Məlik Arslan bəy Zülqədər — Vikipediya

Məlik Arslan bəy Zülqədər
Şəxsi məlumatlar
Vəfat tarixi 1466
Fəaliyyəti monarx
Atası Süleyman bəy Zülqədər
Dini islam

Məlik Arslan bəy Süleyman bəy oğlu Zülqədər — hökmdar, (1454-1466), XV yüzillik.

Həyatı[redaktə | mənbəni redaktə et]

Süleyman bəyin üçüncü oğlu Məlik Arslan bəy 1454-cü ildən 1466-cı ilədək bəyliyə başçılıq etmişdi. 1354-ci ildə atasının ölümündən sonra Məlik Arslan bəy Zülqədər taxtına sahib oldu. Onun zamanında Zülqədərlilər ilə Ağqoyunlular arasında savaşlar baş verdi. Zülqədərlilərin əlində olan Xarput (Elazığ) Uzun Həsən tərəfindən alındı və Zülqədərlilərin paytaxtı Əlbistan, Ağqoyunlular ordusu tərəfindən dağıdıldı. Məmlük Dövləti ilə arası açılan Məlik Arslan Bəy, məmlük sultanı Xoşqədəmin bir fədaisi tərəfindən Əlbistanda məsciddə ibadət edərken 1466-cı ildə öldürüldü.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Məlik Arslan bəyin Əmir Aslan bəy adlı oğlu vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]