Məmməd Cəfərov (aktyor) — Vikipediya

Məmməd Cəfərov
Digər adı Məmməd Cəfər
Doğum tarixi
Doğum yeri Şamaxı, Şamaxı qəzası, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1933-cü ildən
Təhsili Bakı Teatr Məktəbi
Amplua realizm
Teatr Gəncə Dövlət Dram Teatrı,
Sumqayıt Dövlət Dram Teatrı
Mükafatları
"Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
"Əməkdə fərqlənməyə görə" medalı — 1959

Məmməd Abbasqulu oğlu Cəfərov (1912, Şamaxı19 yanvar 1980, Kirovabad) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1964).

Həyatı[redaktə | mənbəni redaktə et]

Məmməd Cəfərov 1912-ci ildə Şamaxıda anadan olub. 1921–1927-ci illərdə Şamaxıdakı birinci dərəcəli məktəbdə təhsil alıb. Burada məktəbin dram dərnəyində çıxışlar edib. 1929–1932-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsilini davam etdirib. 1933–1940-cı illərdə Gəncə Dövlət Dram Teatrında aktyor, 1940–1941-ci illərdə Gəncə Dövlət Filarmoniyasında direktor işləyib.[1]

1942-ci ildə müharibəyə yollanan Məmməd Cəfərov 1943-cü ildə birinci qrup kimi ordudan tərxis olunaraq Gəncəyə qayıdıb. Burada o, aktyorluqla yanaşı, 3 ildən artıq teatrın direktoru işləyib. O, 1949–1951-ci illərdə Gəncə Şəhər Mədəniyyət və İstirahət Parkının direktoru, 1951–1952-ci illərdə Gəncə kinoprokat idarəsinin rəisi, 1952–1955-ci illərdə mədəniyyət şöbəsində inspektor və müdir, 1955–1956-cı illərdə isə şəhər ictimai təminat şöbəsində müdir vəzifələrində işləyib. 1956-cı ilin ikinci yarısından yenidən Gəncə Dövlət Dram Teatrının truppasında fəaliyyət göstərib. Aktyor arada qısa müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq etmişdir.[1]

Məmməd Cəfərov realist aktyor məktəbinin nümuyəndəsi olmuşdur. O, məzəli məsxərə elementlərindən, ifadəli satira ünsürlərindən istifadə etmişdir. Xarakterik tiplər yaradan aktyorun imzası bir sıra tamaşaların proqramlarında "Məmməd Cəfər" kimi yazılıb.[1]

Məmməd Cəfərov 19 yanvar 1980-ci ildə Kirovabad (hazırkı Gəncə) şəhərində vəfat edib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İfa etdiyi əsas rollar[redaktə | mənbəni redaktə et]

Tamaşa Müəllif Rol
Lənkəran xanının vəziri Mirzə Fətəli Axundov Ağa Bəşir
Şeyx Sənan Hüseyn Cavid Serqo
Səyavuş Hüseyn Cavid Kosa
Nəsrəddin şah Cəfər Cabbarlı Mirzə Saleh xan
Od gəlini Cəfər Cabbarlı Dönməz
Yaşar Cəfər Cabbarlı Əmirqulu
Almaz Cəfər Cabbarlı Aftil
Aydın Cəfər Cabbarlı Səlim
Solğun çiçəklər Cəfər Cabbarlı Əbdül
Sevil Cəfər Cabbarlı Babakişi
Ölülər Cəlil Məmmədquluzadə Şeyx Əhməd
Eşq və intiqam Süleyman Sani Axundov Piri baba
Vaqif Səməd Vurğun Əli bəy və Vidadi
Arşın mal alan Üzeyir Hacıbəyov Əsgər
Cancur Səməd Jan Batist Molyer Qazı
Otello Uilyam Şekspir Qratsiano
Kor padşah Nazim Hikmət Kor padşah
Kəllə Nazim Hikmət Sərsəri

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1,0 1,1 1,2 Rəhimli, 2017. səh. 281

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.