Britaniya imperiyası — Vikipediya

İmperiya
Britaniya imperiyası
British Empire
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı himni
1919-cu ildə Britaniya imperiyası
1919-cu ildə Britaniya imperiyası
 
 
 
 
 
 
 
1583 — 1997

Paytaxt London
Dilləri ingilis dili
Rəsmi dilləri İngilis
Valyuta funt sterlinq
Ərazisi 37 200 000 km²
Əhalisi 462 600 000
İdarəetmə forması Konstitusiyalı monarxiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Britaniya imperiyasıBirləşmiş Krallıq və onun sələf dövlətləri tərəfindən idarə olunan dominion, koloniya, protektorat, mandat və digər asılı ərazilərdən təşkil olunan tarixi dövlət. Onun tarixi XVI əsrin sonu və XVIII əsrin əvvəlləri aralığında İngiltərə tərəfindən qurulan dəniz əraziləriticarət postları ilə başladı. Ərazisinə görə dünya tarixinin ən böyük imperiyası idi və yüz ildən artıq müddətdə dünyanın ən böyük qlobal gücü olmuşdu.[1] 1913-cü ilə qədər Britaniya imperiyasının hakimiyyəti altında olan ərazilərdə 412 milyon insan yaşayırdı — bu o dövrdə yer üzərində yaşayan ümumi əhalinin 23.004%-i demək idi.[2] İmperiya 1925-ci il etibarilə 35,000,000 km2 (13,500,000 kv. mil) sahəsi ilə[3] dünya ümumi quru sahəsinin 24%-ə hökmdarlıq edirdi. Nəticədə, onun konstitusiyon, hüquqi, linqvistikmədəni irsi geniş şəkildə yayılmışdır. Gücünün ən pik olduğu dövrdə ərazilərindən ən az biri üzərində günəşin olduğu mənasına gələn "üzərində heç vaxt günəş batmayan imperiya" olaraq adlandırılırdı.[4]

XV və XVI əsrlərin Coğrafi kəşflər dövründə Portuqaliyaİspaniya yer kürəsinin Avropa tərəfindən tədqiq edilməsində qabaqcıl rol oynamış və bu proses ərzində geniş dəniz ərazilərinə sahib imperiyalara çevrilmişdilər. Bu imperiyaların əldə etdiyi böyük sərvətə paxıllıq edən[5] İngiltərə, FransaNiderland AmerikaAsiya qitəsində öz ticarət şəbəkələri və koloniyalarını yaratmağa başladılar. XVII və XVIII əsrlərdə Niderland və Fransa arasındakı ardıcıl müharibələr İngiltərənin (1707-ci il Şotlandiya ilə birləşmə aktından sonra Britaniyaya çevrilmişdi) Şimali Amerikadakı müstəmləkəçilik siyasətində əsas gücə çevirmişdi. Britaniya 1757-ci ildəki Plessi döyüşündə Ost-Hind şirkətinin Moğol Benqalını işğal etməsindən sonra Hindistan yarımadasında da üstünlüyü ələ keçirdi.

ABŞ İstiqlal müharibəsi Britaniyanın 1783-cü ilə qədər Şimali Amerikadakı ən qədim və ən çox məskunlaşılan müstəmləkələrinin bir hissəsini itirməsiylə nəticələndi. Britaniyalılar diqqətlərini Asiya, AfrikaSakit okeana yönəltmişdilər. Fransanın Napoleon müharibələrində (1803–1815) məğlub olmasından sonra Britaniya XIX əsrin dəniz və imperiya gücünü ələ keçirdi və imperiya ərazilərini genişləndirdi. Nisbi sülh dövründə (1815–1914 – bu dövr daha sonralar "Britaniya Sülhü" mənasına gələn lat. Pax Britannica adlandırılmışdı) qlobal hegemona çevrildi. Britaniya keçmişdə idarə etdiyi ərazilərə yenidən nəzarəti ələ keçirmiş, o cümlədən Asiya və Latın Amerikası kimi bir çox bölgənin iqtisadiyyatına nəzarət edərək dünya ticarətində böyük üstünlüyə sahib olmuşdu.[6][7] Muxtariyyəti olan ərazilərin yüksəlmiş dərəcələri ağ məskunlaşan koloniyalara hədiyyə edilmiş, bəziləri isə dominion kimi yenidən sinifləşdirilmişdi.

XX əsrin əvvəllərində artıq AlmaniyaABŞ Britaniyanın iqtisadi liderliyinə meydan oxumağa başlayırdı. Britaniya və Almaniya arasındakı hərbi və iqtisadi təzyiqlər Birinci Dünya müharibəsinin əsas səbəbləri idi. Bu müharibədə Britaniya öz imperiyasına çox güvənirdi. Münaqişə onun hərbi, maliyyə və insan resursları üzərində böyük dağıntı yaratmışdı. İmperiya ən geniş sərhədlərinə Birinci Dünya müharibəsindən dərhal sonra çatsa da, Britaniya artıq hərb və ya sənaye cəhətdən dünyanın qabaqcıl ölkəsi deyildi. İkinci Dünya müharibəsində Britaniyanın ŞərqCənub-Şərqi Asiyadakı koloniyaları Yaponiya tərəfindən işğal edildi. Müharibə Britaniya və onun müttəfiqlərinin ümumi qələbəsi ilə nəticələnsə də, Britaniyanın prestijinə dəyən zərər onun çöküşünü sürətləndirən faktorlardan biri oldu. İmperiyanın ən dəyərli və ən çox insanın yaşadığı mülkü olan Hindistan geniş dekolonizasiya hərəkatı nəticəsində müstəqillik qazanmışdı. Britaniya bu hərəkatların artmasından sonra bir çox ərazisinə müstəqillik vermişdi. Süveyş böhranı Britaniyanın qlobal gücünün zəiflədiyini təsdiqlədi, 1997-ci ildə Honkonqun Çinə verilməsi isə artıq Britaniya imperiyasının sonu mənasına gəlirdi.[8][9] 14 dəniz ərazisi Britaniya suverenliyi altında qalmaqdadır. Müstəqillikdən sonra bir çox keçmiş Britaniya koloniyası müstəqil dövlətlərin azad birliyi olan Millətlər Birliyinə qoşuldu. Bunlardan 16-ı, Birləşmiş Krallıq da daxil olmaqla ümumi monarx (hal-hazırda da III Çarlz) tərəfindən idarə olunur.

Mənşəyi (1497–1583)

[redaktə | mənbəni redaktə et]
Con Kabotun Yeni dünyaya ikinci səyahətində istifadə etdiyi gəmisi Matthew-un yenidən hazırlanmış versiyası

Britaniya imperiyasının kökləri İngiltərəŞotlandiya iki ayrı krallıq olduğu dövrə uzanır. 1496-cı ildə VII Henri İspaniyaPortuqaliyanın dəniz ərazilərinin tədqiqatındakı uğurlarından sonra Con Kabota Şimali Atlantika vasitəsilə Asiyaya su marşrutunu kəşf etməli olan səyahətə başçılıq etməyi tapşırdı.[10] Kabot Avropanın Amerikanı kəşf etməsindən 5 il sonra, 1497-ci ildə səyahət etdi, ancaq Nyufaundlendin sahilinə lövbər saldı və səhvən Kolumb kimi Asiyaya çatdığına inandı.[11] Onun koloniya qurmaq cəhdi yox idi. Kabot növbəti il Amerika qitəsinə yenidən səyahət etsə də, o və onun gəmilərinin aqibəti heç vaxt bilinmədi.[12] 

XVI əsrin son onilliklərində, I Elizabetin hakimiyyət illərinə qədər Amerikada ingilis koloniyası qurmaq üçün başqa cəhd edilmədi.[13] Eyni vaxtda, 1533-cü il Müraciətlərin Məhdudlaşdırılmasına Dair Qanun "İngilərə krallıq ərazisinin imperiya olduğunu" elan etdi.[14] Protestant reformasiyası İngiltərə və katolik İspaniyanı iki rəqib imperiyaya çevirmişdi.[10] 1562-ci ildə Britaniya taxtı dəniz quldurları Con HokinsFrensis Dreyki Qərbi Afrika sahilllərindəki, İspaniya və Portuqaliyaya aid qul gəmilərinə hücum etməyə təşviq etdi.[15] Məqsəd Atlantika qul ticarətini bölmək idi. Bu səylər nəticəsiz qaldı və daha sonra, ingilis-ispan müharibəsi intensivləşdikcə, Elizabet Amerikadakı İspan limanları və Yeni dünyanın sərvətləri ilə qayıdan gəmilərinə hücum etmək üçün yürüşlərə öz xeyir-duasını verdi.[16] Eyni vaxtda, Riçard HakluytCon Di (Di "Britaniya imperiyası" terminini ilk istifadə edən şəxs idi)[17] kimi yazarlar İngiltərənin öz imperiyasını yaratdığını yazırdılar. Bu vaxt qədər İspaniya Amerika qitəsində üstün gücə çevrilmiş, Sakit okeanı tədqiq etməyə başlamışdı. Portuqaliya Afrika və Braziliya sahillərindən Çinə qədər ticarət postları və qalaları qurmuşdu. Fransa Müqəddəs Lavrentiya çayı ərazisində ilk məskunlaşma ərazilərini yaratmışdı (Bu ərazilər daha sonra Yeni Fransaya çevrilmişdi).[18]

İngiltərə Portuqaliya, İspaniya və Fransanın arxasınca dəniz ərazilərində koloniyalar qurmaq istəsə də, o ilk dəniz koloniyasını XVI əsrdə İrlandiyada qura bilmişdi. Bura İngiltərədən gətirilən protestantlar 1169-cu ildə İrlandiyanın Norman işğalına qədərki dövrün presedentlərindən faydalanırdılar.[19][20] İrlandiyada koloniya qurmağa kömək edən bir neçə insan, xüsusilə də Qərb Ölkəsi Adamları daha sonra Şimali Amerikanın erkən koloniyalaşdırılmasında aktiv rol oynamışdı.[21]

İngiltərənin dəniz mülkləri (1583–1707)

[redaktə | mənbəni redaktə et]

I Elizabet Hamfri Gilbertin dəniz ərazilərinin tədqiqatı və kəşflər üçün səyahətə çıxmağına razılıq verdi.[22][23] Həmin il Gilbert dəniz quldurluğu və Şimali Amerikada koloniya qurmaq üçün Karib hövzəsinə doğru ekspedisiyaya başlasa da, bu missiya Atlantik okeanı keçmədən dayandırıldı.[24][25] O, 1583-cü ildə ikinci dəfə cəhd etdi. Bu dəfə o, rəsmi şəkildə Nyufaundlend adasına qarşı iddia qaldırdı, ancaq burada heç bir yeni məskunlaşan qalmamışdı. Gilbert İngiltərəyə geri qayıdarkən, səyahət zamanı öldü. Onun yerinə Gilbertin qardaşı Volter Reli keçdi. Reliyə 1584-cü ildə Elizabet tərəfindən maliyyə dəstəyi verilmişdi. Sonrakı il Reli bugünkü Şimali Karolina sahillərində Roanoke Koloniyasını yaratsa da, tədarük çatışmazlığı koloniyanın uğursuz olmasına səbəb oldu.[26]

1603-cü ildə Şotlandlar kralı VI Ceyms İngiltərə taxtına çıxdı (I Ceyms kimi) və 1604-cü ildə İspaniya ilə münaqişəni dayandıran London müqaviləsiüçün danışıqlar apardı. Artıq əsas rəqibi ilə sülh bağlayan İngiltərənin diqqəti digər dövlətlərin kolonial infrastrukturuna yiyələnmək yerinə, öz dəniz ərazilərini qurmaq məsələsinə yönəldi.[27] Britaniya imperiyası XVII əsrin əvvəllərində Şimali Amerika və daha kiçik Karib adalarında ingilis yaşayış yerləri və ən məşhuru Ost-Hind şirkəti olan, səhmdar cəmiyyətləri qurmaqla formalaşmağa başladı. Belə şirkətlər koloniyaların və dəniz ərazilərindəki ticarətin administrasiyasını aparmaq üçün təsis edilmişdi. XVIII əsrin sonuna doğru ABŞ İstiqlal müharibəsindən sonra on üç koloniyanın itirildiyi dövrə qədərki period bəzi tarixçilər tərəfindən "Birinci Britaniya imperiyası" olaraq adlandırılır.[28]

Afrika, Amerika və qul ticarəti

[redaktə | mənbəni redaktə et]

Karib hövzəsi ilk başda İngiltərənin ən vacib və ən mənfəətli koloniyası olsa da,[29] bundan əvvəlki bir neçə cəhd uğursuzluqla nəticələnmişdi. Qayanada 1604-cü ildə qurulan koloniya cəmi iki il yaşadı və qızıl depozitləri tapmaq baxımından uğursuz oldu.[30] Sent-Lüsiya (1605) və Qrenadanin (1609) eyni aqibətlə üzləşməsinə baxmayaraq, Sent-Kits (1624), Barbados (1627) və Nevisdə (1628) yaşayış yerlərinin salınmasına müvəffəq olunmuşdu.[31] Koloniyalar tez bir zamanda şəkər plantasiya sistemini qəbul etdilər. Qul əməyindən asılı olan bu sistem Braziliyadakı portuqallar və qul satıb, şəkər alan holland gəmiləri tərəfindən müvəffəqiyyətlə istifadə edilirdi.[32] Bu ticarətin gedərək artan mənfəətinin ingilislərin əlində qalmasını təmin etmək üçün parlament 1651-ci ildə qərar qəbul etdi. Qərara görə, ingilis koloniyalarındakı ticarəti təmin etmə hüququ sadəcə ingilis gəmilərinə verilirdi. Bu, Vahid Hollandiya Vilayətləri ilə gərginliyə səbəb oldu və holland-ingilis müharibələrini başlatdı. Münaqişənin nəticəsi Amerika qitəsində İngiltərənin Amerika qitəsində mövqeyinin güclənməsi ilə nəticələndi.[33] İngiltərə 1655-ci ildə ispanların Yamayka adasını özünə birləşdirdi. 1666-cı ildə Baham adaları da ingilis koloniyasına çevrildi.[34]

