Süleyman bəy Zülqədər — Vikipediya

Süleyman bəy Zülqədər
Şəxsi məlumatlar
Vəfat tarixi 1454
Atası Nasirəddin Məhəmməd bəy Zülqədər
Uşaqları

Süleyman bəy Zülqədər — hökmdar, XV yüzillik.

Həyatı[redaktə | mənbəni redaktə et]

Süleyman bəy 1443-cü ildən 1465-ci ilədək Zülqədər bəyliyinin başçısı olmuşdu. Nasirəddin Məhəmməd bəyin ölümündən sonra Zülqədəroğulları bəyliyinin başına Süleyman bəy keçdi. Onun zamanında Zülqədər-Osmanlı ilişkiləri geniş inkişaf etmişdi. Süleyman bəy qızı Satı Mükrimə xatunu II Muradın oğlu II Məhəmmədə (Fatehə), diğər qızını da məmlük sultanı Zahir Çaxmağa verdi. İki böyük dövlətlə qohumluq edərək bəyliyini Qaramanoğulları və Ağqoyunlulara qarşı müdafiə üçün dəstək aldı. Əlaüddövlə Bozqurd bəyin atası olan Süleyman bəy, Maraşdaki Ulu Məscidi tikdirmişdi.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Süleyman bəyin Şahbudaq bəy, Şahsuvar bəy, Məlik Arslan bəy, Bozqurd bəy, İsa bəy, Salman bəy, Xudadad bəy, Yəhya bəy, Yunis bəy, Ərdivanə bəy, Əbdürrəzzaq bəy adlı oğulları, Satı xatun adlı qızı vardı.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]