etmiş, elektronun elektromaqnit kütləsinin sürətdən asılılığının düsturunu vermişdir. O, 1912-ci ildə Nyutonun nəzəriyyəsini ümumiləşdirən, lakin Eynşteynin cazibə və ətalət qüvvələrinin ekvivalentliyi prinsipini nəzərə almayan cazibə qüvvəsi nəzəriyyəsini irəli sürmüşdür.[4]

Əlavə ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Храмов Ю. А. Абрагам, Макс // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 6. — 400 с. — 200 000 экз.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  2. 1 2 3 4 Bibliothèque nationale de France Max Abraham // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #116003979 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Энциклопедический словарь. 2009. АБРАГАМ Макс.