İngiltərənin Amerikadakı ilk daimi yaşayış yeri 1607-ci ildə qurulan Ceymstaun idi. Kapitan Con Smit tərəfindən qurulan bu yerin idarəçiliyi Virciniya şirkətində idi. Bermuda adaları 1609-cu ildə Virciniya şirkətinin gəmilərinin qəzası nəticəsində ingilis mülkünə çevrildi və 1615-ci ildə yeni yaradılmış Somerz Adaları şirkətinin idarəçiliyinə verildi.[35] Virciniya koloniyası qurulduğu üçün Virciniya şirkətinin rəsmi sənədləri 1624-cü ildə ləğv edildi və koloniyaya birbaşa nəzarət Taxta həvalə edildi.[36] Nyufaundlenddə daimi yaşayış yeri yaratmaq məqsədilə 1610-cu ildə London və Bristol şirkəti yaradıldı, ancaq uğursuz oldu.[37] 1620-ci ildə Puritan dini seperatçılarına (sonralar Pilqrimlər olaraq tanınacaq) sığınacaq üçün Pilmoutun əsası qoyuldu.[38] Dini təqiblərdən qaçmaq bir çox ambisiyalı ingilis müstəmləkəçini çətin transatlantik səyahətinə çıxmağa motivasiya edəcəkdi: Merilenddə (1634) Roma Katolikləri, Rod-Aylenddə (1636) bütün dini baxışlar, Konnektikutda (1639) konqreqasionalistlər üçün sığınacaq yaratmaq məqsədilə koloniya quruldu. Karolina əyalətinin əsası 1663-cü ildə qoyuldu. 1664-cü ildə Fort Amsterdamın təslim olmasıyla İngiltərə Yeni Niderlandın holland koloniyası üzərində nəzarəti ələ keçirdi və buranın adını Nyu-York olaraq dəyişdirdi. Bu, ikinci ingilis-holland müharibəsindən sonra Surinamın hollandlara güzəştə gedilməsi qarşılığında rəsmiləşdirildi.[39] Pensilvaniya koloniyası 1681-ci ildə Vilyam Penn tərəfindən yaradıldı. Amerikadakı koloniyalar Karib hövzəsindəki koloniyalarla müqayisədə maliyyə cəhətdən daha az səmərəli olsa da, Amerikanın güclü aqrar potensialı olan geniş əraziləri buranın mülayim iqliminə üstünlük verən çox sayda ingilis emiqrantı cəlb etdi.[40] 

XVII əsr Virciniyasında işləyən afrikalı kölələr, şəklin müəllifi bilinmir, 1670

II Karl krallıq nizamnaməsi ilə Hudzon körfəzi şirkətini (ing. Hudson's Bay Company; (HBC)) qurdu və Rupert Torpağı adlanan ərazidəki xəz ticarəti inhisarçılığını şirkətə verdi. Bu ərazi sonralar Kanada dominionunun böyük hissəsini təşkil etmişdi. HBC tərəfindən qurulan ticarət postları və qalalar tez-tez fransızların hücumuna məruz qalırdı. Fransızlar Yeni Fransa yaxınlığında öz xəz ticarət koloniyasını yaratmışdılar.[41]

İki il sonra kral Çarlz tərəfindən Krallıq Afrika şirkətinə Karibdəki Britaniya koloniyalarına kölə tədarükü üzrə inhisarçılıq imtiyazı verildi.[42] Köləlik əvvəldən İmperiyanın Vest-Hinddəki əsasını təşkil edirdi. 1807-ci ildə kölə ticarəti ləğv olunana qədər Britaniya 3.5 milyon afrikalı kölənin Amerikaya daşınmasında məsuliyyət daşıyırdı. Bu kölələrin üçdə biri Atlantik okeanı vasitəsilə köçürülmüşdü.[43] Bu ticarəti asanlaşdırmaq üçün Qərbi Afrika sahillərində Ceyms adası, AkkraBans adası kimi qalalar qurulmuşdu. Britaniya Karibində 1650-ci ildə Afrika mənşəli əhalinin nisbəti 25% idisə, bu rəqəm 1780-ci ildə 80%-ə yüksəlmişdi. Eyni vaxt aralığında on üç koloniyada bu nisbət 10%-dən 40%-ə dəyişmişdi (əksəriyyəti cənubdakı koloniyalarda idi).[44] Qul tacirləri üçün bu ticarət həddən artıq mənfəətli idi və Bristol, QlazqoLiverpul kimi qərbi Britaniya şəhərlərinin əsas iqtisadi sütununa çevrilmişdi. Bu şəhərlər Afrika və Amerika ilə birlikdə ticarət üçbucağını formalaşdırırdılar. Qul gəmilərindəki köçürülmüş, sərt və gigiyenik olmayan vəziyyət və zəif qidalanma Orta keçid dövründə ölüm nisbətinin yeddidə bir olmasına səbəb oldu.[45]

Digər Avropa İmperiyaları ilə rəqabət

[redaktə | mənbəni redaktə et]
1639-cu ildə Mədrəsdə Müqəddəs Georgi qalasının əsası qoyulmuşdur.

İngiltərə və Niderland XVI əsrin sonunda səyahətlərini maliyyələşdirmək üçün səhmdar cəmiyyətləri formalaşdıraraq, Portuqaliyanın ticarət monopoliyasına meydan oxudular. Belə səyahətləri həyata keçirmək üçün 1600-cü ildə ingilis, daha sonra britaniyalı Ost-Hind şirkəti, 1602-ci ildə Niderland Ost-Hind Şirkəti yaradıldı. Bu şirkətlərin əsas məqsədi mənfəətli ədviyyat ticarətini ələ keçirmək idi. Bu ticarətə əsas fokuslanan iki regionda — Ost-Hind arxipelaqı və ticarət şəbəkəsinin önəmli limanı Hindistanda ingilis və hollandlar həm Portuqaliya ilə, həm də bir-biriləri ilə ticarət üstünlüyü uğrunda rəqabətdə idilər.[46] İngiltərə Niderlandın müstəmləkə gücünü qırsa da, Niderlandın daha inkişaf etmiş maliyyə sistemi[47] və XVII əsrdəki 3 holland-ingilis müharibəsi onun Asiyadakı mövqeyini daha da gücləndirmişdi. İki ölkə arasındakı gərginlik 1688-ci ilin Şanlı inqilabından sonra İngiltərə taxtına çıxan III Vilyam tərəfindən dayandırıldı. Razılığa görə, ədviyyat ticarəti Niderlandın, Hindistan tekstil sənayesi İngiltərənin imtiyazına verilirdi. Tezliklə, tekstil sənayesi gəlir baxımından ədviyyat ticarətini üstələmişdi.[47]

İngiltərə və Niderland arasında bağlanan 1688-ci il sülhü bu iki ölkənin Doqquz illik müharibəyə müttəfiq kimi girməsinə səbəb olsa da, Avropa və dəniz ərazilərində Fransa, İspaniya və holland-ingilis ittifaqı arasında baş verən münaqişə nəticəsində ingilislər hollandlardan daha böyük müstəmləkə gücünü mənimsəmişdilər. Onlar Avropadakı quru döyüşlərində öz hərbi büdcələrinin böyük hissəsindən istifadə etməli olmuşdular.[48]

İspaniyada II Karlosun 1700-cü ildə ölümündən sonra hakimiyyətə gələn, Fransa kralının nəvəsi V Filipin İspaniya müstəmləkə imperiyasını miras alması Fransa və İspaniyanın öz koloniyaları ilə birləşmə perspektivlərini artırdı. Bu, Avropanın digər gücləri və İngiltərə üçün qəbul edilməz vəziyyət idi.[49] 1701-ci ildə İngiltərə, Portuqaliya və Niderland 13 il çəkən İspaniya mirası uğrunda müharibədə İspaniya və Fransaya qarşı Müqəddəs Roma İmperiyasının tərəfində döyüşdü.[49]

Şotlandiyanın dəniz ərazilərini genişləndirmə cəhdi

[redaktə | mənbəni redaktə et]

Şotlandiya parlamenti 1695-ci ildə Panama bərzəxində 3 il sonra yaşayış yeri quran Şotlandiya şirkəti üçün qrant ayırdı. Yeni Qrandadakı ispan müstəmləkəçi qonşuları tərəfindən hücum edilən və malyariya xəstəliyi yayılan bu koloniya 2 il sonra tərk edildi. Daren layihəsi Şotlandiya üçün maliyyə fəlakəti idi: Şotland kapitalının dörddə biri itirilmişdi.[50] Bu hadisə şotlandların öz dəniz imperiyasını qurma ümidlərini puç etdi. Hətta, bu koloniya fəlakətinin siyasi nəticələri də var idi. Şotlandiya sadəcə taxtları birləşdirmək əvəzinə, iki ölkənin birləşdirən aktı qəbul etməyə məcbur olmuşdu.[51]

"Birinci" Britaniya imperiyası (1707–1783)

[redaktə | mənbəni redaktə et]

18-ci əsr yenicə birləşmiş Böyük Britaniyasının dünyanın müstəmləkə gücündə üstünlüyü ələ keçirməsinə və Fransanın imperial mərhələdə onun əsas rəqibinə çevrilməsinə şahidlik etdi.[52]

Böyük Britaniya, Portuqaliya, Niderland və Müqəddəs Roma Imperiyası 1714-cü ildə bitən İspaniya mirası uğrunda müharibəyə davam etdi və müharibənin sonunda Ultrext müqaviləsi imzalandı. V Filipp özü və varisləri Fransa taxtından əl çəkdi və İspaniya Avropadakı imperiyasını itirdi.[49] Britaniya imperiyası ərazi baxımından genişlədi: Britaniya Fransadan NyufaundlendAkadiyanı, İspaniyadan Cəbəli-TariqMinorkanı aldı. Cəbəli-Tariq mühüm dəniz qüvvələri bazası oldu və Britaniyaya Aralıq dənizinə Atlantik okeanından giriş və çıxışlara nəzarət etməyə imkan verdi. İspaniya, həmçinin əhəmiyyətli asyento (İspaniya Amerikasında afrikalı qulları satmaq icazəsi) hüququnu da Britaniyaya itirdi.[53] 1727–1729-cu il ingilis-ispan müharibəsindən sonra İspaniya kralı Yeni İspaniya limanlarındakı bütün Britaniya gəmilərini müsadirə etdi. 1731-ci ildə ispan patrul qayığı Britaniya gəmisi Rebekkanın göyərtəsinə daxil oldu və kapitan Xuliyo Leon Fandino kapitan Robert Cenkinsi qaçaqmalçılıqla ittiham edərək sol qulağını kəsdi. 1737-ci ilin avqustunda daha iki Britaniya gəmisi Havanadakı İspaniya sahil mühafizəsi tərəfindən saxlanıldı: gəmi heyətləri həbs edildi və əsir kimi saxlanıldı. İngilislərlə ispanlar arasındakı 1739-cu il Cenkinsin qulağı müharibəsi ilə birlikdə, ispan dəniz quldurları ticarət üçbucağı marşrutu boyunca Britaniya ticatərət gəmilərinə hücum etdilər. İspaniya kralı Britaniya gəmilərinə hücumları dayandırmağı razı olduqdan sonra, 1746-cı ildə ispan və britaniyalılar sülh danışıqlarına başladılar. Ancaq Madrid müqaviləsində Britaniya Cənubi və Mərkəzi Amerikadakı qul ticarət hüquqlarını itirdi.[54]

Robert Klayvın Plessi döyüşündəki qələbəsi Ost-Hind şirkətini sadəcə hərbi yox, həm də ticarət gücü kimi formalaşdırdı.

Ost-Hinddə Britaniya və Hollandiya tacirləri arasında ədviyyat və tekstil rəqabəti davam edirdi. 1720-ci ilə qədər tekstilin satış baxımından geniş ticarət imkanı yaratması britaniyalı şirkətlərin bazarda hollandlara zərbə vurmasına səbəb oldu.[47]

18-ci əsrin ortalarında Böyük Moğol İmperiyasının çöküşündən sonra Hindistan yarımqitəsində yaranan boşluğu doldurmaq uğrunda İngilis Ost-Hind şirkəti və onun fransız rəqibi arasında bir neçə hərbi münaqişə baş verdi. 1757-ci ildəki Plessi döyüşündə britaniyalılar Benqaliyanın Nəvvabını və onun fransız müttəfiqlərini məğlub etdi və Hindistanın əsas hərbi və siyasi gücü sayılan Benqaliyanın nəzarəti İngilis Ost-Hind şirkətinə keçdi.[55] Fransa öz anklavlarına nəzarət etsə də, hərbi məhdudiyyətlər və Britaniyanın asılı dövlətlərini dəstəkləmə məcburiyyəti Fransanın Hindistanı idarə etmək ümidlərini yox etdi.[56] Növbəti onilliklərdə Britaniya Ost-Hind şirkəti zamanla idarəsi altında olan əraziləri artırdı. Bu ya birbaşa idarəylə, ya da Prezidentlik ordularının güc təhdidi altında olan yerli hakimlər vasitəsilə təmin olunurdu. Prezidentlik ordularının əksəriyyəti Britaniya zabitləri tərəfindən öyrədilən hindu sipahilərdən təşkil olunmuşdu.[57] Britaniyalı və fransızlar arasındakı Hindistan mübarizəsi Fransa, Britaniya və digər Avropa dövlətlərinin daxil olduğu Yeddiillik müharibənin (1756–1763) hərbi teatrlarından sadəcə biri idi.[41]

1763-cü ildə imzalanan Paris müqaviləsinin Britaniyanın gələcəyi üçün vacib nəticələri var idi. Şimali Amerikada Fransanın müstəmləkəçi güc kimi gələcəyi Rupert Torpağını Britaniya ərazisi olaraq tanınması,[41] Yeni Fransanın Britaniyaya itirilməsi (burada yaşayan fransızdilli əhali Britaniya idarəçiliyinə tərk edildi) və Luiziananın İspaniyaya verilməsindən sonra yox oldu. İspaniya Floridanı Britaniyaya itirdi. Hindistanda Fransa üzərində qazanılan qələbə ilə birlikdə, Yeddiillik müharibədən sonra Britaniya dünyanın ən güclü dəniz gücünə çevrildi.[58]

On üç koloniyanın itirilməsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: ABŞ İstiqlal müharibəsi
Amerikadakı Britaniya koloniyaları, 1763–1776 (On üç koloniya)

