Mahal İsmayıloğlu — Vikipediya

Mahal İsmayıloğlu
"Xalq qəzeti"nin baş redaktoru
Oktyabr 1995 – Aprel 2002
ƏvvəlkiTofiq Rüstəmov
SonrakıHəsən Həsənov
Şəxsi məlumatlar
Doğum tarixi 22 yanvar 1957(1957-01-22)
Doğum yeri
Vəfat tarixi 28 avqust 2015(2015-08-28) (58 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
Fəaliyyəti jurnalist

Mahal İsmayıloğlu (tam adı: Mahal İsmayıl oğlu Sadıqov); 22 yanvar 1957, Evli, Kalinino rayonu28 avqust 2015, Bakı) — Azərbaycanlı tanınmış jurnalist.

Həyatı[redaktə | mənbəni redaktə et]

Mahal İsmayıloğlu 1957-ci ilin yanvar ayının 22-də Ermənistanın Kalinino rayonunun Evli kəndində anadan olub. Evli kəndində kənd səkkizillik məktəbini və 1974-cü ildə Gürcüstanın Dmanisi rayonundakı Muğanlı kənd orta məktəbini bitirmişdir.[1] 1975–1977-ci illərdə hərbi Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. Orduda xidmət edəndə Sakit Okean donanmasının "Boyevaya vaxta" qəzetində işə dəvət olunub. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil almışdır.

Safura xanım ilə evlənmişdir. Aysel, Ayan adlı iki qızı və Tural adlı bir oğlu var.[2]

Xəstəliyi ilə bağlı uzunmüddətli müalicələr almışdır. O, ən son 2014-cü ilin aprel ayında Türkiyənin Qaziantep Universiteti Tibb fakültəsində müalicə almışdır.[3] 2015-ci ilin avqust ayının 28-də müalicə aldığı xəstəxanada böyrəkləri funksiyasını itirib və saat 13:20-də vəfat etmişdir.[4][5] Ramana qəbristanlığında dəfn edilib.

Fəalliyəti[redaktə | mənbəni redaktə et]

Mahal İsmayıloğlu 1982–1984-cü illərdə İrəvanda nəşr olunan "Sovet Ermənistanı" qəzetində, baş müxbir vəzifəsində çalışıb. 1984–1987-ci illərdə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında redaktor işləyib. 1987–1990-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun çoxtirajlı qəzetinin redaktoru olub. 1990-cı ilin avqustundan "Aydınlıq" qəzetində çalışıb. Bu qəzetin yaradıcılarından biri olub. 1995-ci ilin oktyabrından 2002-ci ilin aprel ayınadək "Xalq qəzeti"nin baş redaktoru işləyib.[1]

"Yeni Musavat" qəzetinin köşə yazarı olub. Ara-sıra "Azadlıq" qəzetində də məqalələri dərc olunub.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Mahal İsmayıloğlu Həsən bəy Zərdabi mükafatı"Qızıl qələm" mükafatı ilə təltif olunmuşdur.[1]

Həbsi[redaktə | mənbəni redaktə et]

2008-ci ildən mətbuatda gedən yazılarına görə hakimiyyətin təqiblərinə məruz qalır. Qondarma ittihamlarla 2009-cu ilin iyulunda 2 illik şərti cəza kəsilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Садыгов Маһал Исмајыл оғлу // Азәрбајҹанда ким кимдир? (Сорғу-мәлумат китабы). Тәртибчи-мүәллифләр: Тејмур Әһмәдов, Тарыјел Ҹаһанҝир. Бакы: "Азәрбајҹан Енсиклопедијасы" НПБ. 1999. С. 425–426. ISBN 5-89600-253-x.
  2. "Arxivlənmiş surət". 2022-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  3. "Arxivlənmiş surət". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.
  4. "Jurnalist Mahal İsmayıloğlu vəfat etdi". 2016-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-31.
  5. "Arxivlənmiş surət". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-30.