Məkkə döyüşü (1916) — Vikipediya

Məkkə döyüşü
Birinci dünya müharibəsi
Ərəb üsyanı
Məkkə 1910-cu ildə
Tarix 10 iyul4 iyul, 1916
Yeri Məkkə, Hicaz vilayəti
Nəticəsi Ərəb qələbəsi. Hicaz krallığı qurulur.
Münaqişə tərəfləri

Osmanlı İmperiyası

Hicaz krallığı

Komandan(lar)

Fəxrəddin paşa

Feysəl ibn Hüseyn
Abdullah ibn Əl-Hüseyn
Şərif Hüseyn

Tərəflərin qüvvəsi

1.000 [1]

~5,000-10,000

Məkkə döyüşü (ərəb. معركة مكة المكرمة‎, türk. Mekke Savaşı) — 1916-cı ildə Haşimilər sülaləsinin qurucusu olan, Məkkə şərifi Şərif Hüseynin rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Hicaz-Ərəb üsyançı qüvvələri arasında olmuş döyüş. Məkkə döyüşü Birinci Dünya Müharibəsinin bir hissəsi olan Ərəb üsyanının bir hissəsidir.

Arxa plan[redaktə | mənbəni redaktə et]

border=none Əsas məqalələr: Ərəb üsyanıƏrəb milliyətçiliyi

Məkkə şərifi Şərif Hüseyn, Ədəndən Hələbə qədər uzanan vahid bir ərəb dövləti qurmağı planlaşdırırdı. Bu məqsədlə o, Britaniyalılardan kömək istədi.

Döyüş[redaktə | mənbəni redaktə et]

1916-cı ilin iyun ayının əvvəlində Osmanlı ordusunun əksər hissəsi Hicazın valisi Qalib Paşa ilə Ərəbistanın bir təpə stansiyası olan Taif şəhərinə getmişdi. Məkkəni müdafiə etmək üçün yalnız 1,000 əsgər qalmışdı. İyunun 10-da Məkkə şərifi Hüseyn ibn Əli, Ərəb üsyanının başladığı bildirmək üçün Haşimilər sarayının pəncərəsindən havaya atəş açdığı zaman, əsgərlərin əksəriyyəti vadidə baraklarda yatmışdı. Bu eşidən 5,000 ərəb, türk qoşunlarına atəş açmağa başladı. Türk qüvvələri qarşı edilən hücum ani bir hadisə idi və onların vəzifəli məmuru bir üsyanın başladığını bilmirdi. ŞərifliyinOsmanlının bayraqlarının eyni rəngdə olduğuna görə, türk komandiri fərqi anlaya bilməmişdi. Komandir tez Şərif Hüseynə zəng edərək vəziyyəti soruşdu, səbəbini izah etdi və təslim olmağı əmr etdi. O, imtina etdi. Döyüş başladı və davam etdi. Növbəti gün Binu Haşimin qüvvələri Məscidül-Həramla bitişik olan Safa küncündə yerləşən Baş-Karakolu (azərb. Əsas Polis Bölməsi‎) ələ keçirdilər. Üçüncü gün, Osmanlı Hökumət Ofisi olan Həmidiyyə binasını və vali müavinini ələ keçirildi. Dustaq olan vali müavini qalan türk əsgərlərini təslim olmalarını əmr etdi. Əsgərlər imtina etdi.

Çıxılmaz vəziyyət inkişaf etmişdir. Ser Recinald Vinqeyt döyüş yerinə Sudandan Ciddə vasitəsilə təlim keçmiş Misir topçuları ilə iki ədəd top göndərdi. Ərəblər toplardan istifadə edərək qala divarlarını ciddi xəsar yetirib, içəriyə daxil oldular. Şərif ordusu türk əsgərlərinə hücum etdi və müdafiəçilərin taleyi möhürləndi. 4 İyul 1916 tarixində Məkkədə olan son türk müqaviməti uzun vaxtdan sonra məğlub edildi.

Nəticə[redaktə | mənbəni redaktə et]

Bu döyüş Osmanlı İmperiyasının Ərəbistandakı hakimiyyətinin sona çatmasının və paytaxtı Məkkə olan Haşimilər hakimiyyətinin başlanğıcı idi. Üsyan tədricən şimala doğru genişləndi. Bu döyüş Yaxın Şərqdə dərin yara izlər qoydu. Ərəb dövlətləri müstəmləkəçi Avropa dövlətləri təsiri altına girdi. Osmanlı xəlifəliyi süqut etdi və Fələstin Britaniya hökmranlığı altında girdi. Bu da, İsrail dövlətinin sonuncu varlığına gətirib çıxardı. Məkkə Şərifi rəqib İbn Səud tərəfindən məğlub edildi və Yəməndən Suriyaya qədər uzanan bir ərəb dövləti fikri reallaşmadı.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Spenser S Taker, Ərəb Üsyanı (1916-1918) Arxivləşdirilib 2022-04-07 at the Wayback MachineDünya Müharibəsi Ensiklopediyası, ABC-CLIO, 2005, ISBN 1-85109-420-2, səhifə 117.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]