1760–1770-ci illər ərzində Britaniya və on üç koloniya arasındakı münasibətlər get-gedə pisləşirdi. Bunun əsas səbəbi Britaniya parlamentinin Amerika koloniyalarına onların razılığı olmadan vergi tətbiq etmə cəhdləri idi.[59] O dövrdə belə narazıçılıq ingilislərə söz verilən hüquqların pozulması kimi başa düşülən "Təmsilsiz vergiyə yox" şüarında öz əksini tapmışdı. Amerika inqilabı parlament avtoriterinin rədd edilməsiylə başladı və özünü idarəetməyə yönəldi. Britaniya cavab olaraq birbaşa hakimiyyətini bərpa etmək üçün qoşun göndərdi, bu da 1775-ci ildə müharibənin başlamasına səbəb oldu. Növbəti il, 1776-da Birləşmiş Ştatlar müstəqilliyini elan etdi. Fransızispan qüvvələrin müharibəyə daxil olması hərbi balansı amerikanların xeyrinə dəyişdi və 1781-ci ildə Yorktaundakı həlledici məğlubiyyətdən sonra Britaniya sülh danışıqlarına başladı. Amerikanın müstəqilliyi 1783-cü il Paris sülhündə bəyan edildi.[60]

O dövrdə ən çox məskunlaşılmış Britaniya koloniyasının böyük bir hissəsinin itirilməsi bəzi tarixçilər tərəfindən "birinci" və "ikinci" imperiya arasındakı keçid dövrünün izahı kimi görülür.[61] Bu keçid dövründə Britaniyanın diqqəti Amerikadan Asiyaya, Sakit okeana və sonralar Afrikaya yönəlmişdi. Adam Smitin 1776-cı ildə nəşr olunan Xalqların sərvəti kitabında koloniyaların lazımsız olduğu və azad ticarətin köhnə merkantilist siyasəti əvəzləməli olduğu deyilir. Merkantilist siyasət kolonial genişləmənin birinci mərhələsinin xarakteristikasına uyğun idi, bu siyasətin təməlləri ispan və portuqal proteksionizmi ilə atılmışdı.[58][62] 1783-cü ildən sonra yeni müstəqil olmuş ABŞ və Briraniya arasında artan ticarət Smitin "iqtisadi uğur üçün siyasi nəzarətin vacib olmadığı" fikrini doğrulayırdı.[63][64]

Cənuba doğru olan müharibə Britaniyanın Kanadadakı siyasətinə təsir etdi. Müstəqillikdən sonra məğlub edilmiş 40000–100000 aralığında[65] loyalist yeni qurulan ABŞ-dən bura köçmüşdü.[66] Sent-ConSent-Krua çay vadilərinə (o vaxt Yeni Şotlandiya bir hissəsi idi) köçən 14000 loyalist Halifaksdakı əyalət idarəçiliyindən çox uzaq düşdüyünü hiss etdi, London da 1784-cü ildə Nyu-Bransuiki fərqli koloniya kimi ayırdı.[67] Fransız və britaniyalı icmalar arasındakı gərginliyi azaltmaq və Britaniyadakına oxşar hökumət sisteminin tətbiq edilməsi üçün 1791-ci il konstitusiya aktı qəbul edildi. Akta görə, Yuxarı Kanada (əsasən ingilisdillilərin yaşadığı) və Aşağı Kanada (əsasən fransızdillilərin yaşadığı) əyalətləri yaradıldı. Buradakı məqsəd imperiya avtoritetini gücləndirmək və Amerika inqilabına səbəb olmuş xalq idarəsinə əsaslanan hökumət sisteminə icazə verməmək idi.[68]

Britaniya və ABŞ arasındakı gərginlik Napoleon müharibələri dövründə artmağa başladı, çünki Britaniya Fransa ilə Amerika ticarətini dayandırmağa çalışmış və kişiləri Kral Dəniz Hərbi Donanmasına cəlb etmək üçün amerikan gəmilərinə lövbər saldırmışdı. ABŞ 1812-ci il müharibəsinə başladı və Kanada ərazisini işğal etdi. Britaniya cavab olaraq ABŞ-ni işğal etsə də, 1814-cü il Gent müqaviləsinə əsasən, müharibədən əvvəlki sərhədlər bərpa edildi və Kanadanın gələcəyinin ABŞ-ninkından ayrı olacağına qərar verildi.[69][70]

"İkinci" Britaniya imperiyasının yüksəlişi (1783–1815)

[redaktə | mənbəni redaktə et]

Sakit okeanın tədqiqatı

[redaktə | mənbəni redaktə et]
Ceyms Kukun missiyası iddia edilən cənub qitəsi Terra Australisi tapmaq idi.

1718-ci ildən bəri Amerikaya köçürülmə Britaniyada müxtəlif qanun pozuntuları üçün nəzərdə tutulan cəza idi: hər il, təxminən, min nəfər məhkum köçürülürdü.[71] 1783-cü ildə on üç koloniyanı itirdikdən sonra alternativ yer tapmağa məcbur olan Britaniya hökuməti Avstraliyaya yönəldi.[72] Avstraliya sahilləri avropalılar-hollandlar tərəfindən 1606-cı ildə kəşf edilsə də,[73] buranı müstəmləkəyə çevirmə cəhdi olmamışdı. 1770-ci ildə Ceyms Kuk elmi sayəhətdə olarkən Avstraliyanın şərq sahillərini tədqiq etdi və qitənin Britaniyaya aid olduğunu iddia edərək, buranın adını Yeni Cənubi Uels qoydu.[74] Kukun səyahət zamanı botaniki olan Cozef Benks Botanika körfəzində cəzaçəkmə müəssisəsinin qurulmasının mümkün olduğunu hökumətə təqdim etdi, məhkumlardan ibarət ilk gəmi 1787-ci ildə səyahətə başladı və növbəti il mənzilinə çatdı.[75] Ənənədən fərqli olaraq, Avstraliyaya ərazi iddiası bəyannamə vasitəsilə edildi. Yerli avstraliyalıların müqavilələr tələb etməyəcək qədər sivilizasiyadan uzaq olduqları düşünüldü[76][77] və müstəmləkələşdirmə xəstəlik və zorakılığı özü ilə birlikdə gətirdi.[78][79] Bura qəsdən torpaq və mədəniyyətdən məhrum edilmə də əlavə edildikdə, yerli xalq üçün həyat dözülməz hala gəlirdi. Britaniya 1840-cı ilə qədər Yeni Cənub Uelsə, 1853-cü ilə qədər Tasmaniyaya və 1868-ci ilə qədər Qərbi Avstraliyaya məhkumları göndərməyə davam etdi.[80] Avstraliya koloniyaları yun və qızıl ticarəti ixracatı baxımından mənfəətli idi,[81] əsasən, Viktoriyadakı qızıl hərisliyi səbəbindən paytaxt Melburn o dövrdə dünyanın ən varlı şəhəri və Londondan sonra Britaniya imperiyasının ikinci ən böyük şəhəri idi.[82]

Kuk səyahəti ərzində holland səyyah Abel Tasmanın 1642-ci il səyahətinə görə artıq avropalılara məlum olan Yeni Zelandiyaya da sayəhət etmiş və Şimal (1769) və Cənub adasını (1770) Britaniya taxtının ərazisi kimi iddia etmişdi. İlk başda yerli Maori xalqı ilə Avropalılar arasındakı münasibət sadəcə mal ticarətindən ibarət idi. Avropalı yaşayış yerləri 19-cu əsrin ilk onilliklərində başda Şimal olmaqla, çox sayda ticarət mərkəzinin qurulmasıyla artmışdı. 1839-cu ildə Yeni Zelandiya şirkəti Yeni Zelandiyada çox sayda torpaq sahəsinin alınacağını və koloniyalar qurulacağını elan etdi. 6 fevral 1840-cı ildə kapitan Vilyam Hobson və təxminən 40 Maori qəbilə başçısı Vaytanq müqaviləsini imzaladı.[83] Bu müqavilə Yeni Zelandiyanın quruluş sənədi olaraq qəbul edilsə də,[84] müqavilə mətnlərinin ingilis və maori dilindəki tərcümələrinin fərqli olması[85] məsələ ilə bağlı müzakirələri bu gün də davam etdirir.[86]

Napoleon Fransası ilə müharibə

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Napoleon müharibələri
Vaterlo döyüşü Napoleonun məğlubiyyəti ilə nəticələndi və Pax Britannica dövrü başladı.

Britaniyaya Napoleon rəhbərliyindəki Fransa tərəfindən meydan oxunuldu. Bu dəfəki münaqişə keçmiş müharibələrdən fərqli olaraq iki xalq arasındakı ideologiya yarışını da təmsil edirdi.[87] Dünya səhnəsindəki mövqeyi risk altında olan sadəcə Britaniya deyildi: Napoleon qitə Avropasında əzib keçdiyi çox dövlət kimi indi də Britaniyanın özünü təhdid edirdi.[88]

Bu səbəbdən Napoleon müharibələri Britaniyanın qələbə qazanmaq üçün böyük miqdar kapital və qaynaq sərf etdiyi müharibələrdən biri idi. Fransa limanları Krallıq donanması tərəfindən mühasirəyə alındı və 1805-ci ildə Trafalqarda fransız-ispan gəmiləri ağır məğlubiyyətə uğradı. Niderladınkılar da daxil olmaqla, dəniz koloniyalarına hücum edildi və bu ərazilərə işğal olundu. Bunlar 1810-cu ildə Napoleon tərəfindən birləşdirilmişdi. Fransa, nəhayət, 1815-ci ildə Avropa orduları koalisiyası tərəfindən məğlub edildi.[89] Britaniya yenə sülh müqavilələrindən öz maraqlarına uyğun istifadə edə bilmişdi: Fransa İon adaları, Malta (müvafiq olaraq 1797 və 1798-ci illərdə işğal edilmişdi), Mavriki, Sent-Lüsiya, Seyşel adalarıTobaqonu, İspaniya Trinidadı, Niderland Quyana və Keyp koloniyasını itirdi. Britaniya Qvadelupa, Martinika, Fransa QvianasıReyunyonu Fransaya, YavaSurinamı Hollandiyaya qaytardı, Seylon (1795–1815) və Heliqolandda nəzarəti ələ keçirdi.[90]

Quldarlığın ləğvi

[redaktə | mənbəni redaktə et]

Sənaye inqilabının inkişafı ilə qul əməyinə əsaslanan istehsal Britaniya iqtisadiyyatı üçün daha az önəmli oldu.[91] Bundan əlavə, basdırılan, mütəmadi kölə üsyanları da artıq xərc idi. Parlament Britaniya abolisionist cərəyanından gələn dəstəklə 1807-ci ildə imperiyada qul ticarətini ləğv edən Qul Ticarət Aktını qəbul etdi. 1808-ci ildə Syerra-Leone koloniyasında da rəsmi şəkildə qulların azad edilməsi tətbiq edildi.[92] 1832-ci ildəki parlament islahatı Qərbi Hindistan Komitəsindəki təsirin azaldığını gördü. Quldarlığın Ləğvi haqqında Qanun növbəti il qəbul edildi və 1 avqust 1834-cü ildə Britaniya imperiyasında köləliyin ləğvi ilə birlikdə İmperiya və Birləşmiş Krallığın hüquq sistemləri eyn xəttə gəldi (Köləliyin 1844-cü ildə ləğv edildiyi Ost-Hind şirkəti və Seylonun administrasiyasında olan ərazilər istisna olaraq qalmışdı). Qanuna görə, kölələr 4–6 illik "şagirdlik"dən sonra tam azad olma hüququ qazanırdılar.[93] "Şagirdlik" sisteminə də abolisionistlər qarşı çıxdı və 1838-ci ildə bu sistem ləğv edildi.[94] Britaniya hökuməti qul sahiblərinə kompensasiya ödədi.[95][96]

Britaniyanın imperial əsri (1815–1914)

[redaktə | mənbəni redaktə et]

1815 və 1914-cü illər arasındakı dövr bəzi tarixçilər tərəfindən Britaniyanın "imperial əsri" olaraq adlandırılır.[97][98] Bu dövrdə təqribən 26 milyon km² ərazi və təxminən 400 milyon insan Britaniya imperiyasının sərhədləri daxilində idi.[99] Napoleon üzərində qazanılan qələbə Britaniyanı Mərkəzi Asiyadakı Rusiya xaricində, rəqibsiz qoydu.[100] Dənizlərdə rəqibsiz qalan Britaniya qlobal polis rolu oynadı (bu dövr sonralar Pax Britannica adlandırılmışdı[101][102][103]) və "möhtəşəm təcrid" xarici siyasət xəttini qəbul etdi.[104] Öz keçmiş müstəmləkələri üzərindəki nəzarəti bərpa edən Britaniyanın dünya ticarətindəki üstün mövqeyi onun Çin, Argentina, Siam kimi ölkələrin iqtisadiyyatını effektiv şəkildə idarə etdiyi mənasına gəlirdi. Bu üstün mövqe bəzi tarixçilər tərəfindən "Qeyri-rəsmi İmperiya" kimi təsvir edilib.[6][7]

Benjamin Dizraelinin (1804–1881) 1876-cı ildəki siyasi karikaturası. Təsvirdə Dizraelinin I Viktoriyanı Hindistan imperatiçesi edir. Altyazıda bu cümlə oxunur: "Köhnələr üçün yeni taclar!"

