Həsən Həsənov (jurnalist) — Vikipediya

Həsən Həsənov
"Xalq qəzeti"nin baş redaktoru
Aprel 2002 – 21 sentyabr 2022
ƏvvəlkiMahal İsmayıloğlu
SonrakıƏflatun Amaşov
Şəxsi məlumatlar
Doğum tarixi 30 avqust 1954(1954-08-30) (69 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2014

Həsən Həsənov (azərb. Həsən Zal oğlu Həsənov‎; 30 avqust 1954, Ardanış, Krasnoselsk rayonu) — Azərbaycan jurnalisti, "Xalq qəzeti"nin baş redaktoru (2002–2022), "Azərbaycan Respublikasının əməkdar jurnalisti" (2005), "Vətənə xidmətə görə" ordeni laureatı (2014). Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının sədri (2017).

Həyatı[redaktə | mənbəni redaktə et]

Həsən Həsənov 1954-cü il avqustun 30-da Göyçə mahalının Ardanış kəndində[1] anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib[2].

1977-ci ildə Azərbaycan Sovet Ensiklopediyasının baş redaksiyasında elmi redaktor vəzifəsində əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə zabit kimi Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Ensiklopediyasında fəaliyyətini davam etdirmiş, "Uşaq Ensiklopediyası"nın və bir sıra ensiklopedik məlumat kitablarının hazırlanmasında iştirak etmişdir.

"Vətən səsi" qəzetində şöbə müdiri, "Amal" və "Yeni Azərbaycan" qəzetlərində baş redaktorun birinci müavini postlarını tutub[2].

"Respublika" qəzetində baş redaktor müavini, Azərbaycan Televiziyasının "Xəbərlər" baş redaksiyasının baş redaktoru, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində televiziya üzrə sədr müavini olub[2].

2002-ci ilin aprelindən[2]. 2022-ci ilin sentyabr ayına kimi"Xalq qəzeti"nin baş redaktoru çalışıb[3]

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsini hüquqşünas ixtisası ilə bitirmişdir.

Bir neçə kitabın tərtibçisi və redaktoru, müxtəlif filmlərin ssenari müəllifi və redaktorudur.

Həsən Həsənov 2017-ci il iyunun 5-də Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında Sərəncamına əsasən Şuranın üzvü təyin olunub. İyunun 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının yeni tərkibdə ilk iclasından sonra Şuranın sədri seçilmişdir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Həsən Həsənov respulika mətbuatının inkişafındakı xidmətlərinə görə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" adına layiq görülmüşdür.

2014-cü il sentyabrın 1-də Həsən Həsənov milli mətbuatın inkişafındakı səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Mahir Qabiloğlu. "Həsən müəllim, 60 yaşın mübarək!". "Bütöv Azərbaycan" (az.). butov.az. 29-08-2014, 21:07. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-11.
  2. 2,0 2,1 2,2 2,3 "Prezident baş redaktoru ordenlə təltif etdi". MEDİAFORUM (az.). mediaforum.az. 2014-09-01 - 18:40:00. İstifadə tarixi: 2014-09-10.[ölü keçid]
  3. ""Xalq qəzeti"nin baş redaktoru işdən çıxıb". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-21.
  4. "H.Z. Həsənovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı (az.). president.az. 01 sentyabr 2014, 18:10. 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.