Britaniya imperiyasının gücü XIX əsrin ikinci yarısında yeni ixtira edilmiş buxar maşınıteleqrafın kəşfi ilə daha artdı, bu texnoloji yeniliklər imperiyanı qorumaq və idarə etmək imkanı yaradırdı. Britaniya imperiyası 1902-ci ilə qədər Bütöv Qırmızı Xətt adlanan teleqraf şəbəkəsi ilə birləşdirilmişdi.[105]

Ost-Hind şirkətinin hakimiyyəti və Britaniya Hindistanı

[redaktə | mənbəni redaktə et]

Ost-Hind şirkəti Britaniya imperiyasının Asiyada genişlənməyində aparıcı rol oynayırdı. Şirkətin ordusu Krallıq donanması ilə Yeddiillik müharibə dövründə birləşmiş və iki qoşun Hindistandan kənar ərazilərdə də əməkdaşlıq etdi: Misirdən fransızların çıxarılması (1799),[106] Yava adasının hollandlardan alınması (1811), Pinanq adasının ələ keçirilməsi (1786), Sinqapur (1819), Malakka (1824) və Birmanın məğlub edilməsi (1826).[100]

1730-cu illərdən bəri şirkət Hindistandakı bazasında Çinlə mənfəəti gedərək artan tiryək ticarəti ilə məşğul olmuşdu. 1729-cu ildə Tzin sülaləsi tərəfindən qadağan edildikdən sonra qeyri-qanuni sayılan bu ticarət Britaniyanın Çindən idxal etdiyi çaya görə ölkədən Çinə ödənilən gümüş axını səbəbindən yaranan, ticarətdəki balanssızlığı Britaniyanın xeyrinə dəyişdirirdi.[107] 1839-cu ildə Kantonda 20000 qutu tiryəkin Çin tərəfindən müsadirə edilməsi Britaniyanın birinci tiryək müharibəsində Çinə hücum etməsinə səbəb oldu və nəticədə, o dövrdə kiçik yaşayış yeri olan HonkonqŞanxay da daxil olmaqla, digər Müqavilə limanları Britaniyanın hakimiyyətinə keçdi.[108]

XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Britaniya taxtı şirkətin işlərində daha böyük söz sahibi olmağa başladı. 1773-cü il Tənzimləmə Qanunu, 1784-cü il Pittin Hindistan Qanunu1813-cü il Çarter Qanunu daxil olmaqla, bir sıra parlament qanunları qəbul edildi; burada məqsəd şirkət məsələlərini tənzimləmək və şirkətin əldə etdiyi ərazilər üzərində Britaniya taxtının suverenliyini təmin etmək idi.[109] Şirkətin ləğv edilməsi 1857-ci ildə Britaniya zabitləri və nizam-intizamı ilə idarə olunan sipahilər tərəfindən qaldırılan Hindistan üsyanı ilə bağlıdır.[110] Üsyanı basdırmaq 6 ay çəkdi və hər iki tərəf ağır itkilər verdi. Britaniya hökuməti növbəti il şirkəti ləğv etdi və Hindistanı 1858-ci il Hindistan Hökumət Aktı ilə idarə etməyə başladı. Akta görə, Hindistanın idarəsi üçün Hindistanı itmək üçün general-qubernatorun təyin olunduğu Britaniya Hindistanı yaradıldı və I Viktoriya Hindistan imperatiçesi oldu.[111] Hindistan imperiyanın ən dəyərli mülkü — "Taxtdakı ləl-cəvahirat" və Britaniya gücünün ən vacib mənbəyi oldu.[112]

XIX əsrin sonlarındakı ciddi məhsul itkiləri yarımqitədə, təxminən, 15 milyon insanın ölümünə səbəb olan geniş yayılmış qıtlıqlara gətirib çıxardı. Ost-Hind şirkəti hakimiyyəti dövründə aclıqla mübarizə aparmaq üçün hər hansı bir nizamlı siyasət yürütməkdə uğursuz olmuşdu. Daha sonralar, Britaniya hakimiyyəti altında yaradılan komissiyalar hər aclıqdan sonra bunun səbəblərini araşdırmış və yeni siyasət tətbiq etmək üçün təhqiqat aparmışdır. Belə komissiyalar 1900-cü illərin əvvəllərinə qədər fəaliyyətdə idi.[113]

Rusiya ilə rəqabət

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Böyük oyun
1854-cü ildə Balaklavadakı rus qüvvələrinə hücum edən Britaniya qoşunları

XIX əsrdə Britaniya və Rusiya imperiyası Osmanlılar, QacarlarTzin sülaləsinin çökməsi nəticəsində yaranan iqtidar boşluğunu doldurmaq üçün yarışa girmişdilər. Mərkəzi Asiyadakı bu rəqabət "Böyük oyun" olaraq adlandırıldı.[114] Britaniyaya gəldikdə, Rusiyanın İranTürkiyəni məğlubiyyətə uğratması onun imperial ambisiyaları və bacarıqlarını göstərmiş və Britaniyada Hindistana quru basqını qorxusu yaratdı.[115] 1839-cu ildə Britaniya bu məqsədlə Əfqanıstanı işğal etsə də, birinci ingilis-əfqan müharibəsi Britaniya üçün fəlakət idi.[116]

Rusiya 1853-cü ildə Türkiyə Balkanlarını işğal edəndə yaranan Aralıq dənizi və Orta Şərqdə Rusiya üstünlüyü qorxusu Britaniya və Fransanın Rusiya donanma təchizatının yerləşdiyi Krım yarımadasını işğal etməsinə səbəb oldu.[116] Ardınca baş verən, müasir müharibə texnikalarının[117] istifadə edildiyi Krım müharibəsi Pax Britannica dövründə Britaniya və digər bir imperialist gücün arasındakı yeganə döyüş idi. Müharibə Rusiya üçün ağır məğlubiyyətlə nəticələndi.[116] Britaniyanın 1876-cı ilə Bəlucistanı, Rusiyanın Qırğızıstan, QazaxıstanTürkmənistanı birləşdirməsiylə Orta Asiyadakı vəziyyət 20 ildən çox həll olmamış qaldı. Bu, bir müddət yeni müharibəni qaçınılmaz etsə də, iki ölkə 1878-ci ildə regiondakı təsir dairələri ilə bağlı razılığa gəldilər və 1907-ci ildə imzalanan ingilis-rus konvesiyası ilə digər bütün məsələlərin həlli reallaşdırıldı.[118] 1904–1905-ci illərdə Rus-yapon müharibəsindəki Port Artur döyüşündə Rusiya İmeriya Donanmasının yaponlar tərəfindən dağıdılması onun Britaniya üçün yaratdığı təhlükəni xeyli limitləmişdi.[119]

Keypdən Qahirəyə

[redaktə | mənbəni redaktə et]
The Rhodes ColossusSesil Rods Keyp və Qahirə sahillərini birləşdirir.

Hollandiya Ost-Hind şirkəti Ost-Hinddəki koloniyalarına olan gəmi səyahətləri üçün liman yaratmaq məqsədiylə 1652-ci ildəki Afrikanın cənub ucqarında Keyp koloniyasının əsasını qoydu. Flanders kampaniyası dövründə buranın Fransanın əlinə keçməməsi üçün 1795-ci ildə işğal etmiş Britaniya 1806-cı ildə Keyp koloniyasını və onun Afrikan (və ya Bur) əhalisini rəsmi şəkildə özünə qatdı.[120] Britaniyalıların immiqrasiyası 1820-ci ildən sonra artmağa başladı və Britaniya hakimiyyətinə qəzəbli olan minlərlə buru şimala doğru köç etməyə və burada 1830-cu illərin sonu, 1840-cı illərin əvvəllərindəki Böyük Səfər dövründə öz qısa müddətli müstəqil respublikalarını yaratmağa məcbur etdi.[121] Bu proseslər ərzində Böyük Səfərə çıxanlarla Cənubi Afrikada kolonial genişləməyə maraqlı və buranın SotoZulu kimi yerli Afrika xalqları barədə öz planları olan britaniyalılar arasında dəfələrlə toqquşmalar qeydə alındı. Tədricən burlar nisbətən uzun yaşamış iki respublika qurdular: Cənubi Afrika Respublikası və ya Transvaal respublikası (1852–1877; 1881–1902) və Azad Oranj Dövləti (1854–1902).[122] 1902-ci ildə Britaniya hər iki respublikanı işğal etdi və ikinci Bur müharibəsindən sonra iki Bur respublikası ilə müqavilə imzaladı.[123]

1869-cu ildə III Napoleon tərəfindən Aralıq dənizi ilə Hind okeanını birləşdirən Süveyş kanalı açıldı. İlk başda britaniyalılar kanala qarşı çıxdılar,[124] amma kanal açılanda onun strateji dəyəri tezliklə tanındı və "İmperiyanın şah damarı" oldu.[125] Benjamin Dizraelinin mühafizəkar hökuməti 1875-ci ildə Misir hakimi İsmayıl Paşanın Süveyş kanalındakı 44%-lik səhmi 4 milyon sterlinq (inflyasiya nəzər alındıqda bu pul 2019-cu ildə 380 milyon sterlinqə bərabər olur) qarşılığında almışdı. Bu, strateji su yoluna birbaşa hakimiyyət haqqı verməsə də, Britaniyaya güc qatdı. Misir üzərində ingilis-fransız birləşmiş maliyyə nəzarəti 1882-ci ildə Britaniya işğalı ilə sonlandı.[126] Britaniya XX əsrə qədər Misiri idarə etsə də, bura rəsmi olaraq Britaniya imperiyasının yox, Osmanlı İmperiyasının ərazisi idi. Fransızlar hələ də əsas səhmdar olsalar və Britaniyanın mövqeyini zəiflətməyə cəhd etsələr də,[127] 1888-ci ildəki Konstantinopol Konvensiyası ilə kompromis əldə edildi. Konvensiyaya görə, kanal rəsmi olaraq neytral əraziyə çevrildi.[128]

Fransız, belçikalı və portuqalların aşağı Konqo çayı bölgəsində tropik Afrikanın nizamlı şəkildə müstəmləkələşdirilməsini baltalayan fəaliyyəti nəticəsində Avropa gücləri arasındakı rəqabəti tənzimləmək üçün 1884–1885-ci illərdə Berlin Konfransı təşkil edildi. Konfransda ərazi iddialarının beynəlxalq şəkildə tanınması üçün qoyulan kriteriya kimi "effektiv işğal" olaraq izah edilən "Afrika uğrunda Yarış" qəbul edildi.[129] Yarış 1890-cı illərə qədər davam etdi, Britaniyanı Sudandan 1885-ci ildə geri çəkilmə qərarını yenidən düşünməyə məcbur etdi. Britaniya və Misir qoşunlarının birləşmiş qüvvələri 1896-cı ildə Mehdiçi Ordunu məğlub etdi və 1898-ci ildə Faşodada fransız işğalını dayandırdı. Sudan ingilis-misir kondominiumu olsa da, reallıqda Britaniya koloniyası idi.[130]

Britaniyanın CənubiŞərqi Afrikadakı qazancları Cənubi Afrikadakı Britaniya ekspansiyasının öncülü olan Sesil Rodsu strateji olaraq əhəmiyyətli Süveyş kanalı ilə qitənin mineral qazıntı baxımından zəngin olan cənub hissəsi arasında "Keyp-Qahirə Dəmiryolu"nu inşa etməyə təşviq etdi.[131] 1880–1890-cı illərdə Rods öz şəxsi şirkəti Britaniya Cənubi Afrika şirkəti ilə birlikdə sonralar onun adı verilən Rodsiya bölgəsini işğal etdi və imperiya ərazisinə qatdı.[132]

Ağ koloniyaların statusunun dəyişdirilməsi

[redaktə | mənbəni redaktə et]

Britaniya imperiyası ağ koloniyalarının müstəqillik yolu 1839-cu ildəki Durham Hesabatı ilə başladı. Bu hesabat 1837-ci ildə başlamış silahlı üsyanlarda özünü göstərən siyasi narahatlıqların həlli kimi AşağıYuxarı Kanadanın birləşdirilməsi ve özünü idarəsini nəzərdə tuturdu.[133] Hesabatın reallaşdırılması Kanada əyalətini yaradan 1840-cı il Birlik Qanunu ilə başladı. Məsul hökumətə ilk olaraq 1848-ci ildə Yeni Şotlandiya verildi və tezliklə onun ərazisi digər Britaniya Şimali Amerika koloniyalarına qədər genişləndirildi. Britaniya parlamentinin 1867-ci ildə qəbul etdiyi Britaniya Şimali Amerikası Qanunu ilə Kanada əyaləti, Nyu-Bransuik və Yeni Şotlandiya Kanada adı altında birləşdirildi. Kanada beynəlxalq münasibətləri istisna olmaqla, tam özünüidarə hüquqlarından istifadə edən konfederasiya idi.[134] Avstraliya və Yeni Zelandiya Avstraliya koloniyalarının 1901-ci ildə birləşməsindən sonra, Kanadaya bənzər özünüidarəetmə hüququ əldə edə bildilər.[135] "Dominion statusu" ifadəsi rəsmi olaraq 1907-ci ilin Kolonial Konfransında təqdim edildi.[136]

19-cu əsrin son onillikləri İrland homrulu üçün razılaşdırılmış siyasi kampaniyalara şahidlik etdi. İrlandiya 1798-ci il İrland üsyanından sonra 1800-cü il Birlik Qanunu ilə Britaniya ilə Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı adı altında birləşdirilmişdi. İrlandlar 1845–1852-ci illər arasında aclığın fəlakətlərini yaşamışdı. Homrul İrlandiyanın imperiya içərisində Kanada kimi dominion olmağına ümid edən Baş nazir Vilyam Qladston tərəfindən dəstəklənirdi, ancaq ilk homrul billi [a] parlamentdə rədd edilmişdi. Bu bill qəbul edilsə, İrlandiyaya Kanadanın öz federasiyasında yararlandığı muxtariyyətdən daha zəif muxtariyyət vədd etsə də,[138] millət vəkillərinin çoxu İrlandiyanın qismən müstəqil olmasını Böyük Britaniya üçün təhlükəsizlik problemi və ya imperiyanın parçalanmasının başlanğıcı kimi görürdülər.[139] İkinci homrul billi də oxşar səbəblərdən qəbul edilmədi.[139] Üçüncü bill isə 1914-cü ildə qəbul edilsə də, Birinci Dünya müharibəsinin başlaması ilə tətbiq edilmədi, bu da 1916-cı il Pasxa üsyanına səbəb oldu.[140]

Dünya müharibələri (1914–1945)

[redaktə | mənbəni redaktə et]
Britaniya imperiyası ölkələrindəki kişiləri müharibəyə səsləyən poster

Britaniyada XX əsrin əvvəllərində metropoliyanın və imperiyanın bütövlüyünün artıq qoruna bilməməsi, eyni zamanda "möhtəşəm təcrid" siyasətinin davam etdirilə bilməməsi qorxusu yaranmağa başlamışdı.[141] Almaniya sürətli şəkildə hərbi və sənaye gücü kimi yüksəlməyə başlamış və gələcəkdə baş verəcək hər hansı bir müharibədəki mümkün rəqib hesab olunurdu. Britaniya Sakit okeanda yaranan gərginliyi[142]Almaniya İmperiya Donanması tərəfindən gələn təhdidləri nəzərə alaraq, 1902-ci ildə Yaponiya ilə, köhnə düşmənləri — Fransa ilə 1904, Rusiya ilə 1907-ci ildə ittifaq yaratdı.[143]

Birinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsinin 1914-cü ildə başlamasıyla Britaniyanın Almaniya ilə müharibə qorxusu reallaşdı. Britaniya tezliklə Afrikadakı Almaniya dəniz koloniyalarının çoxunu tutdu və işğal etdi. Sakit okeanında Avstraliya Alman Yeni Qvineyasını, Yeni Zelandiya Alman Samoasını zəbt etdi. Müharibəyə Almaniya tərəfdə qoşulan Osmanlı imperiyasının müharibədən sonra bölüşdürülməsi planı Britaniya və Fransa tərəfindən 1916-cı il Says-Piko sazişi ilə cızılmışdı. Bu razılıq Məkkə şərifinə bildirilməmişdi. Şərif Britaniyanın müstəqil ərəb dövlətinin yaradılmasını dəstəkləyən təəssürat yaradaraq, britaniyalılar tərəfindən Osmanlı hakimlərinə qarşı ərəb üsyanı yaratmaq üçün təşviq edilmişdi.[144]

Britaniya Almaniya və müttəfiqlərinə qarşı elan etdiyi müharibəyə onun koloniyadominionları da boyun olmuşdu. Koloniya və dominionlar hərbi, maliyyə və material dəstəyi təmin etmişdi. Dominion ordularından 2.5 milyon kişi, o cümlədən Taxt koloniyasından minlərlə könüllü müharibədə iştirak etmişdi.[145] Avstraliya ve Yeni Zelandiya qoşunlarının 1915-ci il Çanaqqala müharibəsində Osmanlıya qarşı göstərdiyi şücaət daxildəki milli şüura təsir etdi və Yeni Zelandiya və Avstraliyanın koloniyadan müstəqil dövlət olmağa doğru getdiyi yolun əsasını qoydu. İki ölkə bu hadisəni Anzak Günündə qeyd edirlər. Kanadalılar da Vimi döyüşünü eyni şəkildə dəyərləndirdi.[146] Dominionların müharibə üçün verdiyi vacib töhfə 1917-ci ildə Britaniya Baş naziri Lloyd Corc tərəfindən tanındı. O, dominion Baş nazirlərinin hər birini imperiya siyasətini koordinasiya etmək üçün İmperiya Müharibə Kabinetinə dəvət etmişdi.[147]

1919-cu ildə imzalanan Versal müqaviləsi şərtlərinin nəticəsi olaraq imperiya tarixi boyunca ən geniş sərhədlərinə çatmışdı: müqavilə onun sahəsini 1,800,000 kvadrat mil (4,700,000 km2) genişləndirmiş və ona 13 milyon yeni vətəndaş qazandırmışdı.[148] Almaniya və Osmanlı imperiyasının koloniyaları Millətlər Cəmiyyətinin mandatları kimi İttifaq qüvvələri arasında bölüşdürülmüşdü. Britaniya Fələstin, Transiordan, İraq, KamerunToqolendin bir hissəsini və Tanqanikanın nəzarətini ələ keçirdi. Dominionlar özləri də həmçinin öz mandatlarını əldə etmişdilər: Cənubi Afrika Birliyi Cənub Qərbi Afrikaya (bugünkü Namibiya), Avstraliya Yeni Qvineya Ərazisinə və Yeni Zelandiya Qərbi Samoa Ərazisinə yiyələnmişdi. Nauru iki Sakit okeanın Dominionu və Britaniyanın ortaq mandatı oldu.[149]

Müharibələrarası dövr

[redaktə | mənbəni redaktə et]
Britaniya imperiyasının 1921-ci ildə teritorial olaraq zirvəyə çatdığı xəritə

Müharibənin gətirdiyi, dəyişən dünya nizamı, xüsusilə ABŞ və Yaponiyanın donanma qüvvələrinin artması və Hindistan və İrlandiyada müstəqillik hərəkatlarının yüksəlməsi Britaniyanın imperiya siyasətini yenidən dəyərləndirməsinə səbəb oldu.[150] ABŞ və ya Yaponiya ilə müttəfiqliyi seçmə məcburiyyətində olan Britaniya Yaponiya ilə olan ittifaqını yeniləmədi və əvəzində 1922-ci ildə Vaşinqton Donanma müqaviləsini imzaladı. Müqaviləyə görə, Britaniya ABŞ ilə donanma bərabərliyini qəbul edirdi.[151] Bu qərar 1930-cu illərdə Britaniya geniş müzakirələrə səbəb olmuşdu,[152] çünki Almaniyada militarist hökumət hakimiyyəti ələ keçirmişdi və Yaponiya Böyük böhranın qismən köməyinə çatmışdı, bu səbəbdən imperiyanın iki dövlətlə eyni zamanda müharibədən sağ çıxa bilməyəcəyindən qorxurdular.[153] İmperiyanın təhlükəsizliyi məsələsi Britaniyada ciddi narahatlıq mövzusu idi, çünki imperiya Britaniya iqtisadiyyatı üçün vacib idi.[154]

1919-cu ildə İrland homrulunun gecikdirilməsinin yaratdığı gərginlik 1918-ci il Britaniya ümumi seçkilərində İrlandiya yerlərinin əksəriyyətini qazanan Şinn Feyn partiyası vəkillərinin Dublində müstəqil parlament yaratmasına səbəb oldu və burada İrlandiya müstəqilliyi elan edildi. İrland Respublikaçı Ordusu eyni zamanda Britaniya administrasiyasına qarşı gerilla müharibəsinə başlamışdı.[155] İrlandiya İstiqlaliyyət müharibəsi 1921-ci ildə çıxılmaz vəziyyətlə və ingilis-irland müqaviləsinin imzalanması ilə sonlandı. Müqaviləyə görə, Britaniya imperiyası içərisində dominion kimi İrland Azad Dövləti yaradılırdı və bu dominiona effektiv daxili müstəqillik verilirdi. Bunlara baxmayaraq, İrland Azad Dövləti konstitusional olaraq Britaniya taxtına bağlı idi.[156] 1920-ci il İrandiya Hökumət Qanunu ilə ayrılmış bölgə kimi qurulan 32 irland qraflığının 6-dan təşkil olunan Şimali İrlandiya Birləşmiş Krallıq içərisindəki mövcud statusunu qaytarmaq üçün müqavilənin ona verdiyi seçimi tətbiq etdi.[157]

V Georq Britaniya və dominion Baş nazirləri ilə birlikdə 1926-cı il İmperiya Konfransında

Oxşar problem 1919-cu il Hindistan Hökumət Aktı müstəqillik tələbini qarşılamaqda uğursuz olanda Hindistanda da özünü göstərdi.[158] Qadar konspirasiyasından sonra kommunist və xarici fitnələrə dair narahatlıqlar Roulat qanunları tərəfindən müharibə vaxtı sərtliklərinin yenilənməsini təmin etdi. Bu gərginliyə səbəb olmuşdu,[159] xüsusilə, Pəncəb regionundakı zalımlıqlar Amritsar qırğını ilə öz kuliminasiya nöqtəsinə çatmışdı. Qətliamla bağlı Britaniya ictimai fikri iki yerə bölünmüşdü: bəziləri bunu Hindistanı anarxiyadan qoruyan lazımi tədbir olaraq görsə də, başqaları bunu böyük nifrətlə qarşılamışdı.[159] Qeyri-əməkdaşlıq hərəkatı Çauri Çaura hadisəsindən sonra, 1922-ci ilin martında təxirə salındı və bu narazılıq qarşıdakı 25 il ərzində qaynamağa davam etdi.[160]

Birinci Dünya müharibəsinin başlanğıcında Britaniya protektoratı olaraq elan edilən Misirə 1922-ci ildə formal müstəqillik verildi, baxmayaraq ki, o, 1954-cü ilə qədər Britaniyaya bağlı dövlət olmağa davam etmişdi. Britaniya qoşunları 1936-cı ildə İngilis-Misir müqaviləsi imzalanana qədər Misirdə qalmağa davam etmişdi,[161] qarşılığında Misirə Millətlər Cəmiyyətinə qoşulmaqda kömək göstərilmişdi.[162] 1920-ci ildən bəri Britaniya mandatı olan İraq da 1932-ci ildə Britaniyadan müstəqilliyini əldə etdikdən sonra Millətlər İttifaqı öz üzvlük haqqını qazandı.[163] Britaniya Fələstində ərəblər və sayı getdikcə artan yəhudilər arasında yaranan münaqişəni dayandırmaqda çətinlik çəkirdi. 1917-ci ildə mandat şərtlərinə daxil edilmiş olan Balfur bəyannaməsinə görə, Fələstində yəhudilər üçün milli ev qurulacaqdı və mandat tətbiq edən qüvvə tərəfindən təyin edilən limitdə yəhudi immiqrasiyasına icazə verilirdi.[164] Bu, 1936-cı ildə açıq şəkildə üsyan edən ərəb əhali ilə artan münaqişəyə səbəb oldu. 1930-cu illərdə Almaniya ilə müharibə təhlükəsi artdıqca Britaniya yəhudi vətəni qurmaqdansa, ərəbləri dəstəkləməyi daha vacib hesab etdi və yəhudi immiqrasiyasını məhdudlaşdıraraq, ərəbpərəst mövqeyə keçdi, bu da öz növbəsində Fələstində yəhudi üsyanlarına səbəb oldu.[144]

Dominionların Britaniyadan azad şəkildə öz xarici siyasətlərini təyin etmək hüququ 1923-cü il İmperiya Konfransında tanındı.[165] Britaniyanın bir il əvvəl Çanaqqala böhranının başlanğıcında dominionlardan tələb etdiyi hərbi dəstək Kanada və Cənubi Afrika tərəfindən qəbul edilmədi və Kanada 1923-cü il Lozan müqaviləsi ilə məhdudlaşdırılmağı da rədd etdi.[166][167] İrlandiya Azad Dövləti və Cənubi Afrikadan gələn təzyiqlərdən sonra 1926-cı il İmperiya Konfransı yeni Balfur bəyannaməsi qəbul etdi. Bəyannamədə dominionların Britaniya Millətlər Birliyi içərisindəki "statusu bərabər olan, heç bir şəkildə bir-birinə tabe olmayan, Britaniya imperiyası daxilindəki muxtar icmalar" olduğu bildirilirdi.[168] Bu bəyannaməyə 1931-ci il Vestminster əsasnaməsi altında leqal substansiya verildi.[136] Kanada, Avstraliya, Yeni Zelandiya, Cənubi Afrika Birliyi, İrland Azad Dövləti və Nyufaundlend dominionu artıq Britaniya qanunvericilik nəzarətindən azad idilər; onlar Britaniya qanunlarını sıfırlaya bilərdilər və Britaniya da artıq onların razılığı olmadan, onlar üçün qanun həyata keçirə bilməzdi.[169] Böyük böhran dövründə maliyyə problemlərindən əziyyət çəkən Nyufaundlend 1933-cü ildə müstəmləkə statusunu qaytardı.[170] İrland Azad Dövləti 1937-ci ildə adını İrlandiya dövləti olaraq dəyişdirən respublikaçı konstitusiyanı qəbul etdi.[171]

İkinci Dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]
İkinci Dünya müharibəsində Səkkizinci Ordu Britaniya imperiyası və Birliyə daxil olan müxtəlif ölkələrdən təşkil edilmişdi: bu ordu Şimali Afrika və İtaliya kampaniyalarında iştirak etdi.

Britaniyanın Nasist Almaniyasına qarşı 1939-cu ilin sentyabrında elan etdiyi müharibə Taxt koloniyalarını və Hindistanı daxil etsə də, avtomatik şəkildə Avstraliya, Kanada, Yeni Zelandiya, Nyufaundlend və Cənubi Afrika dominionları müharibəyə qoşulmamışdı. Onların hamısı tezliklə Almaniyaya qarşı müharibə elan etdi. Britaniya İrlandiyanın Britaniya Birliyi daxilində olduğun üçün onu təhlükə olaraq görməsə də, İrlandiya müharibə boyunca leqal olaraq neytral qalmağı seçmişdi.[172]

Fransanın 1940-cı ildə məğlub olmasından sonra Britaniya və imperiya almanlar 7 aprel 1941-ci ildə Yunanıstanı işğal edənədək, Almaniyaya qarşı tək başına qalmışdı. Britaniya Baş naziri Vinston Çörçill prezident Franklin Ruzveltdən ABŞ-nin dəstəyi üçün razılıq almağa müvəffəq olmuşdu, ancaq Ruzvelt hələ ki Konqresdən ölkənin müharibəyə qoşulmağını istəməyə hazır deyildi.[173] 1941-ci ilin avqustunda Çörçill və Ruzvelt görüşdü və Atlantika xartiyasını imzaladı. Xartiyaya görə, "bütün xalqların yaşayacağı yerdəki hökumət formasını seçmək hüquqlarına" hörmət edilməliydi. Bu ifadə formasına görə xartiyanın Almaniya və İtaliya tərəfindən işğal edilən Avropa ölkələrinə, yoxsa Avropa dövlətləri tərəfindən müstəmləkəyə çevrilən xalqlara aid olub-olmaması qaranlıq qaldı və sonralar Britaniya, Amerika və milliyətçi cərəyanlar tərəfindən fərqli şəkildə şərh ediləcəkdi.[174][175]

Çörçill üçün ABŞ-nin müharibəyə daxil olması "çox böyük həzz" idi.[176] O, Britaniyanın qələbə qazanacağına əmin olsa da,[177] "çoxlu fəlakət, saysız-hesabsız məsrəf və problemlərin qarşıda olduğunu" başa düşməkdə uğursuz olmuşdu.[178] 1941-ci ilin dekabrı imperiyanın gələcəyi üçün silinməz nəticələr qoydu. Britaniya qüvvələrinin Uzaq Şərq cəbhəsində qarşısı alınmaz, surətli məğlubiyyəti Britaniyanın imperiya kimi prestijini zədələmişdi.[179][180] Əsas da, alınmaz qala və Cəbəl-Tariqin şərqdəki ekvivalenti olaraq qəbul edilən Sinqapurdakı məğlubiyyət buna misal göstərilə bilər.[181] Britaniyanın bütün imperiyanı qoruya bilmədiyi reallığı indi Yaponiya qüvvələri tərəfindən təhdid edilən Avstraliya və Yeni Zelandiyanı ABŞ ilə sıx əlaqələr qurmağa məcbur etdi. Bu sıx əlaqələrin nəticəsində, 1951-ci ildə ANZUS paktı imzalandı.[174] Müharibə imperiyanı digər tərəflərdən də zəiflətmişdi: Britaniyanın Hindistandakı nəzarəti itirməsi ona uzun dövrdə iqtisadi zərbə vuracaq və dəyişən geosiyasət nəticəsində, Sovet İttifaqı və ABŞ-ni yeni qlobal mərkəzlərə çevriləcəkdi.[182]

Müstəmləkəçilikdən azad olunma və çöküş (1945–1997)

[redaktə | mənbəni redaktə et]

Britaniya və imperiya Birinci Dünya müharibəsindən qalib olaraq çıxsalar da, münaqişənin təsiri, istər daxildə, istərsə də xaricdə dərin idi. Dünyada bir neçə əsr üstünlüyü əlində tutan Avropa qitəsi xarabalığa çevrilmişdi və artıq dünyadakı qlobal güc balansını bölüşən ABŞ və Sovet İttifaqı ordularına ev sahibliyi edirdi.[183] Britaniya, demək olar ki, müflis vəziyyətdə qalmışdı. Bu müflisliyin qarşısı yalnız 1946-cı ildə ABŞ-dən götürülən 5 milyard dollarlıq borcla alınmış[184] və bu borcun son geri ödənişi 2006-cı ildə edilmişdi.[185] Eyni vaxtda Avropa dövlətlərinin koloniyalarında antimüstəmləkə hərəkatları yüksəlməkdə idi. Bu vəziyyət ABŞ ilə SSRİ arasında artan Soyuq müharibə rəqabəti ilə daha da mürəkkəbləşmişdi. Prinsip olaraq hər iki dövlət Avropa müstəmləkəçiliyinə qarşı idi. Praktikada amerikan antikommunizmi antiimperializmini üstələyirdi və bu səbəbdən, ABŞ kommunist genişləməni nəzarətdə saxlamaq üçün Britaniya imperiyasının varlığını dəstəkləməyə davam edirdi.[186] İlk başda britaniyalı siyasətçilər Britaniyanın yenidən düşünülən Birlik təşkilatının başçısı kimi dünya gücü rolunu davam etdirməyini mümkün olaraq görsələr də,[187] 1960-cı illərə qədər onlar qarşısı alınmaz "dəyişlik küləyi"nin əsdiyini qəbul etməyə məcbur oldular. Onların öncəlikləri Britaniya təsirinin ekstensiv zonasını qorumağa[188] və keçmiş müstəmləkələrdə stabil, qeyri-kommunist hökumətlərin qurulmasına doğru dəyişdi. Bu mənada, Fransa və Portuqaliya kimi digər Avropa gücləri imperiyalarını qorumaq üçün böyük məsrəfli və uğursuz müharibələrə girişsələr də,[189] Britaniya öz müstəmləkələrindən ayrılmağı dinc siyasətlə həyata keçirdi. Reallıqda bu, çox nadir hallarda sülh şəraitində və altruistik olaraq həyata keçirdi. 1945–1965-ci illər aralığında Birləşmiş Krallığından kənarda, Britaniya hakimiyyəti altında yaşayan insan sayı 700 milyondan 5 milyona düşdü; bu 5 milyonun 3 milyonu Honkonqda yaşayırdı.[190]

İlk azad olunmalar

[redaktə | mənbəni redaktə et]
Hindistanın 1947-ci ildə parçalanması nəticəsində təxminən 14.5 milyon insan öz evini itirdi.

1945-ci ildə seçilən və Klement Ettlinin rəhbərlik etdiyi dekolonizasiyaçı işçi hökuməti imperiyanın üzləşdiyi ən böyük problemlərdən birini həlll etməyə çalışdı: Hindistanın müstəqilliyi.[191] Hindistanın iki əsas partiyası — Hindistan Xalq Şurası (Mahatma Qandinin rəhbərliyində) və Bütün Hindistan Müsəlman Liqası (Məhəmməd Əli Cinnahın rəhbərliyində) onillərlə istiqlaliyyət üçün müxtəlif kampaniyalar aparsalar da, bunun necə tətbiq edilməsi barədə razılığı gələ bilməmişdilər. Xalq Şurası sekulyar, vahid Hindistan ideyasını dəstəkləsə də, Müsəlman Liqası Hinduların əksəriyyət təşkil etməsindən qorxaraq, müsəlmanların çoxluq olduğu regionlar üçün ayrı İslam dövlətinin təsis edilməsini arzulayırdı. Artan sivil narazıçılıq və Hindistan Krallıq donanmasındakı 1946-cı il üsyanları Etliini 30 iyun 1948-dən əvvəl müstəqillik sözü verməyə məcbur etdi. Vəziyyətin bu yerə gəlməsi və vətəndaş müharibəsi riskinin yaranmasından sonra yeni təyin edilmiş (və sonuncu) vikeroy Lord Mountbatten tələm-tələsik bu tarixi (30 iyun 1948-i) 15 avqust 1947-ə çəkdi.[192] Britaniyalılar tərəfindən çəkilən yeni sərhədlər hindu və müsəlman bölgələrdə sayı 10 milyonlara çatan yeni azlıqlar yaratdı. Hinduların dövləti Hindistan, müsəlmanların dövləti Pakistan oldu.[193] Milyonlarla müsəlman Hindistandan Pakistana, hindular isə Pakistandan Hindistana köç etdi və iki icma arasındakı zorakılıqlarda yüzminlərlə insanın həyatını itirdi. Britaniya Hindistanının bir hissəsi olan Birma və Şri Lanka 1948-ci ildə öz müstəqilliklərini əldə etdilər. Hindistan, Pakistan və Şri Lanka Birliyin üzvü olsalar da, Birma bura qoşulmamağı seçdi.[194]

Britaniyanın Fələstindəki mandatı, harada ki, ərəb çoxluq yəhudi azlıqla birlikdə yaşayırdı, Britaniyaya Hindistandakına oxşar problem yaratdı.[195] Məsələ Holokostdan sonra Fələstinə qəbul edilməyi gözləyən Yəhudi qaçqınların tələbi və Yəhudi dövlətinin yaradılmasına ərəblərin qarşı çıxması ilə mürəkkəbləşdirilmişdi. Problemin çətinliyi, yəhudi paramilitar təşkilatların hücumları və hərbi mövcudluğun davam etdirilməsinin artan xərclərindən ümidsizləşən Britaniya 1947-ci ildə növbəti il buradan çəkiləcəyini və problemin həllini BMT-ə buraxdığını elan etdi.[196] BMT Baş Assambleyası da öz növbəsində Fələstinin Yəhudi və Ərəb dövlətinə parçalanmasına səs verdi. Bu səs verməni Fələstin ərəb və yəhudiləri arasında baş verən vətəndaş müharibəsi izlədi və Britaniya qüvvələri döyüşlərin ortasında oradan çəkildi. Fələstin üçün Britaniya mandatı 15 may 1948-ci ildə, gecə yarısı ləğv edildi. Çünki İsrail dövləti müstəqilliyini elan etmiş və ərəb-yəhudi müharibəsibaşlamışdı. Müharibə keçmiş mandatın İsrail və ətrafdakı Ərəb dövlətləri arasında bölüşdürdüyü ərazidə gedirdi. Döyüşlər davam edərkən Britaniya öz qüvvələrini İsraildən geri çəkməyə davam edirdi. Son Britaniya qoşunu 30 iyun 1948-ci ildə Hayfadan çıxdı.[197]

İkinci Dünya müharibəsində Yaponiyanın təslim olmasından sonra Malaydakı antiyapon müqavimət hərəkatının diqqəti Britaniyaya yönəlmişdi. Britaniya buranı rezin və qalay mənbəyi olaraq gördüyü üçün, koloniya nəzarətini tezliklə bərpa etməyə çalışmışdı.[198] Gerillaların əsasən malay-çinli kommunistlərdən təşkil olunması faktı Britaniyanın üsyanı yatırma cəhdinə müsəlman malaylardan dəstək gələcəyi mənasına gəlirdi. Yəni, üsyan yatırıldıqdan sonra müstəqilliyin veriləcəyi düşünülürdü.[198] Malay döyüşü 1948-ci ildə başlayıb, 1960-cı ilə qədər davam etsə də, Britaniya 1957-ci ilə qədər Malay Federasiyasına Birlik daxilində müstəqillik verməyə razı olmuşdu. 1963-cü ildə federasiyanın 11 dövləti Sinqapur, SaravakŞimali Borneo ilə birlikdə Malayziyanın tərkibinə daxil olsa da, malaylar və çinlilər arasındakı gərginlikdən sonra, 1963-cü ildə əksəriyyəti çinlilər olan Sinqapur birlikdən ixrac edildi və müstəqil şəhər-dövlətə çevrildi.[199] 1888-ci ildən bəri Britaniyanın protektoratı olan Bruney ittifaqa qoşulmaqdan imtina etmişdi.[200]

Süveyş və nəticəsi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Süveyş böhranı
İdenin 1956-cı ildə Misiri işğal etmə qərarı Britaniyanın müharibədən sonrakı zəifliyini göstərirdi.

Mühafizəkarlar Partiyası Vinston Çörçillin rəhbərliyi altında 1956-cı ildə Britaniyada hakimiyyətə yenidən gəldi. Çörçil və Mühafizəkarlar Britaniyanın dünya gücü kimi mövqeyinin imperiyanın davamlı mövcudluğuna əsaslandığına və Hindistanın itirilməsinə baxmayaraq, Britaniyanın Yaxın Şərqdəki mövqeyinin qorunmasına imkan verən Süveyş kanalının vacibliyinə inanırdılar. Çörçill Camal Əbdül Nasirin 1952-ci ildə iqtidarı ələ keçirmiş, yeni inqilabçı hökuməti ilə razılaşa bilmədi və növbəti il Britaniya qoşunlarının Süveyş kanalından çəkilməsinə və 1955-ci ilə qədər Sudana öz müqəddəratını təyin etmə hüququ verilməsinə razılaşıldı.[201] Sudana müstəqillik 1 yanvar 1956-cı ildə verildi.[202]

Nasir 1956-cı ilin iyulunda tək tərəfli olaraq Süveyş kanalını milliləşdirdi. Çörçilldən sonra Baş nazir vəzifəsini icra edən Entoni İden Nasirin bu hərəkətinə cavab kimi Fransa ilə gizli saziş bağladı. Sazişə görə, İsrail Misirə hücum edəcək, bu da Britaniya və Fransaya hərbi olaraq müdaxilə etmə və kanalı yenidən ələ keçirmə bəhanəsi verəcəkdi.[203] İdenin məsləhətləşmə aparmadan etdiyi bu hərəkət ABŞ prezidenti Duayt Eyzenhaveri hiddətləndirdi və Eyzenhaver yenidən işğalı rədd etdi.[204] Eyzenhaverin bir digər narahatlığı onun Misirin tərəfində müharibəyə müdaxilə etmək təhdidindən sonra Sovet İttifaqı ilə daha geniş müharibənin başlama ehtimalı idi. Eyzenhaer funt sterlinqlə olan ABŞ rezervlərini sataraq Britaniya məzənnəsinin çöküşünü sürətləndirməklə maliyyə levereci tətbiq etdi.[205] İşğal qüvvələri öz hədəflərində hərbi baxımdan uğurlu olsalar da,[206] BMT müdaxiləsi və ABŞ təzyiqi Britaniyanı biabırçı şəkildə qüvvələrini geri çəkməyə məcbur etdi və İden istefa verdi.[207][208]

Süveyş böhranı dünyaya çox açıq şəkildə Britaniya məhdudiyyətlərini və göstərdi və Britaniyanın dünya səhnəsindəki süqutunu və birinci dərəcəli güc kimi sonunu təsdiqlədi,[209][210] o cümlədən, əgər ABŞ-nin tam dəstəyi olmazsa, ya da ən azından razılığı olmadan hərəkət edə bilməyəcəyini sübut etdi.[211][212][213] Süveyşdəki hadisələr Britaniya milli qürurunu yaraladı və parlament üzvlərindən biri bunu "Britaniya Vaterlosu" kimi təsvir etdi,[214] başqa bir millət vəkili isə ölkənin "Amerika peykinə" çevrildiyini iddia etdi.[215] Marqaret Tetçer daha sonra Süveyşdən sonra İngiltərənin siyasi liderlərinin başına gəldiyini düşündüyü zehniyyəti, "İngiltərənin bir şey edə biləcəyinə inanmaqdan, İngiltərənin heç bir şey edə bilməyəcəyinə inanan az qala nevrotik bir inancı qəbul etdiklərini", İngiltərənin 1982-ci ildə Folklend adalarından Argentinanın müvəffəqiyyətli geri çəkilməsinə qədər özünə gələ bilmədiyini düşündü.[216]

Süveyş böhranı Britaniyanın Yaxın Şərqdəki gücünün zəifləməsinə səbəb olsa da, o süqut etmədi.[217] Britaniya Omana (1957), İordaniyaya (1958) və Küveytə (1961) müdaxilə edərək, regiona öz silahlı qüvvələrini yerləşdirdi. Bu proseslər ABŞ-nin razılığı ilə baş tutsa da,[218] yeni Baş nazir Harold Makmillanın da xarici siyasəti ABŞ ilə eyni mövqedə qalmaq idi.[214] Britaniya 1961-ci ildə Küveytə müstəqillik verdi, ancaq o, Yaxın Şərqdəki varlığını növbəti onillikdə də davam etdirdi. 16 yanvar 1968-ci ildə, funt sterlinqin devaluasiyasından bir neçə həftə sonra Baş nazir Harold Vilson və Müdafiə naziri Denis Hili Süveyş Şərq hərbi bazalarından (bura Yaxın Şərqdəkilər də daxil idi) və Malayziya və Sinqapurdan əvvəl planlaşdırıldığı kimi 1975 yox, 1971-ci ilə qədər çəkiləcəklərini açıqladılar.[219] O dövrə qədər 30000-i Sinqapurda olmaqla, 50000 Britaniya hərbi heyəti Uzaq Şərqdə yerləşdirilmişdi.[220] Britaniya 1965-ci ildə Maldivlərə müstəqillik verdi, ancaq 1976-cı ilə qədər burada öz qarnizonunu saxlamağa davam etdi. Ədəndən 1976-cı ildə çəkilən ingilislər 1971-ci ildə Bəhreyn, QətərBirləşmiş Ərəb Əmirliklərinə müstəqillik verdi.[221]

Dəyişiklik küləyi

[redaktə | mənbəni redaktə et]
Afrikada Britaniya dekolonizasiyası. 1960-cı illərin sonuna qədər Rodsiya (gələcəkdə bura Zimbabve olacaqdı) və Cənub Qərbi Afrikanın (Namibiya) Cənubi Afrika mandatından başqa, bütün ölkələr tanınan müstəqillik əldə etdilər.

Makmillan 1960-cı ilin fevralında Cənubi Afrikanın Keyptaun şəhərində nitq söylədi. Nitqdə "bu qitə içərisində dəyişiklik küləyinin əsdiyi" deyildi.[222] Makmillan Fransanın Əlcəzairdəki müstəmləkə müharibəsi kimi bir müharibəyə girişməməyi arzulayırdı. Onun dövründə dekolonizasiya prosesi sürətlənmişdi.[223] 1950-ci illərdə müstəqillik qazanmış üç koloniyaya – Sudan, Qızıl Sahil və Malaya – 1960-cı illər ərzində onlara təxminən on dəfə çox koloniya əlavə edildi.[224]

Britaniyanın Afrikada qalan müstəmləkələri, özünüidarə etmə mexanizmi qurulan Cənubi Rodsiya istisna olmaqla, 1968-ci ilə qədər hamısına müstəqillik verilmişdi. Britaniyanın Afrikanın cənub və şərq hissələrindən çəkilməsi dinc proses deyildi. Kenya müstəqilliyi onminlərlə üsyançının müstəmləkə hökuməti tərəfindən həbs düşərgələrində tərki silah edilərək saxlanıldığı 8 illik Mau Mau üsyanından sonra verilmişdi.[225] Rodsiyada 1965-ci ildə ağ azlıq tərəfindən tək tərəfli müstəqilliyin elan edilməsi 1979-cu ilə qədər davam edən vətəndaş müharibəsinə səbəb oldu. Vətəndaş müharibəsi Lankaster Evi Razılığı ilə sonlandırıldı. Razılığa görə, bölgə Zimbabve adı ilə 1980-ci ildə müstəqil olacaqdı.[226]

Kiprdə Kipr yunanlarının Britaniya hakimiyyətinə qarşı olan təşkilatı EOKA tərəfindən başladılan partizan döyüşü 1959-cu il London və Sürix Razılaşmaları ilə sonlandırıldı. Razılaşma nəticəsində Kiprə 1960-cı ildə müstəqillik verildi. Birləşmiş Krallıq Akrotiri və Dekeliyadakı hərbi bazaları suveren baza ərazisi kimi saxladı. Aralıq dənizindəki Malta müstəmləkəsi 1964-cü ildə Birləşmiş Krallıqdan müstəqilliyini aldı və Malta olaraq adlandırılmağa başlandı, baxmayaraq ki, 1955-ci ildə Britaniya ilə inteqrasiya fikri yüksəlməyə başlayırdı.[227]

Birləşmiş Krallığın Karibdəki ərazilərinin çoxu 1961 və 1962-ci illərdə YamaykaTrinidadın Vest-Hind Federasiyasından ayrılmasından sonra müstəqil olmağa başladı. Bu federasiya 1958-ci ildə Britaniyanın Karibdəki müstəmləkələrini tək bir hökumət altında birləşdirmək məqsədilə qurulsa da, özünün ən böyük üzvlərini itirdikdən sonra iflasa uğradı.[228] Yamayka və Trinidad və Tobaqo 1962-ci ildə müstəqilliklərini elan etdilər. Barbados 1966-cı ildə, Karibin Bahamalar daxil olmaqla digər adaları 1970 və 1980-ci illərdə müstəqillik yolu tutsalar da,[228] AngilyaTörks və Kaykos adaları artıq müstəqil olmağa can atsalar da, sonradan ölkələrində Britaniya hakimiyyətini bərpa etməyə yönəldilər.[229] Britaniya Vircin adaları,[230] Kayman adalarıMontserrat Britaniya ilə əlaqələri qorumağa davam edərkən,[231] Qayana 1966-cı ilə müstəqilliyə nail oldu. Britaniyanın Amerika qitəsindəki sonuncu müstəmləkəsi olan Britaniya Hondurasında 1964-cü ildə özünüidarə edən koloniya mexanizmi yaradıldı və 1973-cü ildə adı Beliz oldu və 1981-ci ildə tam müstəqillik qazandı. Qvatemala ilə ərazi münaqişəsi həll olunmadı.[232]

Sakit okeandakı Britaniya əraziləri 1970-ci illərdə müstəqilliklərini əldə etməyə başladı: ilk ölkə 1970-ci ildə Fici, sonuncu ölkə 1980-ci ildə müstəqil olan Vanuatu oldu. Vanuatunun müstəqilliyi ingilis və fransızdilli icmalar arasındakı siyasi konfliktdən dolayı təxirə salındı, çünki adalar Fransa ilə kondominiumu kimi administrativləşdirilmişdi.[233] Fici, Papua Yeni Qvineya, Solomon adalarıTuvalu Birlik bölgəsi oldu.[234]

İmperiyanın sonu

[redaktə | mənbəni redaktə et]

Beliz 1981-ci ildə müstəqillik əldə etdi.[235] Qalan Taxt koloniyalarının "Britaniya Asılı Əraziləri" kimi adlandırılmasını (2002-ci ildə Britaniya Dəniz Əraziləri olaraq dəyişdirilmişdi)[236][237] nəzərdə tutan 1981-ci il Britaniya Vətəndaşlığı Haqqında Qanun İkinci Dünya müharibəsindən sonra başlayan dekolonizasiya prosessinin, demək olar ki, başa çatdığını göstərirdi. Britaniyanın geri qalan dəniz ərazilərini müdafiə etmə həlli 1982-ci ildə Argentinanın Folklend adalarını işğal etməsiylə yoxlanıldı. Argentina İspaniya İmperiyasına qədər gedib çıxan ərazi iddiası ilə hərəkət edirdi.[238] Britaniyanın Folklend müharibələrində adanı geri götürmək üçün apardığı, uğurlu hərbi əməliyyatlar Britaniyanın dünya gücü kimi statusunun enmə trendini dayandırdı.[239]

1980-ci illər Kanada, AvstraliyaYeni Zelandiyanın Britaniya ilə konstitusional əlaqələrini sonlandırdığına şahidlik etdi. 1931-ci il Vestminister əsasnaməsi tərəfindən verilən qanunvericilik müstəqilliyinə baxmayaraq, itməkdə olan konstitusional əlaqələr öz yerində qalmaqda idi. Britaniya parlamenti Kanadanın mühüm konstitusiya əsasnamələrinə düzəliş etmək səlahiyyətini əlində saxlayırdı, bu da Britaniya parlamentinin effektiv şəkildə hərəkətinin Kanada konstitusiyasındakı müəyyən dəyişiklikləri tələb etdiyi demək idi.[240] Britaniya parlamenti Kanadanın istəyi olarsa, qanun layihələrini keçirmə səlahiyyətinə də sahib idi. Avstraliya Birlik qanununda olduğu kimi qanunları qəbul edə bilməsə də, Britaniya Avstraliyanın ayrı-ayrı ştatlarında qanunu dəyişdirə bilirdi. Yeni Zelandiyaya gəldikdə, Britaniya parlamenti Yeni Zelandiyaya müraciət etməklə və Yeni Zelandiyanın da razılığı ilə oradakı qanunları dəyişdirmə səlahiyyətini əlində saxlayırdı. 1982-ci ildə Kanada ilə Britaniya arasındakı son qanuni əlaqə Kanada parlamenti tərəfindən qəbul edilən və Kanada konstitusiyasını formal olaraq patriasiya edən 1982-ci il Kanada Qanunu ilə kəsildi. Qanun Kanada konstitusiyasında dəyişiklik etmək üçün Britaniyanın müdaxilə etməsi ehtiyacını da sonlandırdı.[9] Bənzər şəkildə, 1986 Avstraliya Qanunu (3 mart 1986-da qüvvəyə mindi) Britaniya və Avstraliya ştatları arasındakı konstitusional əlaqəni kəsdi. 1986 Yeni Zelandiya Konstitusiya Qanunu (1 yanvar 1987-də qüvvəyə mindi) ilə Yeni Zelandiya konsitusiyasında Britaniya ilə konstitusiya əlaqəsini kəsmək üçün islahat aparıldı.[241]

1 yanvar 1984-cü ildə Britaniyanın qalan, son Asiya protoketoratı Bruneyə də müstəqillik verildi.[242] Müstəqillik Britaniya himayədarlığına üstünlük verən sultanın qarşı çıxması səbəbindən təxirə salındı.[243]

1982-ci ilin sentyabrında Baş nazir Marqaret Tetçer Britaniyanın sonuncu böyük və ən çox məskunlaşılmış dəniz ərazisi Honkonqun gələcəyi barədə Çin hökuməti ilə danışıqlar aparmaq üçün Pekinə səfər etdi.[244] 1842-ci il Nankin sazişinə görə Honkonq, 1860-cı il Pekin konvensiyasına görə, Szyulun yarımadası birdəfəlik Britaniyaya verilmişdi, ancaq koloniyanın böyük əksəriyyətini 1898-ci ildə 99 illik icarəyə götürülən, bu səbəbdən 1997-ci ildə müddəti bitən Yeni ərazilər təşkil edirdi.[245][246] Folklend adaları ilə paralelləri görən Tetçer ilk başda Honkonqu tutmağı arzuladı və Çin suverenliyi ilə Britaniya idarəetmə üsulu təklif edilsə də, bu, Çin tərəfindən rədd edildi.[247] 1984-cü ildə Çin-Britaniya Birgə Bəyanatı ilə razılığa gəlindi. Bəyannaməyə görə, Honkonq, ən az 50 il daha öz yolu ilə davam edən, Çin Xalq Respublikasının xüsusi administrativ regionu oldu.[248] 1997-ci ildə Honkonqun təslim edilmə mərasimində iştirak edən Uels şahzadəsi Çarlz da daxil olmaqla, çoxları[8] bu tarixi "İmperiyanın sonu" kimi qəbul etdi.[9]

Britaniyanın 14 dəniz ərazisi

Britaniya, Britaniya adalarından kənarda 14 ərazini üzərində suverenliyə sahibdi. 1983-cü ildə 1981-ci il Britaniya Vətəndaşlığı Haqqında Qanun mövcud Taxt koloniyalarının adını "Britaniya Asılı Əraziləri"[b] olaraq dəyişdirdi və 2002-ci ildə onlar Britaniya Dəniz Əraziləri kimi adlandırıldı.[251] Ən köhnə Britaniya koloniyaları və protektoratları bərabər üzvlərdən ibarət könüllü birlik olan Millətlər Birliyinə üzvdürlər. Bu birlik 2.2 milyard insanı əhatə edir.[252] On altı Birlik bölgəsi könüllü şəkildə Britaniya monarxı, kraliça II Elizabeti öz dövlətlərinin başçısı kimi qəbul edir. Bu on altı dövlət ayrı və bərabər hüquqi varlıqlardır — Birləşmiş Krallıq, Avstraliya, Kanada, Yeni Zelandiya, Antiqua və Barbuda, Baham adaları, Barbados, Beliz, Qrenada, Yamayka, Papua Yeni Qvineya, Sent-Kits və Nevis, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadin, Solomon adalarıTuvalu.[253]

Britaniya hakimiyyəti və emiqrasiyasının onillər və bəzən yüzillərlə davam etməsi Britaniya imperiyasından ayrılıb müstəqil olan ölkələr üzərində öz izini buraxmışdır. Britaniya dünyanın müxtəlif regionlarında ingilis dilinin davamlı şəkildə istifadəsini təmin etmişdir. Bu gün 460 milyona qədər insanın əsas danışıq dili və təxminən 1.5 milyard insanın birinci, ikinci və ya xarici dilidir.[254] Britaniyada ortaya çıxmış fərdi və komanda oyunları da — xüsusilə, futbol, kriket, tennisqolf digər ölkələrə ixrac edilmişdi.[255] Əsgərlər və mülki xadimlərdən öncə tez-tez dünyanı gəzən britaniyalı missionerlər protestantlığı (Anqlikanizm daxil olmaqla) bütün qitələrə yayırdılar. Britaniya imperiyası dini təqiblərə məruz qalmış avropalıları yüzillər boyunca sığınacaqla təmin etmişdir.[256]

Kriket bu gün də Hindistanda oynanılır. Keçmiş imperiyanın müxtəlif ərazilərində ingilis idman növləri dəstəklənilir.

Britaniya tərəfindən çəkilən siyasi sərhədlər heç də həmişə homogen etnik və dinləri əks etdirmir, keçmiş müstəmləkə ərazilərindəki münaqişələri alovlandırırdı. Britaniya böyük əhali miqrasiyalarına görə də məsuliyyət daşıyırdı. Çoxu Britaniya və İrlandiyadan gələnlər tərəfindən qurulan ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiyada yaşayış yerlərinin qurulmasıyla milyonlarla insan Britaniya adalarını tərk etmişdi. Bu ərazilərdə miqrant ağdərili əhali ilə yerli azlıqlarla, Cənubi Afrika və Zimbabvedə azlıq ağdərililər ilə çoxluq yerlilər arasında gərginlik qalmaqda idi. Böyük Britaniyadakı İrlandiyada bölünmüş millətçiunionist icmaların formalaşmasında da ingilislərin rolu var idi. Britaniya müstəmləkələri içərisində də milyonlarla insan köç edirdi: çox sayda hindli Malayziya və Ficiyə, çinlilər Malayziya, Sinqapur və Karib ölkələrinə yerləşirdi.[257] Britaniyanın öz demoqrafiyası da İkinci Dünya müharibəsindən sonra keçmiş müstəmləkələrdən Britaniyaya immiqrasiya nəticəsində dəyişmişdir.[258]

XIX əsrdə Britaniyadakı innovasiya manufaktura tipli istehsalda, zavod sistemlərin inkişafında inqilabi dəyişikliklərə, dəmiryolu və dəniz paroxodunun kəşfi nəqliyyatın böyüməsinə səbəb oldu.[259] Kilsələr, dəmiryol stansiyaları və hökumət binaları kimi Britaniya koloniya memarlığı Britaniya imperiyasının bir hissəsi olmuş çoxu şəhərdə görülə bilər.[260] Britaniya ölçmələr sistemi olan imperiya sistemi bu gün də müxtəlif yollarla bəzi ölkələrdə istifadə edilir. Yollarda sol istiqamətli hərəkət keçmiş imperiyanın çoxu ölkəsində saxlanılıb.[261]

Çoxu keçmiş müstəmləkə üçün parlament demokratiyasının Vestminster sistemi hökumət şablonu,[262][263] İngilis ümumi qanunu hüquqi sistemlər üçün şablon rolunu oynamışdı.[264] Beynəlxalq kommersiya müqavilələri tez-tez İngilis ümumi hüququna əsaslandırılırdı.[265][266] Britaniya Gizli Şurasının Məhkəmə Komitəsi hələ də on iki keçmiş koloniya üçün ən yüksək apellyasiya məhkəməsi kimi xidmət edir.[267]

  1. Bill - ABŞ, Böyük Britaniya, İrlandiya, Kanada və anqlosaks hüquq sistemini qəbul etmiş bir sıra ölkələrdə hökumətin və ya parlament üzvünün təklif etdiyi qanun layihəsi.[137]
  2. Britaniya Vətəndaşlığı Haqqında Qanunun 6 saylı cədvəlinə görə[249] qalan Taxt koloniyaları "Britaniya Asılı Əraziləri" olaraq təsnif edildi. Qanun 1 yanvar 1983-cü ildə qüvvəyə mindi.[250]
  1. Ferguson, 2004b
  2. Maddison 2001, p. 97: "The total population of the Empire was 412 million [in 1913]"; Maddison 2001, pp. 241: "[World population in 1913 (in thousands):] 1 791 020".
  3. Rein Taagepera. "Expansion and Contraction Patterns of Large Polities: Context for Russia". International Studies Quarterly. 41 (3). September 1997: 486. doi:10.1111/0020-8833.00053. ISSN 0020-8833. JSTOR 2600793. 19 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 December 2018.
  4. Jackson, pp. 5–6.
  5. Russo 2012, p. 15 chapter 1 'Great Expectations': "The dramatic rise in Spanish fortunes sparked both envy and fear among northern, mostly Protestant, Europeans.".
  6. 1 2 Porter, p. 8.
  7. 1 2 Marshall, pp. 156–57.
  8. 1 2 Brendon, p. 660.
  9. 1 2 3 Brown, p. 594.
  10. 1 2 Ferguson, 2004b. səh. 3
  11. Andrews 1985, p. 45.
  12. Ferguson, 2004b. səh. 4
  13. Canny, p. 35.
  14. Koebner, pp. 29–52.
  15. Thomas, pp. 155–58
  16. Ferguson, 2004b. səh. 7
  17. Canny, p. 62.
  18. Lloyd, pp. 4–8.
  19. Canny, p. 7.
  20. Kenny, p. 5.
  21. Taylor, pp. 119,123.
  22. "Letters Patent to Sir Humfrey Gylberte June 11, 1578". Avalon Project. 21 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 February 2021.
  23. Andrews, p. 187.
  24. Andrews, p. 188.
  25. Canny, p. 63.
  26. Canny, pp. 63–64.
  27. Canny, p. 70.
  28. Canny, p. 34.
  29. James, p. 17.
  30. Canny, p. 71.
  31. Canny, p. 221.
  32. Lloyd, pp. 22–23.
  33. Lloyd, p. 32.
  34. Lloyd, pp. 33, 43.
  35. Lloyd, pp. 15–20.
  36. Andrews, pp. 316, 324–26.
  37. Andrews, pp. 20–22.
  38. James, p. 8.
  39. Lloyd, p. 40.
  40. Ferguson, 2004b. səh. 72–73
  41. 1 2 3 Buckner, p. 25.
  42. Lloyd, p. 37.
  43. Ferguson, 2004b. səh. 62
  44. Canny, p. 228.
  45. Marshall, pp. 440–64.
  46. Lloyd, p. 13.
  47. 1 2 3 Ferguson, 2004b. səh. 19
  48. Canny, p. 441.
  49. 1 2 3 Shennan, pp. 11–17.
  50. Magnusson, p. 531.
  51. Macaulay, p. 509.
  52. Pagden, p. 90.
  53. James, p. 58.
  54. Anderson, p. 277.
  55. Smith, p. 17.
  56. Bandyopādhyāẏa, pp. 49–52
  57. Smith, pp. 18–19.
  58. 1 2 Pagden, p. 91.
  59. Ferguson, 2004b. səh. 84
  60. Marshall, pp. 312–23.
  61. Canny, p. 92.
  62. James, p. 120.
  63. James, p. 119.
  64. Marshall, p. 585.
  65. Zolberg, p. 496.
  66. Games, pp. 46–48.
  67. Kelley & Trebilcock, p. 43.
  68. Smith, p. 28.
  69. Latimer, pp. 8, 30–34, 389–92.
  70. Marshall, pp. 388.
  71. Smith, p. 20.
  72. Smith, pp. 20–21.
  73. Mulligan & Hill, pp. 20–23.
  74. Peters, pp. 5–23.
  75. James, p. 142.
  76. Macintyre, pp. 33–34.
  77. Broome, p. 18.
  78. Pascoe
  79. McKenna, pp. 28–29.
  80. Brock, p. 159.
  81. Fieldhouse, pp. 145–49
  82. Cervero, p. 320
  83. Smith, p. 45.
  84. "Waitangi Day". nzhistory.govt.nz. New Zealand Ministry for Culture and Heritage. 20 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 December 2008.
  85. Porter, p. 579.
  86. Mein Smith, p. 49.
  87. James, p. 152.
  88. James, p. 151.
  89. Lloyd, pp. 115–118.
  90. James, p. 165.
  91. "Why was Slavery finally abolished in the British Empire?". The Abolition Project. 26 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 December 2016.
  92. Porter, p. 14.
  93. Hinks, p. 129.
  94. "Slavery After 1807" (ingilis). Historic England. 15 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2019. As a result of public pressure apprenticeships were abolished early, in 1838.
  95. "Slavery Abolition Act 1833; Section XXIV". pdavis. 28 August 1833. 24 May 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 June 2008.
  96. Sanchez Manning. "Britain's colonial shame: Slave-owners given huge payouts after". The Independent. 24 February 2013. 12 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 February 2018.
  97. Hyam, p. 1.
  98. Smith, p. 71.
  99. Parsons, p. 3.
  100. 1 2 Porter, p. 401.
  101. Porter, p. 332.
  102. Johnston, pp. 508–10.
  103. Sondhaus, p. 9.
  104. Lee 1994, pp. 254–57.
  105. Dalziel, pp. 88–91.
  106. Mori, p. 178.
  107. Martin, pp. 146–48.
  108. Janin, p. 28.
  109. Keay, p. 393
  110. Parsons, pp. 44–46.
  111. Smith, pp. 50–57.
  112. Brown, p. 5.
  113. Marshall, pp. 133–34.
  114. Hopkirk, pp. 1–12.
  115. James, p. 181.
  116. 1 2 3 James, p. 182.
  117. Royle, preface.
  118. Williams, pp. 360–373.
  119. Hodge, p. 47.
  120. Smith, p. 85.
  121. Smith, pp. 85–86.
  122. Lloyd, pp. 168, 186, 243.
  123. Lloyd, p. 255.
  124. Tilby, p. 256.
  125. Roger 1986, p. 718.
  126. Ferguson, 2004b. səh. 230–33
  127. James, p. 274.
  128. "Treaties". Egypt Ministry of Foreign Affairs. 15 September 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2010.
  129. Herbst, pp. 71–72.
  130. Vandervort, pp. 169–83.
  131. James, p. 298.
  132. Lloyd, p. 215.
  133. Smith, pp. 28–29.
  134. Porter, p. 187
  135. Smith, p. 30.
  136. 1 2 Rhodes, Wanna & Weller, pp. 5–15.
  137. "Azleks". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-27.
  138. Lloyd, p. 213
  139. 1 2 James, p. 315.
  140. Smith, p. 92.
  141. O'Brien, p. 1.
  142. Brown, p. 667.
  143. Lloyd, p. 275.
  144. 1 2 Brown, pp. 494–95.
  145. Marshall, pp. 78–79.
  146. Lloyd, p. 277.
  147. Lloyd, p. 278.
  148. Ferguson, 2004b. səh. 315
  149. Fox, pp. 23–29, 35, 60.
  150. Goldstein, p. 4.
  151. Louis, p. 302.
  152. Louis, p. 294.
  153. Louis, p. 303.
  154. Lee 1996, p. 305.
  155. Brown, p. 143.
  156. Smith, p. 95.
  157. Magee, p. 108.
  158. Ferguson, 2004b. səh. 330
  159. 1 2 James, p. 416.
  160. Low, pp. 241–259.
  161. Smith, p. 104.
  162. Brown, p. 292.
  163. Smith, p. 101.
  164. Louis, p. 271.
  165. McIntyre, p. 187.
  166. Brown, p. 68.
  167. McIntyre, p. 186.
  168. Brown, p. 69.
  169. Turpin & Tomkins, p. 48.
  170. Lloyd, p. 300.
  171. Galligan, p. 122.
  172. Lloyd, pp. 313–14.
  173. Gilbert, p. 234.
  174. 1 2 Lloyd, p. 316.
  175. James, p. 513.
  176. Churchill, p. 539.
  177. Gilbert, p. 244.
  178. Churchill, p. 540.
  179. Louis, p. 337.
  180. Brown, p. 319.
  181. James, p. 460.
  182. Darwin, p. 340.
  183. Abernethy, p. 146.
  184. Brown, p. 331.
  185. "What's a little debt between friends?". BBC News. 10 May 2006. 10 June 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 November 2008.
  186. Levine, p. 193.
  187. Darwin, p. 343.
  188. Darwin, p. 366.
  189. Abernethy, p. 148.
  190. Brown, p. 330.
  191. Lloyd, p. 322.
  192. Smith, p. 67.
  193. Lloyd, p. 325.
  194. McIntyre, pp. 355–356.
  195. Lloyd, p. 327.
  196. Lloyd, p. 328.
  197. "The British Army in Palestine". National Army Museum. 29 June 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 June 2019.
  198. 1 2 Lloyd, p. 335.
  199. Lloyd, p. 364.
  200. Lloyd, p. 396.
  201. Brown, pp. 339–40.
  202. James, p. 572.
  203. James, p. 581.
  204. Ferguson, 2004b. səh. 355
  205. Ferguson, 2004b. səh. 356
  206. James, p. 583.
  207. Combs, pp. 161–63.
  208. "Suez Crisis: Key players". BBC News. 21 July 2006. 4 February 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2010.
  209. Brown, Derek. "1956: Suez and the end of empire". The Guardian. 14 March 2001. 19 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2018.
  210. Reynolds, Paul. "Suez: End of empire". BBC News. 24 July 2006. 30 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 December 2018.
  211. Brown, p. 342.
  212. Smith, p. 105.
  213. Burk, p. 602.
  214. 1 2 Brown, p. 343.
  215. James, p. 585.
  216. "An affair to remember". The Economist. 27 July 2006. ISSN 0013-0613. 8 May 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 June 2016.
  217. Smith, p. 106.
  218. James, p. 586.
  219. Pham 2010
  220. Gurtov, p. 42.
  221. Lloyd, pp. 370–71.
  222. James, p. 616.
  223. Louis, p. 46.
  224. Lloyd, pp. 427–33.
  225. Zane, Damian. "The Kenyan school where the UK held Mau Mau rebels" (ingilis). 27 August 2019. 3 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 November 2019.
  226. James, pp. 618–21.
  227. Springhall, pp. 100–02.
  228. 1 2 Knight & Palmer, pp. 14–15.
  229. Clegg, p. 128.
  230. Lloyd, p. 428.
  231. James, p. 622.
  232. Lloyd, pp. 401, 427–29.
  233. Macdonald, pp. 171–91.
  234. McIntyre, p. 35.
  235. "A Guide to the United States' History of Recognition, Diplomatic, and Consular Relations, by Country, since 1776: Belize". Office of the Historian. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  236. "British Overseas Territories Act 2002". legislation.gov.uk. 30 January 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 February 2016.
  237. Hendry, p. 215.
  238. James, pp. 624–25.
  239. James, p. 629.
  240. Gérin-Lajoie
  241. Brown, p. 689.
  242. Trumbull, Robert. "Borneo Sultanate Now Independent". The New York Times. 1 January 1984. 15 July 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 July 2020.
  243. Brown, p. 202.
  244. Brendon, p. 654.
  245. Joseph, p. 355.
  246. Rothermund, p. 100.
  247. Brendon, pp. 654–55.
  248. Brendon, p. 656.
  249. "British Nationality Act 1981, Schedule 6". legislation.gov.uk. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2019.
  250. "The British Nationality Act 1981 (Commencement) Order 1982". legislation.gov.uk. 1 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 March 2019.
  251. Gapes, pp. 145–47
  252. The Commonwealth – About Us Arxiv surəti 27 sentyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 27 sentyabr 2013 at the Wayback Machine; Online September 2014
  253. "Head of the Commonwealth". Commonwealth Secretariat. 6 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2010.
  254. Hogg, p. 424 chapter 9 English Worldwide by David Crystal: "approximately one in four of the worlds population are capable of communicating to a useful level in English".
  255. Torkildsen, p. 347.
  256. Pestan, p. 185.
  257. Marshall, p. 286.
  258. Dalziel, p. 135.
  259. Walker, pp. 187–188.
  260. Marshall, pp. 238–40.
  261. Parsons, p. 1.
  262. Go, pp. 92–94.
  263. "How the Westminster Parliamentary System was exported around the World". University of Cambridge. 2 December 2013. 16 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 December 2013.
  264. Ferguson, 2004b. səh. 307
  265. Cuniberti, p. 455.
  266. "Electronic Library on International Commercial Law and the CISG". Pace Law School Institute of International Commercial Law. 28 February 2021 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 October 2020.
  267. Young, p. 20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]